Uşaq sağlamlığı

Usaqlarda mede bagirsaq soyuqlamasi

Usaqlarda mede bagirsaq soyuqlamasi  qarın ağrısı, sulu ishal, qusma, ürəkbulanma kimi simptomlarla ortaya çıxır. Mədə-bağırsaq infeksiyası olaraq bilinən bu xəstəlik uşaqlarda və ya körpələrdə böyüklərdən daha çox rast gəlinir. Ən çox görülən səbəb çirklənmiş qidaların istehlakı sayılır. 

Mədə-bağırsaq soyuqlaması müxtəlif simptomlarla özünü göstərir. Bunlar aşağıdakılardır:

  • l Qarında sancı və ağrı hissi,
  • l Aşağı dərəcəli qızdırma,
  • l Ürək bulantısı, qusma,
  • l Sulu, qansız ishal,
  • l Əzələ ağrısı.

Mədə-bağırsaq soyuqlaması çirkli qidalar səbəbindən də yarana bilər. Soyuqdəymə kimi qəbul edilən bu xəstəliyin əsas səbəbi virus və bakeriya ola bilər. Mədə qripinin ən çox yayılmış səbəbləri rotavirus və noroviruslardır.

Noroviruslar: Noroviruslar qida yoluxucu xəstəliklərin ən çox yayılmış növüdür. Bu xəstəlik xüsusilə qapalı məkanlarda insanlar arasında yayılır. Əksər hallarda virus insanlara qida və ya su vasitəsilə ötürülür. Həmçinin, insandan insana da keçə bilər.

Rotavirus: Viral qastroenterit, virusla çirklənmiş digər əşyaları ağızlarına qoyan uşaqlarda çox geniş yayılmışdır. İməkləyən və yeni yeriməyə başlayan uşaqlarda daha çox müşahidə olunur. Çünki bu uşaqlar daha çox bakteriya və viruslarla təmasda olurlar. Körpələrdə və azyaşlı uşaqlarda əl və ağız infeksiyaları daha ağır keçir. Bu infeksiyaya qarşı peyvənd olunduğu zaman xəstəliyin yayılmasının qarşısını alınır və yüngül keçirilir.

Mədə-bağırsaq soyuqlamasının ev şəraitində müalicəsi

Uşaqlarda mədə-bağırsaq soyuqlaması zamanı yaranan ağrıları azaltmaq üçün aşağıdakı müalicə üsullarından birini tətbiq edə bilərsiniz.

Nanə-limon: Mədəni yüngülləşdirmə xüsusiyyətinə malik olan nanə və limon çay şəklində dəmlənsə çox faydalıdır. İstifadə qaydası belədir: 1 stəkan suya 1 çay qaşığı nanə əlavə edilir və içinə 2 dilim limon atılır. Bu qarışım 5 dəqiqə qaynadılır və süzüldükdən sonra isti halda içilir.

Zəncəfil: Virus əleyhinə və ağrı kəsici xüsusiyyətlərinə görə zəncəfil az qala hər dərdə çarə olan bir qidadır. Zəncəfil mədəni yormadan çay və ya çiy kimi istehlak edilə bilər.

Qırmızı soğan: Qırmızı soğanın suyu çıxarılır və bu suya bal əlavə edilərək istehlak edilir. Həmçinin soğanın içini oyub içərisinə 1 çay qaşğı bal əlavə edirsiniz. Soğanı ağzı kiçik stəkanın içinə yerləşdirib suyunun süzülməsin gözləməlisiniz.

Bal: Təbii antibiotik olduğundan mədədəki bakteriyalarla mübarizədə çox təsirli bir qida hesab olunur. Gündəlik bir qaşıq yeyilə bilər və ya limonlu su ilə qarışdırılaraq içmək olar. Mədə-bağırsaq ağrılarına çox xeyirli olacaqdır.

Qatıq: Probiyotik qaynağı olan qatıq ürəkbulanma və qusmaya çox yaxşı təsir edir. Mədə soyuqluğunda şikayətləri azaltmaq üçün istifadə edilə bilər.

Qərənfil: Qərənfil çayını dəmləyib içmək və ya birbaşa çeynəmək mədə soyuqdəyməsinə yaxşı gələn tətbiqlərdən biridir.

Kətan toxumu: Tərkibindəki minerallar və vitaminlər sayəsində, yüksək lif tərkibinə görə mədə şişkinliyini və mədə kramplarını azaltmaq üçün yaxşıdır.

Oxşar məqalələr:

4/5 - (7 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button