Ümumi

Acikanin hazirlanmasi

Acikanin hazirlanmasi biraz vaxt aparsa da, qış üçün ən dadlıalatlarda, məzələrdən hesab olunur. Artıq yay ayında bir çox xanımlar evdə bu dadlı təamı hazırlamağa başlayırlar. Analar.az komandası olaraq ən ləzzətli acikanin hazirlanmasi üçün resseptləri təqdim edirik.

Ressept 1

  • 3 kq pomidor
  • 2 kq qırmızı bibər
  • 4-5 ədəd acı bibər
  • 2 baş sarımsaq
  • 1 dəstə cəfəri
  • 1 ç.q. şəkər tozu
  • 2 ç.q. duz
  • 3 – 4 x.q. duru yağ

Hazırlanması:

  • Pomidorların qabıqlarını soyub doğrayın.
  • Bibərləri, sarımsağı, pomidoru doğrayaraq ət maşınından çəkin.
  • Çəkilmiş inqridentləri qazana tökün.
  • Cəfərini də doğrayaraq üzərlərinə əlavə edin.
  • Şəkər tozu, duzu, duru yağı da qazana əlavə edib qarışdırıb bişməyə qoyuruq.
  • Bişdikdən sonra əvvəlcədən təmiz yuyulub, sterilizə edilmiş bankalara yığıb ağzını bağlayın.

Ressept 2

  • 5 kq pomidor
  • 1 kq şirin bibər
  • 16 ədəd acı bibər
  • 300 qr sarımsaq
  • 100 qr duz
  • 100 qr sirkə
  • 200 qr şəkər tozu
  • 400 qr qıtıqotu (xren)

Hazırlanma qaydası:

  • Bütün ərzaqları təmiz yuyun.
  • Pomidorların qabıqlarını soyun.
  • Ərzaqlarn hər birini ət maşınından keçirin.
  • Bütün inqridentləri qazana töküb bişirin.
  • Bişmiş məhsulu bankalara yığıb ağzını möhkəm bağlayın.

Ressept 3

  • 200 qr sarımsaq
  • 4 ədəd qıtıqotu(xren) çubuğu
  • 2 dəstə cəfəri
  • 2 dəstə şüyüd
  • 10 ədəd şirin bibər
  • 20 ədəd acı bibər
  • 2 kq pomidor
  • 4 x/q şəkər tozu
  • 4 x/q duz
  • 50 qr sirkə

Hazırlanma qaydası:

  • Bütün ərzaqları təmiz yuyun. Əgər mümkünsə, sirkəli suda bir müddət saxlayın.
  • İnqridentləri ət maşınından keçirin.
  • Qazana əlavə edib bişirin.
  • Bişməsinə 15 dəqiqə qalmış cəfəri, şüyüd əlavə edin.
  • Bütün ərzaqları əlavə edərək tam bişməsini gözəyin.
  • Bişən acikaları bankalara doldurun.

Ressept 4

  • 5 kq pomidor
  • 2 kq alma
  • 2 kq yerkökü
  • 2 kq şirin bibər
  • 300 qr acı bibər
  • 300 qr sarımsaq
  • 1 litr bitki yağı
  • 3 x/q duz

Hazırlanması:

  • Qeyd olunan ərzaqları yuyub təmizləyin.
  • Qabıqlarınə soyub ət maşınından keçirin.
  • Birki yağını da əlavə edib bişməyə qoyun.
  • Bişəndən sonra bankalara doldurub ağzını möhkəm bağlayın.

Ressept 5

  • 5 kq pomidor
  • 1 kq yerkökü
  • 1 kq bolqar bibəri
  • 5-10 ədəd acı bibər
  • yarım kq soğan 

Hazırlanması:

  • Pomidorları yuduqdan sonra qabıqlarını soyub ət maşınından keçirin.
  • Yerkökünü yuyub qabığını soyub süzgəcdn keçirin.
  • Acı bibəri də doğrayıb əlavə edin.
  • Soğanı istəyə görə halqa şəkildə, istərsəniz də ət maşının keçirə bilərsiniz.
  • Növbə ilə qazana töküb bişin.
  • Bişmiş məhsulu bankalara tökün.
Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button