Uşaq sağlamlığı

Usaqlarda qarin agrisi

Usaqlarda qarin agrisi tez-tez rastlanan xəstəliklərdən biridir. Qarın ağrısı qarının hər hansı bir yerində – qabırğa və çanaq arasında baş verə bilən narahatlıqdır. 

Uşaqlarda qarın ağrısının müxtəlif səbəbləri ola bilər. Bu səbəbləri müəyyən etmək üçün həkim məsləhəti, həki müayinəsi gərəklidir. Nə olursa olsun, qarın ağrısı ciddi qəbul edilməli və dərhal həkimə müraciət edilməli bir vəziyyətdir. Uşaqlarda qarın ağrısı çox yayılmışdır. Qeyd edək ki, bu bəzən ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Bəzi hallarda yalnız qəbizlik və qaz kimi bağırsaq problemlərindən yaranan qarın ağrısı, başqa problemlərdən də xəbər verə bilir.  Ən çox görülən səbəblərdən biri mədə-bağırsaq infeksiyası kimi tanınan qastroenteritdir. Təcili cərrahi müdaxilə tələb edən qarın ağrısı appendisit kimi ən məşhur səbəblərdən qaynaqlana bilər.

Uşaqlarda qarın ağrısının bir çox səbəbi ola bilər:

  • Rotavirus: Qış aylarında yayımlanan bu virus cərrahi müdaxilə tələb edən xəstəlikləri təqlid edə bilir. Həkim dəstəyi tələb olunur.
  • Qəbizlik: Ən çox qarnın sol alt hissəsində ağrıya səbəb olur. Ağrının yerdəyişməsi valideynlər üçün xəbərdarlıq əlaməti olmalıdır.
  • Qida zəhərlənməsi: Şiddətli qusma ilə şiddətli ishalın olması dramatik ola bilsə də, pediatr diaqnoz və müalicə ilə məşğul olur.
  • Appendisit: Yumurtalıqlar qarın boşluğunda olduğundan qızlarda qarın ağrıları daha tez müalicə edilməlidir. Apandisit partlaması onların gələcəkdə uşaq sahibi olmalarını çətinləşdirə bilər.
  • Bağırsaq düyünləri: Şikayətlərin və xəstəliyin başlanğıc vaxtı demək olar ki, müəyyəndir. Xoşbəxt yatan körpənin gözə çarpan xüsusiyyətləri birdən oyanması, ağlaması, arabir yuxuya getməsi və yenidən ağrıların başlamasıdır. Gecikmiş diaqnoz və müalicə ciddi nəticələrə səbəb olur.
  • Sidik yollarının infeksiyası: Sünnət edilməmiş oğlanlarda və qızlarda sidik ifrazı zamanı şiddətli ağrılar olur. Apandisit kimi bəzi cərrahi xəstəliklərdə xəstəliyin yeri sidik kisəsinə yaxındırsa, bu təcili cərrahi xəstəlik sadə sidik kisəsi iltihabına bənzəyir.

Uşaqlarda qarın ağrısının əlamətləri nələrdir?

Qeyd etdiyimiz kimi uşaqlarda qarın ağrıları tez-tez rastlaranan problemlərdəndir. Bəs uşaqda qarın ağrısının olub-olmamasını necə müəyyən etmək etmək?

Əgər uşaq əlləri ilə qarın boşluğun tutub ayaqlarını qarnına doğru sıxırsa, gücənirsə, tərləmə baş verirsə, ürəkbulanma, qusma, ishal halları olursa, təcili olaraq tədbir görmək lazımdır.

Nə vaxt həkimə müraciət edilməldir?

Övladınızda, qarın ağrısı baş verdiyi təqdirdə tez-tez onun hərarətini ölçüb nəzarətdə saxlamalı, gec həzm olunan qidalar yernə yüngül qidalar yedizdirilməli, maye verilməlidir. Şiddətli qarın ağrısı davam edərsə, sarı yaxu dyaşıl rəngdə qusma halları baş verəsə, nəcisdə selik, qan, görülərsə, dərhal həkimə müraciət edilməlidir.

Körpələrdə qarın ağrısını (kolik) necə müalicə etmək olar?

Yeni doğulan uşqaqlarda ən çox rast gəlinən problem qaz, köp problemidir. Onların hələ ki, bağırsaq sistemi tam formalaşmadığı üün bir çox uşaqlar bu sancılı dövrü yaşamalı olur. Kolik deyilən bu ağrının müddəti yeni doğulan körpənin 3 günlüyündən etibarən başlaya ə 3-6 ay bəzən daha çox çəkə bilər. Kolikanın müalicəsində əsas məqsəd körpəyə rahatlıq vermək və zəruri hallarda valideynlərə dəstək olmaqdır. Müalicə zamanı istifadə edilə bilən üsullardan bəziləri bunlardır:

  • Əmzik istifadə edərək,
  • Körpəni uşaq arabasında gəzdirmək,
  • Körpəni isti duşa vermək
  • Qazının çıxarılmasını asanlaşdırmaq üçün qarın nahiyəsini masaj etmək,
  • Körpəni çox parlaq mühitlərdən uzaq tutmaqla
  • Körpənin sakitləşdirici musiqi və ya səslər dinlətmək. Bu səslər adətən fen, tozsoran, mikser və s elektronik əşyaların səsi olduqda onları daha çox rahatlaşdırır.

Uşaqlarda qarın ağrısının müalicəsi

Uşaqlarda qarın ağrısının müalicəsi zamanı valideynlər ilk olaraq bitki mənşəli vasitələrdən istifadə edərək bu ağrını sakitləşdirməyi düşünürlər Zəncəfil, nanə, düyü, bananla yanaşı isti vanna, qatıq da ağrının sakitləşməsinə yaxşı təsir göstərən vasitələrdəndir.

 Zəncəfil çayı: Zəncəfil çayının tərkibi uşaqlarda qarın ağrılarını aradan qaldıran təsirə malikdir. Xüsusilə krampları və ağrıları asanlıqla keçməsi ilə tanınır.

 İsti vanna: Uşaqda qarın ağrısı isti vannanın təsiri ilə yüngülləşdirilə bilər.

Banan: Bananı yemək qarın ağrısına müsbət təsir göstərir. Əgər uşaq çox kiçikdirsə, bir bananı əzib uşağa verə bilərsiniz.

Qatıq: Qatıq mədə ağrısına yaxşı gəlir və hətta bir çox xəstəliklə effektiv mübarizə aparır

Ballı su və ya süd: Bunun üçün 1 çay stəkan süd və ya su ilə balı qarışdırıb uşağa verə bilərsiniz.

İsti su torbası: Qarın ağrısının əsas səbəblərindən biri soyuqluqdur. Buna görə də uşağın ayağına isti su şüşəsi qoymaq faydalı ola bilər.

Qarın ağrısı təxminən 2-3 saat ərzində keçərsə, heç bir problem yoxdur. Ancaq bu dövrdə qarın ağrısı davam edərsə və ya güclənirsə, müdaxilə etmək lazımdır.  

Oxşar məqalələr

3.3/5 - (10 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button