Usaq qebz olanda ne etmeli
Usaq qebz olanda ne etmeli olduğunuzu bilmirsinizsə, o zaman bu məqaləmizi oxumağınızı tövsiyyə edirik. Qəbizlik uşaq və böyüklərin tez-tez yaşadığı xoşagəlməz bir haldır. Adətən yeyilən qidalar və başqa faktorlarda qaynaqlanan bu halın müalicəsi də vardır. Uşaqların 95%-də bu vəziyyətin funksional olduğu və etiologiyasında heç bir üzvi səbəbin olmadığı müəyyən edilmişdir. Demək olar ki, qəbizliyi olan 100 uşaqdan yalnız 5-də xəstəlik var, digər 95-də xəstəlik yoxdur. Bu qəbizlik isə funksional qəbizlikdir. Funksional qəbizliyin dəqiq müəyyən edilmiş səbəbi yoxdur, bir çox səbəbə görə baş verə bilər. Qəbizlik defekasiya tezliyinin azalması və defekasiya zamanı çətinlikdir. Orta hesabla 2 yaşında gündə iki dəfə, 4 yaşında isə gündə bir dəfə tualet ehtiyacı görməlidir uşaqlar, əgər bir neçə gün tualetə getmirlərsə, nəcis çox çətinliklə və sərt halda olursa, bu qəbizlik adlanır. Gec (nadir) defekasiya, çətin defekasiya və iki aydan çox davam edən sərt defekasiya xroniki qəbizlik adlanır .
Qəbizliyin əlamətləri hansılardır?
- Çox sərt olan nəcis
- Nəcisin çox az olması
- Məcburi çıxarılması
- Gec-gec edilməsi
- Nəcisdə qan
- Qarın ağrısı
Uşaqlarda qəbizlik nədən yaranır?
Qəbizliyin həzm sistemi xəstəlikləri və yemək vərdişləri kimi müxtəlif səbəbləri ola bilər. Uşaqlarda qəbizlik aşağıdakı səbəblərə görə baş verə bilər:
- Kifayət qədər maye qəbul etməmək və lifli qidalardan istifadə etməmək. Uşaqların bir çoxunda iştahsızlıq problemi olur. Vaqlideynlər də sadəcə ac qalmasın deyə sağlam olmayan qidalar verərək onları tox tutmağa çalışırlar. Belə olduqda isə ancaq quru qidaların yeyilməsi, qeyri-sağlam qidaları yeyən uşaqların əksəriyyətində bu problemlər görülə bilər.
- Nəcis etmək üçün tualetə getməmək və defekasiyanı gecikdirmək. Xüsusilə bağça və məktəbli yaşına gəlmiş uşaqlarda görülən haldır. Uşaqlar utancaqlıqdan, oyunlara başları qarışışdığından tualet ehtiyacını gecikdirə bilirlər.
- Anadangəlmə anatomik problemlər
- Psixoloji səbəblər. Bunun üçün uşaqla danışmalı, nəticə əldə etməsəniz uşaq psixoloqu ilə məsləhətləşməyiniz tövsiyyə olunur.
- Gündə 2 stəkandan çox inək südü istehlak etmək. Süd olduqca xeyirli esab olunsa da, həddindən çox içilməsi qəbizliyə səbəb olur.
- Bərk qida ilə ardıcıl qidalanma. Qeyri-sağlam qidalanma, fast-food, qızartmalardan istifadə, rejimsiz yemək saatı da buna daxildir.
- Uşaqlarda anal çatlar. Bu hal uşaqlarda çox da müşahidə olunmasa da, çox az faizində rast gəlinən problemdir.
- Qəbizliyə səbəb olan qidaların davamlı və həddindən artıq istehlakı.
- Hipotiroid
- Rektal nahiyədə sinir şəbəkələrinin yetişməməsi nəticəsində yaranan hirşprunq xəstəliyi
Bağırsaqların normal işləmə qaydası necədir?
Körpələr doğulduqdan sonra 24-48 saat ərzində ilk tünd nəcislərini çıxarırlar.Ana südü ilə qidalanan körpələrdə orta hesabla gündə dörd dəfə qızılı-sarı rəngli nəcis ola bilir. Ancaq körpəniz süni ilə qidalanırsa, bu rəqəm daha az ola bilər. Uşaqlar iki yaşa çatdıqda bu rəqəm gündə ikiyə qədər azalır. Artıq dörd yaşına çatdıqda onların defekasiya üsulları böyüklərə bənzəməyə başlayır ki, bu da gündə 1-2 dəfəyə qədər olur və hər 2-3 gün arasında dəyişə bilər.
Qəbizliyin hansı növləri var?
- “ İdyopatik qəbizlik”. Bu qəbizlik adətən körpələrdə olur və səbəbi bilinmir.
- ” Ana südü qəbizliyi “. Bu qəbizliyin digər adı yalançı qəbizlikdir.
- ” Formula qəbizliyi”. Ana südündən süni qidalanmaya keçid zamanı yaranan qəbizlikdir.
- “Düyü, taxıl qəbizliyi”. Körpələrin 4-5-ci ayından etibarən qidalanmasına düyü unu əlavə edilərkən görülən qəbizlik növüdür.
- ” Uşaq diskeziyası”. 6 aya qədər körpələrdə defekasiyadan əvvəl çətinlik yaranır ki, bu da “uşaq diskeziyası” adlanır.
- Tam süddə qəbizlik (yüksək protein karbohidrat nisbəti),
- “Psixososial qəbizlik”. Demək olar ki, bunu çox uşaq yaşayır. Tualet təhsilinə yeni başlayanlarda görülən bu qəbizlik növü 2 həftəyə bəzən 1 aya kim davam edə bilər.
- ” Funksional qəbizlik” yüzdə 95% uşaqda yaşanır.
- Bəzi cərrahi və qeyri-cərrahi xəstəliklər kimi anatomik səbəblərə görə qəbizlik.
Qəbizlik müəyyən səbənlərdən yaransa da, onun növləri də fərqli olur. Sizin övladınızda hansı növünün olduğunu bilmək istəyirsinizsə, aşağıdakı bəndlərə nəzər yetirə bilərsiniz.
Uşaqlarda Qəbizliyə Nə Yaxşıdır?
Əgər uşağınızda qəbizlik halları tez-tez yaşanırsa, o zaman onların qidalarına xüsusi diqqət etməlisiniz. Aşağıda sadalanan qidaları onlarla bol-bol yedizdirməlisiniz ki, bağırsaq fəaliyyətləri daha yaxşılaşsın və qəbizlik kimi hallar yaşanmasın.
- Kələm, kətan toxumu, avokado, çuğundur və ispanaq kimi yüksək lifli qidalar verilməlidir.
- Uşaqlar yeyə bilirsə, hər gün ac qarına 1 çay qaşığı zeytun yağı verilməlidir.
- Qatığın tərkibindəki probiyotiklər sayəsində bağırsaq fəaliyyəti aktivləşdirilə bilər. Ona görə də gün ərzində 1 kasa qatıq yedizdirə bilərsiniz.
- Qırmızı ət bağırsaqları gərginləşdirə bilər. Buna görə də toyuq və ya balıq verilməlidir. Balıq eyni zamanda uşağın beyin inkişafını da yaxşılaşdıracaqdır.
Hansı qidalar qəbizliyə səbəb olur?
Qəbizlik əsasən yeyilən qidaların təsirindən yarandığı üçün bu qidaları bilməli və uşağa verməkdən çəkinməlisiniz. Həmçinin çox az miqdarda verə bilərsiniz. Qəbizliyi olan uşaqlara bu qidalara verməyi azaltmalısınız:
- Makaron
- Düyü sıyığı
- Düyü
- Həddindən artıq süd istehlakı
- Fast food qidaları
- Banan
Uşaqlarda qəbizliyi necə müalicə etmək olar?
Qəbizliyin müalicəsi aşağıdakı kimi ümumiləşdirilə bilər:
- İmalə yolu ilə. Əgər bağırsaqlarda yığılmış sərt nəcis varsa, bunu dərman ya da imalə ilə xaric edə bilərsiniz.
- Uşağın müntəzəm yumşaq nəcis olması üçün dərmanlar təyin edilməlidir. Bunu isə yalnız həkiminiz təyin etməlidir.
- Düzgün tualet vərdişləri qazanılmalıdır.
- Anal çat (çat) kimi vəziyyətlər müalicə edilməlidir,
- Uşağın pəhrizi tənzimlənməlidir. Rejimlə yemək yeməli, bol maye qəbul edilməli və liflə zəngin qidalarla qidalanması təmin edilməlidir.
- Ailə məlumatlandırılmalıdır. Lazım gələrsə, psixoloji məsləhət alınmalıdır.
- Şübhəli hallarda digər əsas xəstəliklər araşdırılmalı və anatomik səbəb tapılmalıdır.
Ailələrə Məsləhət
- Nəcisin gözləməsinə icazə verməyin
- Uşağa diqqətinizi və vaxtınızı artırın, hər gün müəyyən yeməkdən sonra tualetdə oturun, baloncuklar üfürün.
- Ağrı baş verərsə dayandırın, sonra yenidən cəhd edin
- Aktiv olmaq, oyun oynamaq üçün kifayət qədər yaxşıdır
- Pulpa, meyvə və tərəvəz, mərcimək, ərik, su ilə yemək
Uşaqlarda qəbizlik üçün faydalı bitki mənşəli vasitələr
Uşaqlarda qəbizlik problemi üçün ev şəraitində də müalicə oluna bilər. Bəzi bitki mənşəli problemlərlə qəbizliyin qarşısını almaq mümkündür. Qəbizliyin qarşısını almaq üçün aşağıdakı üsullardan istifadə edilə bilər:
Zeytun yağı. Qəbizlik zamanı uşaqlara zeytun yağını limon suyu ilə qarışdırıb verə bilərsiniz. 1 çay qaşığı zeytun yağını 1 çay qaşığı təzə sıxılmış limon suyu ilə qarışdırıb uşağa hər səhər acqarına vermək lazımdır. Bu qarışıq qəbizliyin qarşısını alır.
Kişmiş. Bir ovuc kişmişi suda 1 gecə saxladıqdan sonra suyu süzüb uşağa verə bilərsiniz
Şüyüd toxumu. Şüyüd uşaqlarda qəbizliyin aradan qaldırılmasında təbii yollarından biri hesab olunur. Çaynikə 2 stəkan su qoyulduqdan sonra içinə 1 çay qaşığı şüyüd toxumu atılıb qaynadılmalıdır. Qaynadıqdan sonra ocaqdan götürüb 10 dəqiqə dəmlənməsini gözləməlisiniz. Süzülmüş və soyumağa buraxılan qarışım soyuduqdan sonra vaxtaşırı uşaqlara verilməlidir.
Körpələrdə qəbizlik üçün nə yaxşıdır?
- 5-1o dəqiqə ərzində körpəni ilıq suda çimizdirmək onun əzələlərini rahatlamağa və rahatlamağa kömək edəcək. Suda bu müddət ərzində oturması rahat tualet ehtiyacını görməsini asanlaşdıracaq.
- Körpənin anus dibinə vazelin və ya qliserin sürtmək olar ki, uşaq asanlıqla nəcis edə bilsin.
- Dörd aydan yuxarı körpələrdə qəbizlik müşahidə edilərsə, yeməkləri ilə birlikdə gavalı, alma, armud və şaftalı suyu da verilə bilər. Lakin bu meyvələrin suyunun miqdarını çox verməyin.
- Körpələrə idman hərəkətləri etdirə bilərsiniz. Çünki edilən məşq də qəbizlikdən əziyyət çəkən körpəni rahatlaşdırır.
- Körpəni rahatlaşdırmaq üçün tətbiq oluna biləcək başqa bir üsul masajdır. Körpənin qarnını əl ilə yarım ay hərəkətləri ilə masaj etməklə bağırsaq hərəkətlərini sürətləndirə bilərsiniz.
Qəbizlikdə Cərrahiyyənin Rolu
Əgər uşaq bütün müayinələrdən keçibsə, və heç bir başqa heç bir əsas xəstəlik aşkar edilməzsə, uşaq uzun illər boyunca yüksək miqdarda işlətmə dərmanı istifadə edibsə, lakin bu dərmanların heç bir təsiri olmayıbsa, yoğun bağırsağın pərdəsində şiddətli dilatasiya varsa, o zaman cərrahi müalicə ən son seçim olmalıdır. Bu yolla, genişlənmiş rektosiqmoid çıxarılır və yoğun bağırsağın keçid müddəti sürətlənir.
Digər oxşar yazılar: