Sağlamlıq

Mede agrisi zamani ne etmeli?

Mede agrisi zamani ne etmeli olduğunuzu bilmək istəyirsinizsə, məqaləmizi diqqətlə oxumağınızı tpvsiyyə edirik. Əsasən soyuqdəymə, yeyilən qidalardan, içdiyiniz içkilərin təsirindən tez-tez mədə ağrıları ilə rastlaşa bilərsiniz. Bu kimi problemlərin aradan qaldırılmasının yolu asandır. Görülən tədbirlər də çox zaman effektiv olur. Mədə ağrıları həm uşaqlarda, həm də böyüklərdə görülən bilən problemlərdəndir. Bu zaman xalq təbabətində istifadə olunan bitki və qidalardan yaxud da dərmanlardan istifadə olunaraq bu ağrının yüngülləşdirilməsinə çalışılır.

Mədə ağrısı nədir?

Mədə ağrısı yuxarı qarındakı narahatlıq hissini verən ağrıdır. Hər kəs həyatında ən azı bir dəfə bu şikayətdən şikayətlənir. Qarın və mədə nahiyəsində narahatlıq və ağrı əlamətləri ilə özünü göstərən mədə ağrısı bir çox səbəbə görə yarana bilər. Bu, ciddi xəstəliklər, həmçinin pəhriz və ya gündəlik həyatın stressi səbəbindən baş verə bilər. 

Mədə ağrısının səbəbləri

Bir xəstəliyi müalicə etmək üçün ilk əvvəl onun səbəbini araşdırmaq lazımdır. Mədə ağrısını yadan bir çox səbəblər vardır. Bunlar:

  • Gərgin və stresli həyat yaşamağınız
  • Həzm problemləri və qəbizlik
  • Qeyri-sağlam şəkildə qidalanmağınız və düzgün etmədiyiniz dieta və pəhrizlər
  • Spirtli içki və siqaretdən çox istifadə
  • Çəki artıqlığı
  • Reflü, qastrit və ya xora kimi mədə xəstəlikləri
  • Appendisit
  • Bədəndə həddindən artıq qaz və qaz sıxılması
  • Mədədə inkişaf edən şişlər və ya xərçənglər
  • Bədəndə baş verən hormonal dəyişikliklər
  • Mədədə inkişaf edən Helicobacter Pylori bakteriyası da mədə ağrısına səbəb olur.
  • Qidalara qarşı allergiyanın nəticəsi ola bilər.

Mədə ağrısına yaxşı təsir edən qidalar

Mədə ağrısı zamanı insanlar ilk öncə həkimə getməkdən qabaq özləri özlərini ev şəraitində müalicə etməyə çalışırlar. Demək olar ki, bu müalicələr çox zaman effektiv təsirə malik olur. Mədə ağrılarına ən yaxşı təsir edən vasitələr bunlardır:

  • Süd, qatıq
  • Darçın
  • Banan
  • Kətan toxumu
  • Zirə
  • Armud
  • Zeytun yağı
  • Çobanyastığı çayı
  • Mineral su
  • Qarağat mürəbbəsi
  • Kartof suyu
  • Mixək
  • Zəncəfil
  • Biyan kökü

Süd və qatıq

Süd və qatıq mədə ağrısı üçün ənyaxşı içkilər hesab olunur. Həzm sisteminin sağlam işləməsini dəstəkləyən bir stəkan süd və ya bir kasa evdə hazırlanmış təbii qatıqla mədə ağrılarına asanlıqla qalib gələ bilərsiniz. Təbii ki, bu ağartı məhsullarına qarşı alergiyası olmayanlar üçün keçərli müalicə üsuludur.

Darçın

Mədədə turşu-qələvi balansının pozulması nəticəsində yaranan mədə ağrıları olur. Əgər buna  bənzər ağrılarınız varsa, darçın köməyinizə çatacaqdır. Çayınıza və ya bir kasa qatığa darçın əlavə edərək qısa müddətdə bu problemin öhdəsindən gələ bilərsiniz.

Banan

Ən çox sevilən meyvələrdən olan banan mədə ağrıları zamanı istifadə olunur. Təkcə banan deyil, bütün lifli qidalar mədə ağrısını aradan qaldırmağa kömək edəcəkdir.

Kətan toxumu

Kətan toxumu çox xeyirlidir. Banan kimi qidalandırıcı lif baxımından çox zəngindir. Diyeta edənlər üçün əvəzolunmaz sayılan kətan toxumu bu xüsusiyyəti sayəsində mədə ağrısına da yaxşı təsir bağışlayır. Kətan toxumunu salatlarınıza və ya bir kasa qatığa əlavə edərək yeyə bilərsiniz.

Zirə

Həddindən artıq ədviyyatlı qidaların mədə ağrısını tətiklədiyini deyə bilərik. lƏgər allergiyanız yoxdursa, mədə ağrınız zamanı zirədən istifadə edə bilərsiniz. Zirə mədədəki turşu-qələvi tarazlığının qorunmasında orqanizmə dəstək olur. Qəbul edilmə şəkli isə bir kasa qatığa əlavə olunaraq yaxud da limon suyu və ya təmiz içməli su ilə qarışdıraraq istehlak edilə bilər. 1 çay qaşığı zirə istifadə etmək kifayət edəcək, həddindən artıq olmamağa diqqət edin.

Armud

Hər fəsildə tapa bilməsək də, mədə ağrınız zamanı evdə armud varsa, ondan istifadə edə bilərsiniz. Tərkibindəki liflər və faydalı maddələr sayəsində mədə ağrılarınızı rahatlaşdıracaqdır.

Nanə

Nanədən qarın ağrıları və mədə ağrısı zamanı istifadə olunur. Xüsusilə qaz sıxılması, köp kimi bir problem səbəbiylə mədə ağrınız varsa, nanə çayı hazırlayaraq və ya nanə-limon hazırlayaraq istifadə edə bilərsiniz.

Zeytun yağı

Zeytun yağı, qidaların həzm prosesini sürətləndirir. Artıq çəki və həddindən artıq yemək kimi vəziyyətlərdən qaynaqlanan mədə ağrıları  zamanı istifadə oluna bilər. 1-2 xörək qaşığı zeytunyağı daxilə qəbul edə bilərsiniz. Həmçinin bol zeytun yağı ilə yüngül salatlar hazırlayaraq eyni effekti əldə etmiş olacaqsınız.

Çobanyastığı çayı

Çobanyastığının sakitləşdirici xüsusiyyəti vardır. Ağrı, yuxusuzluq zamanı qəbul edildikdə mükəmməl təsir gücünə sahib olduğunu görə bilərsiniz. Stress kimi müxtəlif psixoloji təsirlərdən yaranan mədə ağrıları üçün  hər gün bir stəkan çobanyastığı çayı içə bilərsiniz.

Mineral su

Mədə ağrısı probleminin həllində təsirli üsullardan biridir. Mədə ağrısına səbəb olan turşu-qələvi balansı pozulursa, mineral su bu mövzuda sizin dəstəkçniz olacaqdır. Həzmsizlik problemini aradan qaldırdığı üçün mədə ağrısının da qısa müddətdə keçməsini təmin edir.

Qarağat mürəbbəsi

Qara qarağat xüsusilə C vitamini ilə zəngindir. Bu səbəbdən giləmeyvə çox gözəl antioksidant sayılır. Ondan hazırlanmış mürəbbə isə sizin əsl dərmanınıza çevriləcəkdir. 1 şay qaşığı qarağat mürəbbəsini 200 ml isti su ilə qarışdırıb qəbul edə bilərsiniz. Ağrınız 15 dəqiqə sonra yüngülləşəcəkdir.

Kartof suyu

Kartof suyu ən gözəl mədə ağrısı dərmanı hesab oluna bilər. Xüsusilə də qırmızı kartfonun suyu mükəmməl təsirə malikdir. Əsasən qastrit, xora kim mədə ağrıları zaman müddətli şəkildə gündəlik olaraq daxilə qəbul olunur. Müalicə 3 kurs davam edir. Fasilələr verilərək yenidən müalicəyə davam edilir.

Mixək

Mixəyin tərkibində köpü azaldan bir çox aktiv maddələr var. Əsasən ürəkbulanmanı azaltmağa kömək edir. Üyüdülmüş mixəyi  bal ilə qarışdıraraq suya çalıb içə bilərsiniz.

Biyan kökü

Biyan kökü həzmi azalda bilər və mədə xoralarının qarşısını almağa kömək edir.

Zəncəfil istehlakı

Həzmsizlikdən yaranan mədə ağrılarını təbii üsullarla aradan qaldırmaq üçün üstünlük verilməli qidalardandır. Zəncəfil yeməklərə əlavə edilərək və ya çay kimi içilərək istehlak edilə bilər. Çox gözəl təsiri vardır. Tərkibində gingerol və şoqaol kimyəvi maddələri olan zəncəfil istehlakı bir tərəfdən həzmi sürətləndirir, digər tərəfdən də ürəkbulanma və ishal kimi mədə ağrısına səbəb ola biləcək xəstəliklərin azalmasına kömək edir. 

Unutmayın ki, qida zəhərlənməsi zamanı da mədənizdə ağrılar ola bilər. Əgər qusma halları olarsa, zəhərlənmədən şübhələnirsinizsə, o zaman dərhal həkimə müraciət etməlisiniz.

Bundan əlavə yuxu rejiminizi bərpa etməklə, spirtli içkilərdən, siqaretdən uzaq qalmaqla, sağlam qidalanmaqla, ədviyyatlı yeməklərdən imtina etməklə, idmanla məşğul olmaqla, gərgin iş rejimlərində çalışmayıb stressdən uzaq qalmaqla mədə ağrılarından yaxa qurtara bilərsiniz.

Oxşər yazılar

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button