Ümumi

Günəş kremləri haqqında

Günəş kremlərindən həm yayda, həm də qış aylarında istifadə edilməldir. Dərini qorumaq məqsədilə adətən qış aylarında 30 SPF kremlərə üstünlük verilsə də, yayda 50+ SPF günəş kremərindən istifadə edirlər.

Günəş maddələr mübadiləsinə, qan dövranı sisteminə və həzm sisteminə faydalı təsir göstərsə də, yayda dəri üçün zərərli ola bilər.

Günəş kremi istifadə edilmədikdə dəridə ləkələr başlayır, yaşlanma əlamətləri erkən görünür və dəridə quruluq yarana bilir. Bu aylarda dərinizi qorumağa davam etmək üçün günəşdən qoruyan faktorlu nəmləndirici kremlər seçə bilərsiniz. Bu şəkildə dərinizi həm qoruya, həm də nəmləndirə bilərsiniz.

Ancaq dərinizi qorumaq üçün seçdiyiniz məhsulun dəri tipinizə uyğun olması vacibdir. Dərinizə uyğun günəş kremi axtarırsınızsa, ən yaxşı qulluq məhsulları siyahımızı nəzərdən keçirə bilərsiniz. Gəlin, həmin məhsullarla tanış olaq.

Yaşlanma Əleyhinə Effektiv Günəşdən Qoruyucular

Yaşlanma təbii bir hadisə olsa da, bir çox insan bunu gecikdirməyi arzulayır. Buna görə də müxtəlif markalar tərəfindən Anti Age kremləri istehsal olunur. Günəşin zərərli şüaları da yaşlanmanı tezləşdirir. Günəş şüasına daha çox məruz qalan insanlar daha tez yaşlanırlar. Dərini nəmləndirməklə yanaşı, günəşdən qoruyucu vasitələr istifadə olunmalıdır. Qırışlar, dərinin elastikliyini itirməyinə və ləkələrin yaranmasına səbəb olur. Bu təsirlərdən qorunmaq üçün ən praktik həll günəşdən qoruyucu kremlər və yaşlanma əleyhinə qulluq vasitələrindən istifadədir.

Darphin Soleil Plaisir Spf50 Günəşdən Qoruyucu Krem 50ml

Darphin Soleil Plaisir Spf50 Günəşdən Qoruyucu Krem 50ml

Darphin Soleil Plaisir Spf50 karaca yağı, hialuron turşusu və E vitamini ilə zənginləşdirilmişdir. Krem, dərinin qidalanmasına və güclənməsinə kömək edir, qırışları azaldır, eyni zamanda dəriyə elastiklik qazandırır. Bir çox insan tərəfindən zərərli günəş şüalarına qarşı ən güclü qoruyuculardan biri olduğu üçün ən çox üstünlük verilən kremlərdəndir. Yaşlanma əleyhinə təsirli günəş kremlərindən olan Darphin Soleil Plaisir Spf50 qiymət baxımından da münasibdir.

Nuxe Günəş Kremi Fondante Visage Yüksək Qoruma Spf50 50ml

Nuxe Günəş Kremi Fondante Visage Yüksək Qoruma Spf50 50ml

Nuxe Günəş Kremi Fondante Visage yüksək qoruma gücünə sahib vasitələrdn biridir. Tərkibində su sümbülü və Kau Pe çiçəyi olan xüsusi formulası sayəsində dərini nəmləndirir, dəriyə mükəmməl qulluq edir. Dəridə qocalma əlamətlərini azaltmaq üçün hazırlanmışdır. Günəşin zərərli UVA və UVB şüalarına qarşı effektiv qorunma təmin edən Nuxe Günəş Kremi Fondante Visage ən yaxşı qoruyucu vasitələrdən biridir.

Vichy Capital Soleil SPF 50 Yaşlanma Əleyhinə Günəş Kremi 50 ml

Vichy Capital Soleil SPF 50 Yaşlanma Əleyhinə Günəş Kremi 50 ml

Vichy Capital Soleil SPF 50 çox təsirli yaşlanma əleyhinə olan günəş kremlərindən biridir. Kremin tərkibində olan Kombucha və Camu Camu ehtiva edən xüsusi formulası sayəsində dəriyə canlılıq və elastiklik qazandırılır. Günəşdən qoruyucu vasitə hesab olunan krem həm də çox təsirli günəş kremidir, həm də həssas dərilər üçün uyğundur.

Filorga UV-Bronze Visage Yaşlanma Əleyhdarı Günəş Mayesi SPF50+ 40ml

Filorga UV-Bronze Visage Yaşlanma Əleyhdarı Günəş Mayesi SPF50+ 40ml

Filorga UV-Bronze Visage günəşdən qoruyucu krem dərinin zamanla itirdiyi elastikliyini bərpa etmək məqsədi daşıyır. Dərini zərərli günəş şüalarından qoruyaraq qocalma əleyhinə qulluq məqsədini daşıyır. Xüsusi formulası sayəsində dəridəki qırışların azalmasına kömək edir, dəriyə nəmlilik, təravət bəxş edir.

Institut Esthederm Bronze Repair Extreme Sun 50 ml

Institut Esthederm Bronze Repair Extreme Sun 50 ml

Institut Esthederm Bronze Repair Extreme Sun günəşdən qoruyucu vasitə keyfiyyətli olması ilə seçilir. Kremin əsas hədəfi çox sıx günəş şüalarına qarşı dərini qorumaqdır. Heç bir problem olmadan qaralmanı sürətləndirməyi hədəfləyir. 

Skinceuticals Mineral Radiance UV Müdafiə Spf 50 50ml

Skinceuticals Mineral Radiance UV Müdafiə Spf 50 50ml

Yaşlanma əleyhdarı sahəsində özünü ən müvəffəqiyyətlə sübut edən markalardan biri olan Skinceuticals-dır. Minerallarla zəngin günəş kremi dərini həm qidalandırır, həm nəmləndirir. Bununla yanaşı eyni zamanda həm də dərini zərərli UVA və UVB şüalarından qorumaq məqsədi daşıyır.

Həssas Dərilər üçün Günəş Kremləri

Həssas dəri, adından da göründüyü kimi, ən çox reaksiyalara məruz qalan dəri tipərindəndir. Həmin dərilər üçün istər qulluq vasitələri, istərsə də üz və bədən prosedurları xüsusi diqqətlə seçilməlidir. Həssas dərili insanlar günəş şüalarından da özlərini qorumalıdırlar. Seçmiş olduqları günəş kremlərində də bu nüansa diqqət etməlidrlər.  

Həssas Dərilər üçün Daylong Ekstremal Günəşdən Qoruyucu Losyon Spf50 50 ml

Həssas Dərilər üçün Daylong Ekstremal Günəşdən Qoruyucu Losyon Spf50 50 ml

Həssas dərilər üçün istehsal ounan kremlərdən biri də Daylong Ekstremal Günəşdən Qoruyucu Losyon Spf50-dir. Çox həssas dərilər üçün xüsusi olaraq hazırlanmış kremin tərkibi E vitamini ilə zəngindir. Buna görə də dəriyə nəm və canlılıq verir, Aloe Vera isə dəriyə rahatlıq və təravət hissi bəxş edir. Həssas dəriyə sahib olan şəxslər rahatlıqla qeyd etdiyimiz günəşdən qoruyucu vasitəni əldə edə bilər.

La Roche Posay Anthelios Ultra SPF50 Qoxusuz Günəşdən Qoruyucu 50 ml

La Roche Posay Anthelios Ultra SPF50 Qoxusuz Günəşdən Qoruyucu 50 ml

La Roche Posay Anthelios Ultra SPF50 günəş qoruyucu kremi ətirsiz və yüngülləşdirilmiş xüsusi formulaya saibdir. Bunun sayəsində dəri reaksiyalarına səbəb olmur və günəşə qarşı maksimum qoruma təmin edir. Krem, zərərli Uva və UVb şüalarına qarşı tam qorunma təqdim edərək göz ətrafına tətbiq oluna bilər. Dərini nəmləndirici xüsusiyyətlərə malikdir.

Bioderma Həssas Dərilər üçün Xüsusi Rəng Baxım Dəsti

Bioderma Həssas Dərilər üçün Xüsusi Rəng Baxım Dəsti

Bioderma markasının istehsalı olan bu günəş qoruyucu krem, həssas dərilər üçün nəzərdə tutulub. Xüsusi olaraq hazırlanmış günəş kremi dərini nəmləndirir, həm də rəng bərabərliyini qoruyub saxlayır. Xüsusi formulası sayəsində dərinin tolerantlıq səviyyəsini artırmaq məqsədi daşıyır. Krem qətiyyən dəri reaksiyalarına səbəb olmur.

Ləkəli Dərilər üçün Xüsusi Günəş Kremləri

Ləkəl dərilər üçün ən ehtiyat edilməsi olan şeylərdən biri günəşin zərərli şüalarından qorunmaqdır. Çünki ləkələrin yaranmasının əsas səbəblərindən biri zərərli UV/a və UV/b şüalarına qarşı kifayət qədər qorunmamaqdır. Qorunma məqsədilə istehsal olunan kremlərlə tanış ola bilərsiniz. Həmin kremlər günəşin zərərli şüalarından qorumaqla yanaşə,həm də dərinin rəng tonunu bərabərləşdirir.  

Cosmed Sun Essential Qara Ləkələrə Qarşı Günəşdən Qoruyucu Krem SPF 50 50 ml

Cosmed Sun Essential Qara Ləkələrə Qarşı Günəşdən Qoruyucu Krem SPF 50 50 ml

Dərini günəş şüalarından qoruyan vasitələrdən biri də Cosmed Sun Essential-dır. Krem, ləkə və yaşlanma əleyhinə təsir göstərərək dərini maksimum günəşdən qoruyur. Eyni zamanda dəriyə parlaq və aydın görünüş də bəxş edir.

Solante Pigmenta Losyonu SPF 50+ 150 ml

Solante Pigmenta Losyonu SPF 50+ 150 ml

Ləkəli dərilər üçün ən çox seçilən məhsullardan biri olan Solante Pigmenta Losyon Spf50+150ml, qəhvəyi ləkələrin azaldılması üçün xüsusi olaraq hazırlanmışdır. Krem, dərini nəmləndirməyə kömək edir, eyni zamanda dərinin tonunu bərabərləşdirir. Xüsusi olaraq hazırlanmış filtrlər sayəsində dərini zərərli günəş şüalarından (UV/A və UV/B) qoruyur.

Uriage Bariesun SPF50+ Qəhvəyi Ləkəyə Qarşı Maye 40 ml

Uriage Bariesun SPF50+ Qəhvəyi Ləkəyə Qarşı Maye 40 ml

Qəhvəyi bölgələri azaltmaq üçün, eyni zamanda dəri tonunu bərabərləşdirmək üçün hazırlanmış yüksək qoruyucu günəş kremlərdən biridir də Uriage Bariesun SPF50+dur. O, dəridə yağsız bir iz buraxır və sürətli sorulmasını təmin edir.

Dead Sea Spa Magik İşıqlandırıcı Ləkə Əleyhinə Krem Spf 50 50 ml

Dead Sea Spa Magik İşıqlandırıcı Ləkə Əleyhinə Krem Spf 50 50 ml

Ləkə əleyhinə nəmləndirici və günəş kremi Dead Sea Spa Magik-dir. Ölü dənizdən gələn minerallardan ilhamlanan tərkibi sayəsində ləkələrin görünüşünü azaltmağa kömək edən krem, həm də dərini nəmləndirir və yaşlanmanın qarşısını alır. Günəşin zərərli UV/A və UV/B şüalarından qoruyan Dead Sea Spa Magik bir çox acının üstünlük verdiyi kremlərdəndir.

Quru dərini günəşdən necə qorumaq olar?

Quru dəri tipi də günümüzdə çox rast gəlinir. Xüsusilə şəhərdə yaşayanlar və kənd yerlərində açıq havalarda işləyənlər bu problemdən əziyyət çəkirlər. Quru dəriyə sahib olan şəxslər gündəlik dərilərini nəmləndirməlidir. Yay və qış aylarında isə günəşdən qoruyucu vasitələrdən mütəmadi istifadə etməlidirlər. Qış aylarında 30SPF istifadə olunduğu halda, yay aylarında 50+SPF-lərə üstünlük verilir. Seçmiş olduğunuz krem və losyonların quru dərililər üçün olmasına diqqət etməlisiniz. Çünki bu dəri tipinə uyğu istehsal olunan kremlər daha yağlı olur ki, dərini nəmləndirə bilsin. UV/A və UV/B şüaları dərinin quru nahiyələrində ciddi reaksiyalara səbəb ola bilir. Günəşdən düzgün qorunmadıqda həssaslıq, ləkələrin yaranması, qırışlar, dərinin elastikliyini itirməsi və bir çox müxtəlif problemlərlə qarşılaşa bilər.

Babe Spf 50+ Üz üçün Günəşdən Qoruyucu Krem 50 ml

Babe Spf 50+ Üz üçün Günəşdən Qoruyucu Krem 50 ml

Quru dərili şəxslər üçün istehsal olunan qoruyuc vasitələrdən biri də Babe’s markasına məxsusdur. Babe SPF 50+ nəmləndirici günəş kremi həm dərini effektiv şəkildə nəmləndirir, həm də günəşdən tam qoruyur. Günəşə çıxmadan təxminən 20 dəqiqə əvvəl istifadə edilməsi və günəşdə olarkən tez-tez təkrarlanması tövsiyə olunur. Adətən 2 saatdan bir günəşdən qoruyucu losyon və kremləri yenilənməlidir.

Heliocare Color Compacto Compact Günəşdən Qoruyucu Krem 10 qr - Yüngül

Heliocare Color Compacto Compact Günəşdən Qoruyucu Krem 10 qr – Yüngül

Quru və normal dərilər üçün işlənib hazırlanmış nəmləndirici günəşdən qoruyucu vasitələrdən biri də Heliocare Color Compacto Compact-dır. Krem təsirli olmaqla yanaşı, yaşlanma əleyhinə xüsusiyyətlərə malikdir. İpək konsistensiyası sayəsində nəmləndirici təsiri ilə dərinizdə xoş hisslər buraxacaq.

Sebamed SPF 50 Çox yönlü qoruyucu günəşdən qoruyucu 75 ml

Sebamed SPF 50 Çox yönlü günəşdən qoruyucu 75 ml

Olduqca çox sevilən və üstünlük verilən markalardan olan Sebamed, quru dərililər üçün günəşdən qoruyucu krem istehsal etmişdir. Bu krem suya və quma davamlıdır. Sebamed Spf 50 günəş kremi təbii hidro-fruktol formulası sayəsində dərini nəmləndirir və günəşə məruz qalan bölgələrdə qocalma əlamətlərini azaltmağa yönəlir. Dərini nəmləndirmək və günəşdən qorunmaq baxımından ən uğurlu günəş kremlərindən biri hesab olunur. Qiyməti də olduqca münasibdir.

SPF nədir?

SPF “günəşdən qorunma faktoru” deməkdir. Günəşdən qoruyan kremlərin üzərində fərqli rəqəmlər qeyd olunur. Uşaqlar üçün yay aylarında 30+ SPF məsləhət görülsə də, böyüklər 50+SPF istifadə etməlidirlər. Bu rəqəmlər,yəni günəşdən qorunma faktorları, dərimizi günəş şüalarından nə qədər qoruduğunu ifadə edir.  SPF nisbətinə baxaraq günəşdə qaldığınız müddətə görə seçim etməlisiniz. Günəş məhsullarında ən çox üstünlük verilən SPF30 və SPF50 məhsullardır. Günorta saatlarında günəşə məruz qalacaqsınızsa, SPF 50 və yuxarı olan məhsullardan istifadə etməyiniz məsləhətdir.

Günəş kremini necə seçmək olar?

Günəş məhsulu seçərkən dərinizi günəşin UVA və UVB şüalarından qoruyacaq tərkibli məhsullar seçməlisiniz. Gün ərzində günəşə məruz qalacağınız vaxtı nəzərə alaraq, yüksək və ya orta dərəcədə qoruma təmin edən kremlər seçə bilərsiniz.

Dərinizin tipinə uyğun günəşdən qoruyucuları seçmək də mümkündür!

Yağlı dəri tipiniz varsa, yağsız günəşdən qoruyucu kremlərə üstünlük verə bilərsiniz, quru dərisi olanlar isə nəmləndirici və losyona bənzər qoruyucu vasitələrdən istifadə edə bilərlər.

Günəş qoruyucuları məzmun baxımından iki fərqli kateqoriyaya bölünür. Fiziki və kimyəvi konservantlar. Dərinizin tipinə və ehtiyaclarınıza uyğun olaraq doğru tərkibli günəş kremi seçməlisiniz.

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button