Korpelerde burun tutulmasi
Korpelerde burun tutulmasi müxtəlif səbəblərdən baş ver bilir. Xüsusilə körpənin yerləşdiyi mühitdə havanın rütubət səviyyəsinin aşağı olması burun tutulmasına səbəb olur. Toz yığını da müəyyən müddətdən sonra burun tutulmasına səbəb ola bilər. Bu səbəbdən uşağın olduğu yerlər daim təmiz saxlanılmalıdır. Ümumiyyətlə, siqaret tüstüsü və müxtəlif ətirlər körpədə burun tutulmasına səbəb ola bilər. Ətirlər və siqaret tüstüsü qıcıqlandırıcı maddələr ehtiva edir. Həmçinin soyuqdəymə və qrip kimi virus infeksiyaları zamanı da burun tutulması baş verir.
Bu hal daha çox qış aylarında yaşanır. Çünki həm otağın qızdırlmasında istifadə olunan iqlim texnikaları səbəbindən evdə quru hava hökm sürür, həm də xəstəliklərin daha çox olduğu zamana təsadüf edir. Körpələrin burun keçidlərinin böyüklərdən daha dar olduğu üçün onların burunları çox asanlıqla tutulur.
Körpələrdə burun tutulmasını aradan qaldırmaq üçün nələr edilməli?
Körpəniz tez-tez burun tutulması yaşayırsa, o zaman bir sıra tədbirlər görməyinizdə fayda vardır. Bunun üçün ilk əvvəl otaqların tez-tez havasını dəyişdirməli və nəmləndirici aparatlardan istifadə edə bilərsiniz. Satışda çox sayda bu aparatları görə bilərsiniz. Bundan əlavə, körpələrin yatdığı yastığın düz olmasına diqqət yetirilməlidir. Duzlu su sayəsində körpələrin burun tıkanıklığı qısa müddətdə keçəcək. Onların burnunu tez-tez bu sularla yuyub, burun aspiratorları vasitəsilə təmizləyə bilərsiniz. Bu prosesdən sonra rahat nəfəs alıb-verəcəklər. Burun axıntısının burun keçidlərini doldurmaması üçün körpənin başının altına yüngül bir yastıq qoyulmalıdır.
Körpələrdə burnu necə təmizləmək olar?
Əgər körpənizin burun tutulması varsa, o zaman bu üsullardan istifadə edərək onun bu xoşagəlməz haldan xilas edə bilərsiniz.
Serum Fizioloji: Burun tutulması zamanı ən effektiv müalicə üsullarından biridir. Duzlu su olaraq bilinən bu damcı hər iki buruna gündə orta hesabla 4-5 damcı olaraq tökülür. Damla atıldıqdan dərhal sonra körpənin nəfəsində rahatlama müşahidə olunur. Uşağın asqırmasına imkan verir, burunda yığılan ifrazatların çölə atılmasına və tıxanıqlığın aradan qaldırılmasına kömək edir.
Burun aspiratoru: Körpələr üçün burun aspiratoru istifadə edərkən çox diqqətli olmaq lazımdır. Bu aspiratorlar iki cürdür. Nasosla işləyən və nəfəslə işləyən növü. Yaxşı olardı ki, siz ikincini əldə edəsiniz. Bu aspiratorlar iki uclu olur ki, bir ucu böyüklərin ağzında, digər ucu isə körpənin burnunda olur. Yetkin insanın güclü nəfəs alması ilə körpələrdə burun açılma əməliyyatı zamanı tıxanıqlıq çıxarılır və körpə rahat nəfəs almağa başlayır. Xüsusilə yeni doğulmuş körpənin burun tıkanıklığı varsa, aspiratorun güclü nəfəslə həddindən artıq istifadəsi körpələrin burundaxili selikli qişasını zədələyə bilər. Bunun nəticəsində isə qanaxma baş verə bilər. Ona görə də ehtiyatlı olmalısınız.
Otağın nəmləndirilməsi: Aşağı rütubət virus və bakteriyaların böyüməsinə ilə yanaşı kif kimi zərərli orqanizmlərin yaşaması üçün əlverişli mühit yaradır. Həddindən artıq nəmlik isə bədənin fizioloji tarazlığını pozur, tərləmənin qarşısını alır. Ona görə də rahat nəfəs almaq üçün otaqlar tez-tez havalandırılmalı, kiçiklər üçün ideal otaq temperaturu 22-24 dərəcə, 6 aydan yuxarı körpələr üçün isə 20-22 dərəcə olmalıdır.
İsti vanna: Çox isti olmayan vanna burundakı selik və ifrazatları yumşaldacaq və uşağınızın rahat nəfəs almasına imkan verəcəkdir.
Yastığı qaldırmaq: Körpəniz daim gecələr burun tıkanıklığı səbəbindən oyanırsa, yastığı dik tutmaq nəfəs almasını asanlaşdıracaq.
Oxşar məqalələr: