Uşaq sağlamlığı

Usaqlarda qulaq agrisi

Usaqlarda qulaq agrisi adətən körpə yaşlarından olur. Olquca ağrılı bir prosesdir. İlk 6 ayına qədər bir çox körpələr bu ağrıdan əziyyət çəkirlər. Adətən qulaq ağrısının səbəbləri  orta qulaq infeksiyası, qulağa zərbə, diş çıxarma dövrləri, təyyarəyə minmə, hava dəyişiklikləri kimi faktorlardır. Orta qulaq infeksiyaları yuxarı tənəffüs yollarının infeksiyası olmadan da baş verə bilər. Hər yaşda müşahidə oluna bilən, lakin körpələrdə və uşaqlarda çox rast gəlinən orta qulaq iltihabına tibb dilində “otitis media” deyilir. 

Körpələrdə Qulaq Ağrısı Simptomları

  • Körpənin daimi narahatlığı və daimi ağlaması
  • Zəiflik
  • Yüksək hərarət
  • Yuxu zamanı ağlayıb oyanması
  • Körpənin əlini qulağına tuması
  • Qulaqdan maye çıxması
  • Nəcisin rənginin dəyişəməsi, xüsusilə yaşıla bənzər olması.

Ana südü yeyən uşaqlarda demək olar ki, bu hallar çox da müşahidə olunmur. Çünki süd vermə prosesi bir neçə pozada olduğu üçün uşaq daha rahat qidanı qəbul edə bilir. Süni qida ilə qidananan uşaqlar isə adətən düz uzanmış vəziyyətdə qidalandırıldıqları üçün risk yarana bilir. Bu vəziyyətdə olan qidanın məzmunu qulağa qaçaraq otit mediasına səbəb ola bilər. Məhz buna görə də analar körpələrini orta qulaq infeksiyalarından qorumaq üçün uşağın kürəyini qaldırmalı ya da qucağında yarı oturmuş vəziyyətdə qidalandırmalıdırlar.

Qulaq ağrısının əsas səbəblərindən biri soyuqdəymə və qripdir. Bu xəstəliklər isə yaz, payız və qış aylarında aha çox artır. Bəzən uşaqlar “qulağım ağrıyır” dedikdən qısa müddət sonra yenidən oyun oynaya və bu ağrını unuda bilər. Ancaq analar bu vəziyyəti ciddiyə almalıdır. Bəzən yüngül ağrılı olub yaaxud sonradan keçən qulaq ağrısı, orta qulaqda ventilyasiya problemləri və ya qulaqda maye yığılması nəticəsində meydana gələ bilər. 

Əgər bu hallar baş verirsə, vaxt itirmədən həkimə müraciət etməlisiniz:

  • 38 ° C və ya daha yüksək temperatur
  • Qulaqdan maye və ya qan axıdılması
  • Qulağın ətrafında və ya arxasında şişkinlik
  • Qulaq ağrısı ilə baş ağrısı və ya sinus ağrısı
  • Üzün hissələrini hərəkət etdirməkdə çətinlik
  • Qeyri-adi yuxululuq və ya qarışıqlıq
  • Boyunun sərtləşməsi
  • Qulaq ağrısının artması

Qulaq ağrısının ev şəraitində müalicəsi

Qulaq ağrısını bəzi zamanlarda ev şəraitində müalicə etmək mümkündür. Əgər ki, gecənin bir yarısı bu ağrı hiss olunursa, həkimə getmək alınmırsa, ağrını yüngülləşdirmək üçün bunları edə bilərsiniz:

  • Qulağın arxasına tətbiq olunan isti kompreslər iltihabın səbəb olduğu ağrıları aradan qaldırmağa kömək edə bilər.
  • İsti kompreslər ağrını aradan qaldırmazsa, soyuq kompres və ya soyuq suya batırılmış parça taxmaq olar. (Buz tətbiq edilməməlidir.)
  • Qulaqda axıntı varsa, xarici qulaq sabun və üz dəsmal ilə yumşaq bir şəkildə yuyulmalı və həkimə müraciət edilməlidir.
  • Zeytun yağını yaxud da kamfara yağını qızdıraraq pambığa batırıb qulağın içərisinə yerləşdirə bilərsiniz. Bu ağrını yüngülləşdirəcəkdir.
  • Saqqız çeynəmək və şar şişirtmək  Eustachian kanalının funksiyasına kömək edərək qulaq ağrısının təzyiqini azaltmağa kömək edəcəkdir.
  • Dik oturmaq qulaqdakı təzyiqi azaltmağa və ağrının yüngülləşməsinə kömək edə bilər.
  • Sol qulaqda infeksiya varsa, sağ tərəfdə yatın.
  • Duzu qovurub bir tənzifə yerləşdirib qulağınıza qoya bilərsiniz. Ehtiyatlı olun ki, yanmayın.

Əgər ağrı dayanmazsa, o zaman ilk iş həkimə müraciət etmək olacaqdır. Adərən antibiotik müalicəsi iltihablı və kəskin otitis mediada tətbiq olunur. Lakin unutmamaq lazımdır ki, antibiotiklər virusları məhv etmir, yalnız əmələ gələn bakteriyaların böyüməsinin qarşısını alır. Lakin bu müalicəni yalnız və yalnız həkim təyin edə bilər. Özbaşına hər hansı bir antibotiki övladınıza verməkdən çəkinin. Antibiotik müalicəsinin effektli olması üçün həkimin təyin etdiyi müalicənin formasına və müddətinə ciddi riayət etmək lazımdır. Müalicəni dayandırmaq olmaz. 7-10 günlük müalicə yazıldığı halda uşaq özünü müalicənin bitməsinə xeyli vaxt qalmış yaxşı hiss etsə belə müalicə davam etdirilməli və müddət başa vurulmalıdır. Əks halda, dərman müalicəsi dayandırıldıqda bəzi bakteriyalar qulaqda qala bilər. Qulaqda bakteriyaların hələ də canlı olması xəstəliyin təkrarlanması deməkdir. 

Uşaq üçün digər məqalələr:

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button