Usaq ucun qarin agrisi dermani
Usaq ucun qarin agrisi dermani həkim tərəfindən təyin olunmalıdır. Əvvəlcə qarın ağrısının səbəbi müəyyənləşdirilməli, daha sonra səbəbin aradan qaldırılması üçün tədbirlər görülməlidir. Bir çox hallarda valideynlər ev şəraitində uşaqların qarın ağrısını müalicə etməyə çalışırlar. Nanə çayı və düyü ən çox istifadə olunan vasitələrdəndir. Uşaqlarda təkrarlanan qarın ağrısı təxminən 9-15% -ində baş verir. Ağrı adətən oğlanlarda 5-6, qızlarda isə 9-10 yaşlarında müşahidə olunur. Qızlarda qarın ağrısı da erkən yetkinliyə keçid zamanı yumurtalıqdan və ya uşaqlıq yolundan yarana bilər.
Xüsusilə 1 yaş civarında oğlanlarda sidik yollarının infeksiyasına bağlı qarın ağrısı meydana gələ bilər. 2 – 3 yaşından sonra uşaqlar artıq bağçaya getməyə başlayır. Bağcada eyni qabda tualet ehtiyaclarını gördükləri üçün infeksiyaya yoluxmaq riski də yüksək olur. 4 yaşdan aşağı olan qarın ağrısı daha çox üzvi səbəblərdən qaynaqlanır.
Əgər övladınızın qarın ağrıları varsa, bu şikayətlərə diqqət yetirməyiniz tövsiyyə olunur.
- Uşağı yuxudan oyandıran ağrı
- Nəcisdə qan varsa
- Qusma, qəbizlik, ishal, qaz
- Səbəbsiz kilo itkisi və ya yavaş böyümə
- Sidikdə qan və ya idrar edərkən ağrı
- Bağırsaq və sidik kisəsinin funksiyalarında dəyişikliklər
Uşaqlarda qarın ağrısının müalicəsi
Uşaqlarda qqarın ağrısını müalicə etmək mümkündür. Ağrını yüngülləşdirmək və tamamilə yox eləmək üçün bir çox üsul vardır. İlk əvvəl uşaqlardakı qarın ağrısının səbəbi müəyyən olunmalıdır.
Uşaqlarda qarın ağrısı;
- Qəbizlik
- Qida alergiyası
- Zəhərlənmə
- Reflüks
- İnvaginasiya
Əgər qəbzlik varsa, o zaman bunu aradan qaldırmaq üçün tədbirlər görə bilərsiniz. Bağırsağın fəaliyyətini yaxşılaşdıran qidalar verilməli, bol maye içirilməlidir. Bunlar mərcimək, banan, balqabaq, qatıq və s. ola bilər.
Qida alergiyası zamanı isə hansı qida olduğu müəyyənləşdirilməli, həmin qidadan uşağı uzaq tutmaq lazımdır. Həkimə müraciət edilərək müalicəyə başlanılmalıdır.
Hər hansı bir qidadan övladınızın zəhərləndiyini düşünürsünüzsə, o zaman təcili həkimə müraciət olunmalıdır.
Reflüks narahatlığa və ağlamağa səbəb olur. Çox tez-tez qusma, yuxudan oyanma, gündə 3-4 dəfədən çox hıçqırıq reflü şübhəsinə səbəb olur. Həkim müayinəsi mütləqdir. Çarpayının başını qaldırmaq və dik əmizdirmə ilə problem həll olunmazsa, həkim tərəfindən reflüksün tibbi müalicəsi təşkil edilir.
İnvaginasiya (bağırsaq tıkanıklığı) zamanı uşaqda qəfil başlayan qarın ağrısı, qusma, köp və ya nadir hallarda meteorizm, qarın boşluğunda şişkinlik, ümumi vəziyyətin pisləşməsi, ağlama və qarın ağrısı ilə xarakterizə olunur. Diaqnozun qoyulması üçün həkim baxışı və rentgen müayinəsi tələb olunur. İnvaginasiya imalə ilə, yaxşılaşmadıqda isə cərrahi yolla müalicə olunur.
Yüngül qarın ağrıları zamanı bu müalicə üsullarından istifadə edə bilərsiniz:
- Nanə və limonlu çay
- Darçınlı çay
- Çobanyastığı çayı
- Şüyüd çayı
- Zəncəfil çayı
Qarın ağrıları zamanı uşaqlara adətən Lineks baby, Enterol kimi dərmanlar həkimlər tərəfindən məsləhət göürlür. Adətən bu dərmanlar ishal zamanı verilir. Dozanı həkim müəyyən edir. Odur ki, həkimin məsləhəti olmadan heç bir dərman vasitəsindən istifadə etməməyiniz tövsiyyə edirik.
Oxşar yazılar