Uşaq sağlamlığı

Usaqda cop qalanda nece olur?

Usaqda cop qalanda nece olur, simptomları nələrdir kimi suallarınıza cavab axtarışındasınızsa, o zaman doğru ünvandasınız. Analar.az olaraq sizin bu suallarınızın cavabını ətraflı şəkildə bu məqaləmizdə qeyd etmişik.

Körpə yaşarından etibarən uşaqlarda çöp qalma, qida artıqlarının boğazda ilişib qalması kimi problemlərini yəqin ki, bir çoxumuz eşitmişik. Keçmiş zamanlarda geniş yayılmış olan bu problemə günümüzdə də rast gəlinir. Lakin bu dəfə qismən azalmış halda problemlər qarşılaşdığımızı deyə bilərik. Pediatrlar, həkimlər isə qəti şəkildə uşaqların “çöpçü”lərə aparılmasına qarşıdır. Təbii ki, bu etirazlarınl elmi şəkildə də izah edirlər. Bəs doğrudanmı uşaqlarda çöp qalır? Bu problem həqiqətən də mövcuddurmu?

Əminəm ki, bu məqaləni oxuyan oxuculardan 10 nəfərdən azı 8 nəfəri uşaq vaxtı çöpçülərə çox aparılıb. Burnumuzdan üfürülərək ağzımızdan meyvə tumları, meyvə qabıqları və s kim bərk qida qalıqlarının çıxarıldığını da öz gözümüzlə görmüşük. Ona görə də çöpə inanmamaq kimi bir şübhənin olması nə dərəcədə düzgündür bilə bilmədim açığı.

Körpələr artıq 1 yaşından etibarən yeriməyə başlayırlar. Bu yaşdan başlayaraq əlavə qidalara keçid dövrü tam başlanılır. Meyvələr, tərəvəzlər, bərk qidalar verilməyə başlanılır ki, uşaqda çənə əzələləri möhkəmlənsin. Bu qidalar ilə ilk dəfə tanış olan uşaqlarda boğazda qida qalıqlarının qalması mümkündür. Təbii ki, bu bütün uşaqlara şamil olunmur. Heç bir zaman çöp kimi problemlə qarşılaşmayan çox sayda uşaqlar vardır.

Qeyd olunduğu kimi bəzi meyvələr, qidalar uşaqlar tərəfindən qəbul edildiyi zaman, qabıq, tum, çərəz kimi yad cismlər qida borusu ilə tənəffüs yolunun arasında olan haçalanma nöqtəsinə – armudvari oyma adlanan nahiyəyə düşə bilir. Uşaqlarda refleks zəif olduğuna görə yad cism həmin nahiyədə xeyli müddət qala bilər. 

Həmin yad cismin oradan çıxarılması üçün isə mütləq şəkildə həkimə müraciət olunmalıdır. Həkimlərin bildirdiyinə görə isə “çöpçü”lərin həmin yad cismləri o nahiyyədən çıxarmaqları qeyri-mümkündür. Bu işi tam gigiyenik, steril qaydada həkim icra etməlidir.

Daimi olaraq çöpçülərə aparılan uşaqlarda tənəffüs yoluna infeksiya keçə bilər ki, bu daha böyük fəsadlara yol aça bilər. Uşaqların sağlamlığını qorumaq məqsədilə əgər övladınızda çöp qaldığından şübhə edirsinizsə, lora müraciət etməyiniz daha düzgün seçim olacaqdır.

Uşaqlarda çöpün qalmasının əlamətləri

Uşaqlarda çöpün qalmasının bir neçə əlaməti ola bilir. Valideynlər adətən bunun gec fərqində olur, elə düşünürlər ki, uşaq hər hansı infeksiyaya yoluxub. Yaxşı olardı ki, əgər övladınızda, bu simptomlar varsa, ilk əvəl lora müraciət edəsiniz.

  • Ağızdan pis qoxu gəlməsi.
  • Burundan selik axması.
  • Öskürək.
  • Halsızlıq.
  • Qızdırma. Bütün cəhdlərə baxmayaraq qızdırmanın genlərlə düşməməsi.
  • Göz altında qaralıq, çökəklik yaranması.
  • Uşağın davamlı şəkildə əlini burnuna aparması.
  • İştahsızlıq.
  • Uşaqlarda aktivliyin azalması.

Qeyd etdiyimiz problemlər adətən çöp zamanı müşahidə edilir. Lakin bu simptomların hər biri çöpdən yaranır deyə bilmərik. Həkim müayinəsi hər zaman ilk məsləhət görəcəyimiz tövsiyyədir.

2.2/5 - (4 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button