Uşaq sağlamlığı

Usaqlar ucun vitaminler

Usaqlar ucun vitaminler olduqca vaibdir. Vitaminlər sayəsində onların immun sistemləri güclənir, xəstəliklərdən uzaq qalırlar. Uşaqlar vitaminləri meyvə və tərəvəzlər vasitəsilə əldə edirlər. Alma, armud, banan, nar, kök, balqabaq və s olduqca yeyilməsi vacib qidalardandır. Bir neçə aydan bir mütəmadi uşaq həkim müayinəsindən keçməli, halsızlıq, iştahsızlıq varsa, analizlər verməlidir. Bu analizlər nəticəsində vitaminlər lazimindən aşağı səviyyədə olarsa, əlavə vitamin həbləri yaxud siropları verilməli, gündəlik qidasına xüsusi diqqət olunmalıdır.

Vitamin əlavələri nədir?

Vitamin əlavəsi uşaqları xəstəliklərdən qorumaq, böyümə və inkişafını sürətləndirmək üçün istifadə olunur. Yod, dəmir, B12 və B qrup vitamini, A qrup vitaminlər, C, D, kalsium, maqnezium, sink kimi vitamin və mineral ehtiyaclarını təbii vasitələrlə qarşılamaq olmadığı zaman vitamin əlavələrinə üz tutulur. Qeyd edək ki, həddindən artıq verilən vitaminlərin də fəsadı qaçılmaadır. C vitamini qədərindən çox verilərsə, xərçəngə, D vitamini isə böyrək probleminə, böyrək daşlarına səbəb olur.

Vitamin əlavələri haqqında

Uşaqlar üçün vitamin növləri fərqlidir. Uşaqlar üçün vitamin əlavələrinə deyildikdə, B, C, D, K vitaminləri, vitaminli su və içkilər kimi əlavələr, həmçinin birdən çox vitamin ehtiva edən multivitamin variantları nəzərdə tutulur. Bu vitaminlərin onların rahat şəkildə qəbul edəcəkləri və dadlarını bəyənəcəkləri şəkilə istehsal olunur.

Multivitaminlər

Multivitaminlər birdən çox vitamin və mineral ehtiva edən əlavələrdir. Multivitaminlər yaşa görə dəyişə bilən vitamin və mineralların miqdarına görə müxtəlif məhsul qruplarına daxil edilə bilər.

B vitaminləri

B qrupuna məxsu olan vitaminlər sprey və damcı şəklində olur. B1 (Tiamin), B2 (Riboflavin), B3 (Niasin) B5 (Pantothenic Acid), B6 (Piridoksin), B7 (Biotin), B9 (Fol turşusu, Folat) və B12 (B)Kobalamin) kimi B vitaminlərinin növləri var. .

Vitamin C

C vitamini  kapsullar, püskürən tabletlər, maye və çeynənən formalarda olur. Vitamin C əlavələri sink kimi bəzi minerallarla birləşdirilə bilər və ya təkbaşına qəbul edilə bilər.

Vitamin D

Günəş vitamini olaraq da bilinən D vitamini adətən günəşə məruz qalmaqla əldə edilir. Bu vitamin sprey və damcı formalarında olur. Vitaminin dozasını isə mütləq həkim təyin etməlidir.

K vitamini

Koaqulyasiya vitaminləri də adlandırılan K vitamininin maye və damcı şəklində olur. Bu vitaminiki əsas növü fərqlənir;  K1 və K2. İspanaq və kələm kimi bəzi bitki mənbələrində K1 vitamini ola bilsə də, K2 vitamini ümumiyyətlə ət, pendir və yumurta kimi bəzi heyvan mənşəli qidalarda və fermentləşdirilmiş qidalarda olur. 

Uşaqlar üçün ən yaxşı vitamin əlavələri

Vaqlideynlər uşaqlarına vitamin əlavələri axtaran zaman ən yaxşısının olmasına xüsusi diqqət edirlər. Ən çox satılan və keyfiyyəti ilə valideynlərin razılığını qazanan markalar Nature’s Supreme, Ocean və Voonka-dır. Bundan əlavə Amerika və Avropa istehsalı olan bir çox markalar da ən yaxşı vitamin əlavələri istehsalı ilə xeyli məşhurdur.

Vitamin əlavələri;

  • Çeynənilə bilən
  • Həb şəklində
  • Sirop şəklində
  • Toz şəklində olur.

Adətən vitamin əlavələri 4 yaşından böyük uşaqlar məsləhət bilinir.

Omega-3 faydası

 Digər sadalanan vitaminlərlər yanaşı uşaqlara ən çox verilən vitamin balıq yağıdır.

Omeqa 3:

  • koqnitiv funksiyalar, 
  • ürək-damar sağlamlığı, 
  • xərçəngin qarşısının alınması
  • Bu, bir çox digər bədən funksiyaları üçün vacib və zəruri olan bir növ yağ turşusudur.

Omega 3 çatışmazlığı 

  • öyrənmə geriliyi 
  • unutqanlıq, 
  • uşaqlarda böyümə geriliyi, 
  • sümük və oynaq xəstəlikləri,
  • xolesterin,
  • dəri xəstəlikləri, 
  • xərçəng kimi bir çox sağlamlıq problemlərini yarada bilər.

Faydaları sadalamaqla bitməyən Omega-3 vitamin əlavəsi uşaqlar və böyüklər üçün istehsal olunur. Uşaqlar üçün əsasən sirop formalı vitaminlərə üstünlük verilir. Ən çox məşhur olan marakalardan biri isə Möllers və Karlsondur.

Uşaq üçün faydalı digər yazılarımız:

5/5 - (1 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button