Uşaq sağlamlığı

Usaqlarda allergiya sepkileri 

Usaqlarda allergiya sepkileri çox zaman görülən problemlərdən biridir. Allergiya, orqanizm əslində zərərsiz olan maddələri yad və zərərli kimi aşkar etdikdə immun sisteminin reaksiyası nəticəsində yaranır.Bu səpkilərin keçməsi üçün müxtəlif kremlərdən və tibbi vasitələrdən istifadə olunur. İlk əvvəl alergiyanın səbəbi müəyyənləşdirilib aradan qaldırılmalıdır ki, səpkilərin sayı daha da artmasın.

Körpələrin dərisində quruluq, qızartı, üz nahiyələrində, dodaqlaırnda və bədənlərində qaşınma olarsa, qusma baş verərəsə, bu onların inək südünə qarşı olan həssaslığının göstəricisidir deməkdir. Valideynlər alergiya zamanı diqqətli olmalı və tədbir görməlidirlər. Çünki alergiya uşaqlar üçün çox təhlükəli hesab olunur.  Çünki alergiya ürək və tənəffüs problemlərinə səbəb olaraq həyati təhlükə yarada biləcək ciddi səviyyələrə çata bilər.

Körpələrdə Qida Allergiyası

Qida allergiyası körpələrdə tez-tez rast gəlinir və 3 yaşdan kiçik uşaqlar və körpələrin təxminən 6-8%-i qida allergiyasından təsirlənə bilər. Yeni doğulmuş körpələr də ana südü ilə allergenlərə məruz qala bilərlər. Ana südünün tərkibi ananın qida rasionu ilə dəyişdirilir ki, bu maddələr də ana südü ilə birlikdə körpənin bədəninə daxil olur. Ona görə də ana yediyi qidalara diqqət etməlidir. Bundan əlavə süni qida vasitələrinin də hər hansı iri körpədə alergiya yarada bilər. Bu zaman uşaqda səpkilər yaranacaq və ishal baş verəcəkdir.

Körpələrdə Ətraf Allergiyaları

Körpələrdə alergiya tək qidadan yaranmır. Onların yaşadıqları mühitdə bir çox maddələrə qarşı allergiyanın yaranması da mümkündür. Körpənin nəfəs aldığı hava ilə və ya ona toxunduqda bədəninə daxil olan maddələr allergik reaksiyalara səbəb ola bilər. Bunlar toz yığını, heyvanlarla oynama nəticəsində, sabun və şampun kimi baxım vasitələri, böcək dişləməsi və s kimi xarici təsirlər nəticəsində yaranan alergiyalardır.

Körpələrdə Mövsümi Allergiyalar

Müəyyən aylarda baş verən allergiyalara mövsümi allergiya deyilir. Bu alergiyalar əsasən yaz və payız aylarında baş verir. Bu alergiyanı yaradan əsas səbəblər həmin fəsillərdə açan bitki və ağaclardır. Mövsümü alergiyalara yaxalanan uşaqlarda göz yaşarmaları, asqırmaq, öskürək, burun axması kimi simptonlar görünür.

Bezlərdən yaranan alergiyalar

Körpələr yeni doğulan gündən 3-4 yaşına kimi uşaq bezlərindən istifadə edirlər. Satışda çox sayda fərqli markalara məxsus uşaq bezləri vardır ki, tərkibləri və qiymətləri fərqlidir. Bəzən bu bezlər həssas dəriyə sahib uşaqlara düşmür. Onlarda qızarıqlığa, səpkilərə səbəb olur. Bu zaman bezi dəyişərək başqasını sınamalı, səpkilərin qarşısını almaq üçün nəmləndirici uşaq kremlərindən istifadə etməli və səpkilər tam solana qədər bezi tez-tez dəyişdirməlidirlər.

6 ayından etibarən artıq körpələrə əlavə qidalar verilməyə başlanılır. Həkim məsləhəti əsasında əlavə qidalara başlanılmalıdır. Körpənin dadacağı hər bir yeni qida çox az porsiyada verilməli, 3 gün müşahidə edilməli və tədricən artırılmalıdır. Əks halda körpənin bağırsaq florası pozula bilər.

Yaşca böyük uşaqlarda isə fındıq, fıstıq, qoz, çiyələk, kivi, ananas, portağal kimi meyvələr və pomidor kimi tərəvəzlər qida allergiyasına səbəb ola bilər. Bundan başqa uşağa turşu və qazlı, ədviyyatlı qidaların verilməsi uyğun deyildir.

Digər yazılar

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button