Uşaq sağlamlığı

Uşağı bezdən çıxarmağın yolu

Usagi bezden cixarmagin yolu hər bir valideyn üçün, xüsusilə də analar üçün çox maraqlı mövzulardandır. Freydə görə tualet məsələsi vacib məslələrdəndir. O, şəxsiyyətin formalaşmasının əsaslarının ilk beş ildə qoyulduğunu və sonrakı dövrlərdə də bu əsasda işləndiyini bildirirdi. Bu yaş aralığında uşağın tualetlə bağlı vəziyyətlərə reaksiyası onun şəxsiyyətində çox mühüm yer tutduğunu göstərir. Yanlış münasibət uşağın bütün həyatına təsir edəcək nəticələrə səbəb ola bilər. Buna görə də hər bir valideyn tualet tərbiyəsinə xüsusi diqqət etməlidir.

Bezdən azad olma prosesi bəzi ailələrin çox asanlıqla keçdiyi bir dövr olsa da, bəzi uşaqlarda elə də asan keçmir. Uşaqların bir çoxu bezdən azad olmaq istədiklərini müxtəlif hərəkətlərlə bildirirlər. Misal üçün uşaq uşaq bezdən narahat olur və bez çirkləndikdə tez zamanda onu dartaraq əynindən çıxarmaq istəyir. yaxud da güvəcə qoyduqda rahat bir şəkildə əyləşir və ana otuzdurmaq istəyəndə ağlamır. Bəzi uşaqlar bu dövrü çox böhran kimi yaşayırlar. Onlar güvəcdə oturmaq istəmir, güvəcə qoyulduqlarında aqressiv hərəkətlər nümayiş etdirərək ağlayırlar, eyni zamanda bez onları narahat etmir.

Əgər tualet tərbiyəsində uşaq buna məcbur edilərsə, sərt reaksiya görərsə, bu təzyiqlər səbəbiylə qəbizlik problemi yarana bilər. Əgər bu sərt münasibət davam edərsə, uşaq inadkar, üsyankar ola bilər. Tualet tərbiyəsi uşaq özünü hazır hiss etdikdə, uyğun zamanda düzgün rəftarla öyrədilməlidir. Düzgün şəkildə verilən tulet tərbiyyəsi uşağın gələcəkdə məhsuldar, özünə güvənən və yaradıcı olmasına yol açır. Çünki tualet vərdişi, uşağınızın öz üzərinə düşən ilk məsuliyyəti, nəzarəti və uğurudur. 

Körpəlikdən uşaqlığa keçiddə ən vacib addımlardan biri şübhəsiz ki, tualet təhsilidir. Anaların “bezdən azad olmaq” kimi gördükləri tualet təhsili prosesində “bu yaşa çatdıqda uşaq bezlərindən imtina etmələri” ilə bağlı bir qayda yoxdur. 

Adətən pediatrlar uşağın ən az 24 ayı tamamlandıqdan sonra tualet tərbiyyəsi verilməsini tövsiyyə edirlər. Ən ideal dövr 30 aylıqdır və bu, uşağa və onun hazırlığına görə dəyişə bilir təbii ki. Ancaq uşaq küncə çəkilib uşaq bezini çıxarmanızı istəyirsə, bu onun hazır olması demək deyil və ailənin bu vəziyyəti yanlış qəbul etməsinə səbəb olur.

Bu dövrün başlanğıcında ilk növbədə, uşağınızla danışaraq, uşaq bezini niyə tərk etməyin vaxtı olduğunu izah etməlisiniz. Uşağınızla parka gedərkən uşaq arabası ilə rastlaşdığınız zaman anadan körpədə uşaq bezlərinin olub-olmadığını soruşun və böyüklərin uşaq bezi taxıb geyinmədiyini danışıb izah edə bilərsiniz. Onun artıq körpə olmadığını izah etdikdən sonra uşağınızda dəyişikliyi görəcəksiniz.

Uşaq sizi anlamağa başladıqdan sonra sizə işarələr verəcəkdir. O, “indi mən sənin getdiyin tualetə getmək istəyirəm” , “mənim bezimi taxma” , “mən böyümüşəm” kimi sözlər deməyə başladığı andan bezdən azad olmağa hazırdır deməkdir. Uşaq sizə siqnallar verməyə başlayan kimi mövsümü, havanı və ya digər şərtləri düşünərək hərəkət etmək faydalıdır. İsti aylardı uşağa tualet tərbiyyəsi vermək həm sizin, həm də övladınızın rahatlığı üçün çox uyğun zamandır.

Bəzi uşaqlar isə bütün bunları etsə belə, bezdən azad olmaqla bağlı siqnalla versə də, uşaq yenidən bezinə qayıtmaq istəyə bilər. Bu hallarda birlikdə tualetdə onun üçün maraqlı zaman keçirərək, oyunlar oynayaraq, onu mükafatlandıraraq bezə qayıtmasını əngəlləyə bilərsiniz.

Tualet tərbiyəsi necə olmalı?

Uşaqların bezdən azad olması və bu prosesin daha asan baş verməsi bir çox ananın arzusudur. Məlumdur ki, həm bez qiymətləri bahadır və ailə büdcəsinə ziyan vurur, həm də uşağın dərisi həssas olduğundan, rahat nəfəs almadığından bezin taxılmaması onların sağlamlığı üçün olduqca faydalıdır. Bez taxıldıqda uşaq tualet ehtiyaclarını istədiyi vaxt rahat görə biləcəyindən əmindir. Lakin müəyyən yaşdan sonra artıq o başa düşməlidir ki, körpə deyil və təbii ehtiyaclarını ödəmək üçün başqa üsullar da vardır.

2 yaşından etibarən uşaqlara tualet tərbiyyəsi verə bilərsiniz. İlk başlarda biraz çətinlik yaşaya bilərsiniz. Uşağın buna öyrəşməsi biraz zaman ala bilər.

Əgər uşağınızın bezdən tamamilə azad olmasını istəyirsinizsə, yalnızca gündüzlər deyil, gecə yatdıqda da bez qoymamalısınız. Onların beyninə siqnal gedəcək və zamanla artıq altlarını batırmayacaqlar.

Gündüzlər 20 dəqiqədən bir uşağı tualetə apara bilərsiniz. Hər getmədən əvvəl də kiçik tualet ehtiyacı gəldikdə sizə bildirməsini söyləməlisiniz. Beləliklə, bir müddət sonra həm zaman uzanacaq, uşaq özünü saxlaya biləcək, həm də sizi xəbərdar edəcəkdir.

Övladınız ilk dəfə özü güvəcə oturduqdan sonra onu mükafatlandıra bilərsiniz. Alqışlaya, kiçik hədiyyə alaraq onu sevindirməyinizdə fayda var.  Özünüzə tualet təhsili üçün 4-6 həftəlik müddət verin. Gecələr çalışın oyaq qalın. Uşaq tərpəndikdə qaldırıb onu güvəcə otuzdurun. Artıq zamanla onun gecələr oyanmadığını da görəcəksiniz.

Tualet tərbiyəsində edilən səhvlər

Edilən ən böyük səhvlərdən biri də gecə bezlərini taxmağa qərar verəkdir. Valideynlərin bir çoxu uşaqlara gündüzlər bez taxmasalar da, bunu gecələr etmirlər. Beləliklə, uşaq artıq 2 seçim arasında qalır və çaş-baş qalır. Bu, həm ailələr, həm də uşaq üçün daha ağrılı bir prosesə çevrilir, gündüz uşaq bezi taxmayan uşaq gecə edə biləcəyinin rahatlığı ilə gününü keçirir, sonra isə gecə uşaq bezi çıxarıldıqda uşaq çətinlik yaşayır. ailəyə təzyiq. Bezi tərk etmə prosesi gecə-gündüz eyni vaxtda olmalıdır. Gecə vaxtı uşağın sağlamlığı baxımından, uşağın cinsiyyət üzvlərinin, aşağı ətraflarının rahat nəfəs alması lazım olduğundabez geyindirməmək lazımdır. 

İkinci böyük səhv isə uşağı buna məcbur etməkdir. Cəza vermək və hətta şiddət. Bu hərəkətləri əsla etməyin. Etdiyiniz hər bir səhv uşaqda ömürlük travma yarada bilər. Uşaqda belə olduqca özgüvən əskikliyi yaranacaq, o özündən utanacaq, bacarıqsız və yararsız olduğunu hiss edəcəkdir.

Əsas qaydalar

Hər bir valideyn üçün uşağın tez zamanda bezdən azad olması sevindirici hallardan biri hesab olunur. beləliklə, uşaq özünü daha yaxşı ifadə edə, məsuliyyətlərini dərk edə bilir. Bir çox uşaqlar bu dövrü asan keçirsələr də, bəziləri olduqca çətin yaşayır. Müxtəlif yaş dövrlərində olan uşaqlar tualet tərbiyyəsinə fırqli reaksiyalar verə bilirlər. Əgər rahatlıqla bu dövrü keçmək istəyirsinizsə, o zaman aşağıda sadalanan qaydalara əməl etməyinizdə fayda var:

  1. Səbirli olmaq.
  2. Tualet tərbiyyəsinə erkən başlamamaq.
  3. Uşağın hazır olduğuna tam əmin olmaq.
  4. Özünüzlə bərabər tualetə aparmaq, ona bu prosesi izah etmək, artıq böyüdüyünü və bezdən azad olmalı olduğunu izah etmək.
  5. Onun bəyənəcəyi və rahat olacağı güvəc almaq.
  6. Uşağı əsla tualetdən, nəcisdən və sidikdən iyrəndirməmək. Çünki tualetdən iyrənən uşaqlar sosial həyatlarında böyük çətinliklər yaşayırlar.
  7. Ona kiçik hədiyyələr verərək, onu mükafatlandıraraq tualetə özünün getməsinə şərait yaratmaq, özünü təmizləmək qaydalarını öyrətmək.
  8. Tualet tərbiyəsinə başladıqdan sonra bunu rejimə salın. Uşağı müəyyən saatdan bir tualetə aparın.

Qeydlər

Uşaqda bezdən azad olmağa başladığı dövrdə müəyyən dəyişiklilər baş verə bilər. Bu dəyişikliklər sizi qorxutmasın. Onda utancaqlıq yarana bilər, özünü kəşf etməyə çalışmağa başlaya bilər. Eyni zamanda qəbzlik yaranması normaldır. Uşaq bir neçə gündən bir böyük tualet ehtiyacını görəcəkdir. Bunun nəticəsində də qəbzlik yaranacaqdır. Bu hal 1-2 həftə davam edə bilər. Lakin pediatrlar bu dövrün daha asan və rahat keçməsi, qəbzlik kimi xoşagəlməz halların yaşanmaması üçün həkimlərə müraciət edilməsini tövsiyyə edirlər. Çünki bəzən qəbzlik 2 həftədən daha çox müddət davam edə bilər. Bunun baş verməməsi üçün pediatrınızdan kömək istəyə bilərsiniz.

5/5 - (1 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button