Kifte resepti
Kifte resepti axtarışında olanlar saytımızda tapa bilər.
Küftə sözü Fars dilində əzmək mənasında işlənən koftan sözündən əmələ gəlmişdir. Küftələr irili-xırdalı, ətin digər ərzaqlarla qarışması üçün əzilməyi vasitəsilə hazırlanır.
Azərbaycanda ən məşhur resseptlərdən biri Bakı küftəsi olsa da, rayonlarımızda müxtəlif resseptlərlə küftələr hazırlanır. Analar.az olaraq sizlərə birdən çox kifte resepti təqdim edirik. Gəlin tanış olaq:
Bakı küftəsi
Azərbaycanın ən dadlı küftə ressepti Bakı küftəsi hesab olunur. Qədimdə və indinin özündə Bakı kəndlərində məclis olduqda bu küfə hazırlanırdı. Hazırlanması biraz vaxt aparsa da, ləzzətli olması səbəbindən bu əziyyətə dəyir. Sizə lazım olan ərzaqlar bunlardır:
- Yarım stəkan gecəni soyuq suda islağa qoyulmuş noxud
- Üstünə səpmək üçün quru nanə (ətin içində quru nanə varsa, yeməyin üstünə səpmək mütləq deyil)
Küftənin Ərzaqları:
- Yarım kilo mal və ya qoyun əti ya da onların qarışığı (mən 85% yağsız\15% yağlı orqanik mal ətindən istifadə edirəm)
- 1 çay qaşığı xırdalanmış quru mərzə (məcburi deyil, amma məsləhətdir)
- 1 çay qaşığı xırdalanmış quru ağ reyhan (məcburi deyil, amma məsləhətdir)
- 1 çay qaşığı duz
- 1/4 çay qaşığı istiot
- 1 orta ölçülü soğan -ət maşınından keçirilmiş
- 1 ədəd yumurta
- 1/3 stəkan yumru düyü
- 1 çay qaşığı xırdalanmış nanə qurusu (məcburi deyil, amma məsləhətdir)
- 4 kiçik alça qurusu
Bulyonun Ərzaqları:
* 2 xörək qaşığı ərinmiş yağ
* 1 xörək qaşığı tomat pastası
* 4 qabığı soyulmuş bütöv kartof
* 1/4 çay qaşığı sarıkök
* Duz-istiot
Hazırlanma qaydası:
- Bir gün əvvə noxudları soyuq suda saxlayın. İslağa qoyulmuş noxudu yarım-bişənədək suda qaynadın. Çünki daha sonra yenə de bişiriləcək.
- Küftəni hazırlamaq üçün ətin bütün ərzaqlarını (alça qurusundan başqa) iri bir qabda əllərinizlə yaxşıca qarışdırın.
- Qarışıqdan 4 iri küftə düzəldin (daha çox nəfəri qonaq etmək istədiyiniz halda küftələri bir az balaca edə bilərsiniz) Hər küftənin ortasına bir ədəd alça qurusu yerləşdirin.
Bulyonu hazırlayın.
Bakı küftəsi dadlı edən lavə olaraq bulyonun hazırlanmasıdır.
- Sümüklü əti qazana tökərək bişirin.
- Orta ölçülü qazanda yağı orta istilikdə qızdırın, daha sonra tamat pastasını əlavə edib qovurun. Sonra 7 stəkan su əlavə edib qaynara düşənədək gözləyin.
- Qazın istiliyini bir az azaldın.
- Bulyonu qazna əlavə edib küftələri bir-bir bulyona salın.
- Qazanın üstünü açıq saxlayıb 10 dəqiqə küftələrə toxunmadan bişirin. Bulyonun üzərində kəf əmələ gəlsə onu yığın.
- Kartofu, sarıkökü və noxudu əlavə edərək zövqə görə duz-istiot vurun.
- Vam xodda qazanın qapağını örtərək 40 dəqiqə bişirin.
- Üzərinə nanə qurusu səpmək olar. Nuş Olsun!
İrəvan küftəsi
İrəvan küftəsinin resseptini axtaranlar burada tapa bilər. Bakı küftəsindən seçilən bu sulu xörəyin hazırlanması aşağıdakı qaydada olur.
Ərzaqlar:
- Qiymə
- Noxud
- Düyü
- Mərzə və ya ət otu
- Soğan
- Kartof
- Reyhan və nanə qurusu
- Duz, istiot
- Alça turşusu
- İstəyə görə yumurta
- Tomat
- Sarıkök
- Kərə yağı
Hazırlanması:
- Soğan yağda qovurulur.
- Üzərinə tomat əlavə olunur qovurlmağa davam edilir.
- Daha sonra sarıkökü əlavə edirsiniz.
- Suyu əlavə edib qaynamasını gözləyin.
- Qaynadıqdan sonra kartofları əlavə edin.
- Qiymənin üzərinə çəkilmiş soğan, reyhan və nanə qurusu, düyüəlavə edilib yoğrulur.
- Daha sonra oyuq açılaraq içərisinə alça turşusu qoyularaq yumru formaya gətirərək qazana atın.
- Bişdikdən sonra zövqə görə bəzəyərək servis edə bilərsiniz.
Nuş olsun!