Uşaq sağlamlığı

Usaqlarda burun tutulmasi 

Usaqlarda burun tutulmasi çox rast gəlinən hallardan biridir. Bu onları olduqca narahat edir. Çünki böyüklər kimi burun təmizliyini bacarmırlar və beləliklə nəfəs almaqda çətinlik yaşayırlar. Ona görə də müntəzəm olaraq uşaqların nəfəs alıb-verməklərini nəzarətdə saxlamaq lazımdır. Usaqlarda burun tutulmasi problemini aradan qaldırmaq üçün müxtəlif vasitələr vardır. Ziyansız olan bu vasitələr onların rahat nəfəs almaqlarını təmin edir. Xüsusilə dəniz duzu tərkibli burun damcıları olduqca effektiv təsirə malikdir.

Körpələrdə burun tutulması

Yeni doğulan körpələrin demək olar hər birində bu problem olur. Bunun ən böyük səbəbi yeni doğulan körpələrin burnunda uşaqlıq yolundan qalan mayedir. Bu, körpənin burnunda tıxanıqlıq hissi yaradır. Bu tıxanma adətən doğuşdan bir neçə gün sonra öz-özünə yox olur. Körpələrdə burun tıxanıqlığının səbəblərindən biri müxtəlif havanın tənəffüs edilməsi, burundakı toxumaların şişməsi və ya selik əmələ gəlməsidir. Körpələrdə keçməyən burun tıkanıklığına quru hava da səbəb ola bilər. Onların burun selikli qişası həsassızdır və həddindən artıq quru hava burun tıkanıklığına səbəb ola bilər. Hətta burundakı qan damarları da çatlaya və qana bilər. Beləliklə, körpənizin burnunda qan görsəniz, narahat olmayın. Soyuqdəymə kimi virus infeksiyaları da körpələrdə burun tıkanıklığının ümumi səbəbidir.

Onlar hələ ki, ağız yolu ilə nəfəs alıb-vermədiyi bilmədiyindən burunları daim açıq qalmalıdır. Əks halda nəfəs ala bilməyəcəklər. Valideynlərə körpənin burununu açmaq üçün burun damcısı və burun aspiratoru lazımdır. Bundan əlavə otağın havası tez-tez dəyişdirilməlidir. Həmçinin otaq üçün nəmləndirici vasitələrdən də istifadə edə bilərsiniz.

İsifadə qaydası:

Dəniz duzu tərkibli burun damcısı yaxud da Natrium Xlorid 0.9%-li inyeksiya üçün sudan istofadə edə bilərsiniz. Əgər körpənizdə qulaq ağrısı yoxdursa, qulaq problemi yoxdursa, yan yatırdaraq burun damcısını töküb burun aspiratoru ilə tıxanıqlığa səbəb olan cismləri xaric edə bilərsiniz.

Adətən körpələr üçün yalnızda duzlu su tərkibli burun damcıları məsləhət bilinir. Digər burun açıcı fısqırtmalı vasiələr  həkimlər tərəfindən çox da məsləhət bilinmir. Əgər körpənizdə burun tıxanıqlığı çox olursa, o zaman yastığını biraz hündür edərək onun rahat nəfəs almasını təmin edə bilərsiniz.

Burun tutulmasının səbəbləri

Burun tutulmasının əsas səbəbləri bunlardır. Aşağıdakı bəndlərə nəzər yetirərək səbəbləri öyrənərək körpəniz üçün lazimi tədbirlər görə bilərsiniz.

Qıcıqlandırıcılar: Körpənin vəziyyəti yaxşı olsa da, xırıtlılı şəkildə nəfəs alıb-verdiyini eşidə bilərsiniz. Bununla yanaşı burun axıntısı və asqırmasını müşahidə edəcəksiniz.

Quru hava: Körpənin vəziyyəti yaxşı olsa da, xırıldadığını eşidə bilərsiniz. Bu xırıltı sinədən deyil, burundan gəlir.

Allergiyalar:  Alergiyanın müxtəlif növləri vardır ki, bu da uşaqlarda burun tutulmasına səbəb olur. Alergiya nəticəsində baş verən burun tutulması ilə yanaşı gözlər qızarır, şişir, burun axıntıs, ösküək olur.

İnfeksiyalar: Soyuqdəymə və ya qrip kimi yuxarı tənəffüs yolları infeksiyaları halsızlıq, qızdırma, öskürək, səs-küylü nəfəs alma, boğaz ağrısı, baş ağrısı, oynaq və əzələ ağrıları və qidalanma çətinliyinə səbəb olur. Eyni zamanda burun axıntısının rəngi şəffaf ağ rəngdə deyil sarı daha sonra isə yaşıl rəngə çevrilir.

Genişlənmiş Adenoidlər: Boğaz ağrısı nəticəsində də uşaqlarda burun tıxanıqlığı yarana bilər. Boğaz ağrısı nəticəsində burundan nəfəs almaq və danışmaq çətinləşir, yatarkən xoruldama, hətta yuxu apnesi yaşana bilər.

Xarici cisim: Körpələr və kiçik uşaqlar üçün xüsusilə təhlükəli olan kiçik əşyalar burun tıkanıklığına səbəb ola bilər. Paxlalı bitkilərin taxılları, bəzən qoz-fındıq və ya bəzən mərmər, düymələr, çınqıllar, oyuncaqlar və batareyalar kimi əşyalar ola bilər.

Burun spreyi və ya damcılarının həddindən artıq istifadəsi: 6 yaşından əvvəl tövsiyə edilməyən dekonjestan burun spreyləri, burun tıkanıklığını irəlilətmək kimi problemlərə səbəb ola bilər. Daimi və tövsiyyə olunandan çox istifadə olunduğu zaman həm də asılılıq yaradır. Bu və buna bənzər spreylərdən istifadə edərkən diqqətli olmaq lazımdır.

Uşaqlarda burun tutulması və müalicəsi

Körpələrdən fərqli olaraq uşaqlarda burun tutulması adətən xəstəlik zamanı meydana çıxan problemlərdən olur. Xüsusilə yaz və payız aylarında tez-tez xəstələnən uşaqlar qrip və digər xəstəlik səbəblərdən burunları tutulur. Bu zaman onlara necə kömək edə bilərik? Gəlin tanış olar:

Buxar maşını istifadə edin. Buxar maşını otağın havasını nəmləndirərək uşağın daha rahat nəfəs almasına kömək edir. Maşın ətrafa buxar verdiyi üçün qıcıqlanan burun yolları sakitləşir və uşağın daha rahat yatması mümkündür. Bu üsul burundakı qalın selikli təbəqəni parçalayır.

Burun spreyindən istifadə edin. Həkimin tövsiyəsi ilə apteklərdən əldə edilə bilən burun damcıları uşaqların, xüsusən də körpələrin burun keçidlərindəki selikli təbəqənin həllində təsirli olur. 

Uşağınızın maye qəbulunu artırın. Uşağınızın burun kanalındakı qıcıqlandırıcı maddələri çıxarmaq üçün maye istehlakı artırılmalıdır. Bunun üçün uşağa təzə sıxılmış meyvə suyu, tərəvəz şorbası və su vermək olar.

Faydalı yazılar

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button