Deqiq cinsiyyet hesablama👶🏻
Deqiq cinsiyyet hesablama qaydası tapmaq çox da asan deyildir. Analar.az komandası olaraq bu sahəni biraz araşdırdıq və sizlər üçün doğruluq payı çox olan cinsiyyət hesabla qaydalarını tapdıq.
Ana və ata olmaq demək olar ki, hər bir evli cütlüyün ən böyük arzularından biridir. Körpə səsi, körpə qığıltısı şirin, məsum, safdır. Övladın müjdələnməsindən dərhal sonra valideynlər üçün uşağın cinsiyyətinin nə olduğunu bilmək marağı yaranır. Tibb nə qədər inkişaf etsə də, müəyyən zamanda kimi dəqiqliklə cinsiyyəti öyrənmək mümkün olmur.
İstər qız, istərsə də oğlan övladı yaradanın bizlərə bəxş etdiyi ən gözəl nemətlərdir. Adətən cinsiyyət hesablama ilk övladdan daha çox ikinci övlada namizəd olanlar üçün daha çox maraqlı olur.
Tibb inkar etsə də, bəzi üsullarla cinsiyyət hesablanması mümkün olur. Adətən ana, ata yaşı və son menstruasiya tarixi nəzərə alaraq fərqli şəkillərdə uşağın cinsiyyətini hesablana bilər.
Cinsiyyət hesablanması adətən 2 üsulla həyata keçirilir.
- Çin təqvimi
- Rus təqvimi
Çin təqviminə əsasən cinsiyyət hesablama
Çin təqviminə görə uşağın cinsiyyətinin hesablanması bir çox hallarda düz olsa da, tibbi etibarlılığı yoxdur.
Hamiləliyin ilk həftələrində, ultrasəs müayinəsi olmadıqda, Çin təqvimi sayəsində körpənin cinsiyyət proqnozu yalnız 50% etibarlı sayılır.
Çin təqvimində hansı ayda oğlan uşağı olacaq?
Əvvəla qeyd etmək istərdik ki, hansı cinsiyyət proqnozlaşdırma metodundan istifadə edirsinizsə edin, körpənizin cinsiyyətinin oğlan və ya qız olma ehtimalı həmişə 50% təşkil edir. Çünki körpələrdə cinsi X və ya Y xromosomunun təyin edilməsi ilə müəyyən edilir.
Çin təqviminə əsasən isə, hansı ayda qız, hansı ayda oğlan uşağının doğulması tamamilə ananın yaşından asılıdır. Məsələn, 2023-cü il Çin təqviminə görə, 23 yaşlı ananın yanvar, fevral, mart, may, iyun, oktyabr və noyabr aylarında oğlan uşağı olma ehtimalı daha yüksəkdir. Bu göstəricilər yaşa görə dəyişdiyi üçün 24 yaşlı ana üçün aylar fəqli olur. Yəni vacib olan uşağın hansı ayda doğulacağı deyil, ananın yaşıdır.
2023-cü il Çin təqvimində hansı ayda qız uşağı olacaq?
Çin təqvim qrafiki ananın yaşı və cari il nəzərə alınmaqla yaradılmış mürəkkəb qrafikdir. Məsələn, 2023-cü il Çin təqvim cədvəlinə görə, 23 yaşlı qadının aprel, iyul, avqust, sentyabr və dekabr aylarında qız övladı olma ehtimalı daha yüksəkdir; lakin 24 yaşlı qadın üçün vəziyyət fərqlidir.
Hesablanma qaydası
Hesablanma qaydası aşağıda təqdim etdiyimiz cədvəllə mümkündür.
Rus təqvimi ilə cinsiyyət hesablama
Rus təqvimi ilə cinsiyyət hesablama Çin təqvimindən fərqlənir. Çin təqvimində yalnızca ana yaşı və son menstruasiya tarixi nəzərə alınaraq hesablansa da, Rus təqvimində atanın yaşı da nəzərə alınaraq hesablanır. Hesablanma qaydası belədir:
- Gün, ay, il şəklində ananın doğum tarixi,
- Gün, ay, il şəklində atanın doğum tarixi,
- Hamiləlik tarixi və ya gələcək ananın hamiləlik planlaşdırma tarixi
Cinsiyyet hesablama etmek isteyirem