Uşaq sağlamlığı

Usagin inkisafdan qalma elametleri

Usagin inkisafdan qalma elametleri haqqında məlumat almaq istəyənlər üçün bu xəbəri hazırladıq. Hər bir qadının yaşamaq istədiyi anlardan biri də hamiləlikdir. Ana olmağı çox qadın arzulayır. 9 ay boyunca çətin, yorucu, bununla yanaşı çox gözəl, xoş xatirələrlə keçən hamiləlik bəzən xoşagəlməz halla nəticələnə bilər. Hamiləliyin risk müddəti adətən 3 aya kimidir. 3 aydan sonra isə bu risk nisbətən azalır. Adətən dölün inkişafdan qalması da bu 3 ay ərzində baş verə bilər.

Dölün bətndaxili inkişafı tamamilə ana orqanizminin vəziyyətindən asılıdır. Məhz buna görə də hamiləlik planlayan hər bir qadın iş şəraitinə, sağlamlığına xüsusi diqqət etməlidir. Gərgin iş şəraitindən qaçmalı, sağlam qidalanmalı, analizlər verərək bütün hər bir şeyin qaydasında olduğundan əmin olmalıdır.

İnkişafdan qalmış hamiləlik nədir?

İnkişafdan qalmış hamiləlik deyildikdə dölün məhvinə səbəb olan hamiləlik patologiyası nəzərdə tutulur.

İnkişafdan qalmış hamiləlik istənilən yaşda və hamiləliyin istənilən dövründə baş verə bilər. Statistik məlumatlara əsasən deyilə bilər ki, risk qrupuna əsasən, yaşı 35-dən yuxarı olan, abort olunmuş, bəzi ağır xəstəliklərdən (məsələn şəkərli diabet, qalxanvari vəzinin xəstəlikləri, infeksion xəstəliklər) əziyyət çəkən qadınlarda inkişafdan qalma hamiləlik baş verir. Həmçinin dölün inkişafdan qalmasına səbəb olan digər amillər isə spirtli içkilər və tütündən istifadə etməkdir. Hamiləliyin 3-4 və 8-11-ci həftələrind dölün inkişafdan qalması halları müşahidə olunur. Bu isə I trimestrdə daha çox görülür. Lakin hər zaman belə olmur. 16-18-ci həftələrdə də inkişafdan qalma hamiləlik riski yüksək ola bilir. Buna görə də hamiləlik boyunca hər ay mütəmadi olaraq həkim qəbulunda olmaq lazımdır.

İnkişafdan qalmış hamiləliyin səbəbləri

İnkişafdan qalmış hamiləliyin müxtəlif səbəbləri olur. Həmin səbəbi müəyənləşdirmək və ona uyğun müalicə üsulu tətbiq etmək lazımdır. Bətndəki uşağın həyatını, yaşamasını, qidalanmasını təmin edən əsas orqan plasenta – ciftdir. O, oksigen və qidalı maddələri dölə ötürür, zərərli maddələri və mikroorqanizmləri isə filtrasiya edir. Əgər fetoplasentar çatışmazlıqlar olarsa, bu zaman dölün inkişafında da problemlır yaranır. Bundan əlavə hamiləliyin inkişafdan qalmasına aşağıda faktorların da öz təsiri vardır:

Siqaretçəkmə, spirtli içkilər və narkotik qəbulu cift damarlarına təsir edir. Ana bu kimi pis vərdişlərə sahibdirsə, dölün inkişafı dayana, hamiləlik vaxtından tez sonlana bilər. Zərərli iş şəraiti – lak-boya buxarları və benzin ilə tənəffüs, ionlaşdırıcı şüalar da mənfi təsir göstərir. Əgər bu kimi işlərdə çalışırsınızsa, hamiləlik boyunca uzaq qalmağınız tövsiyyə olunur.  

Hamiləlik zamanı qadın düzgün, sağlam şəkildə qidalanmalıdır. Əgər qadın lazımi qədər qidalanmırsa, bu da dölün inkişafına mənfi təsir göstərir.

Qan dövranının pozulması ilə gedən xəstəliklər də hamiləliyə mənfi təsir göstərir. Bunlara arterial hipertenziya, ürək çatmamazlığı, qaraciyər və böyrək xəstəliklərini aid edə bilərik. Hamilə qadın şəkərli diabetdən əziyyət çəkirsə, bu hal həm dölün inkişafdan qalması, həm də makrosomiya – iri döl ola bilər. Bu problemlər zamanı pozğunluq çox vaxt qalxanvari vəz xəstəliklərində baş verir.

Hamiləlikdə yaşana bilən risklərə toksikozlar da aiddir. Toksikoz fonunda damarların generalizə olunmuş spazmı inkişaf edir. Bu da uşağa  lazım olan miqdarda oksigen verilməməsinə səbəb olur və beləliklə, hipoksiya inkişaf edir ki, bundan sonra inkişafdan qalma başlayır.

Ana və döl arasında rezus-konflikt, səbəbindən hamiləlik sonlana bilər. Bu problem nəticəsində çoxdöllü hamiləlik bir və ya hər iki döldə qida çatmamazlığı ilə fəsadlaşa bilər. Bəzən oğurluq sindromu inkişaf edə bilər. Belə olduqda dölün biri digərindən yaxşı qidalanır. Buna görə də dölün biri inkişafdan geri qalır, hətta antenatal ölümə qədər gətirib çıxarır.

Genetik xəstəliklər, müxtəlif orqanların anadangəlmə defektləri, sinir sisteminin qüsurları aiddir ki, bu da dölün inkişafına mane olan problemlərdəndir.

Hepatitlər, Koksaki, SPİD, herpes, məxmərək kimi infeksiyalar da dölün inkişafına mane olan əsas şeylərdəndir. Həmçinin toksoplazma və mikoplazma kimi hüceyrədaxili parazitlər döl hüceyrələrini infeksiyalaşdırmağa qadirdir.

İnkişafdan qalma risklərinə ciftin 10-15% -nin zədələnməsi fetoplasentar çatmamazlığa səbəb ola bilir. Bu onun hissəvi qopmasında, infarktında, vaxtından əvvəl qocalması sayılır. Dölün qan təchizatına təsir edən əsas şey dölyanı mayenin və göbək ciyəsinin vəziyyətidir. Onun həqiqi düyünündə, həmçinin xorioamnionit və azsululuqda – döl inkişafdan qala bilər.

Hamiləliyin inkişafan qalmasını necə müəyyən etmək olar?

İnkişafdan qalmış hamiləliyin fərqində olmaq çox zaman ilk trimestrdə çətin olur. Lakin bəzi əlamətlər vardır ki, onları müşahidə etmisinizsə, yaxşı olardı ki, vaxt itirmədən həkim qəbulunda olasınız.

  • Vaginal qanaxma. Əgər durduq yerdə bu hal baş verirsə, hamiləliyin erkən sonlanması halını yaşaya bilərsiniz. Bu zaman həkim qəbulunda olmağınız mütləqdir.
  • Mədə ağrısı. Əgər hamiləlik zamanı tez-tez və şiddətli mədə ağrılarınız olarsa, bu hamiləliyin sonlanması ola bilər.
  • Qəhvəyi və ya çəhrayı axıntı. Alt paltarınızda bu rəng axıntıların görülməsi normal deyildir.
  • Vajinadan çıxan parçalar. Əgər sizdən laxta şəklində qan parçaları gəlirsə, artıq bu hamiləliyin sonlanması deməkdir.
  • Kürək, bel ağrısı
  • Qasıq nahiyəsində kramplar
  • Ürəkbulanma və qusma yaşanması zamanı da ehtiyatlı olmaq lazımdır.
  • Yüksək hərarət varsa,
  • Çox yorğun və halsız olursunuzsa, bu da inkişafdan qalmış hamiləlikdən xəbər verə bilər.

Lakin qeyd edək ki, bu qeyd etdiyimiz əlamətlərin bir çoxu hamiləliyin sonlanmasını xəbər verməyə bilər. Ancaq şiddətli ağrı, qanama varsa, təcili olaraq həkim tərəfindən müayinə olunmağınız vacibdir.

Həkim tərəfindən lazımi müayinələr aparıldıqdan sonra düzgün, qəti diaqnoz qoyula biləcəkdir. İnkişafdan qalmış hamiləliyin olub-olmamasını yoxlamaq üçün;

  • Dölün ürək döyüntüsü ultrasəs müayinəsi ilə izlənilir.
  • Xüsusi vasitə ilə vaginal müayinə ilə açılışın olub-olmaması yoxlanılır.
  • Qan testləri ilə plasentanın yerində olub olmadığı yoxlanılır.
  • Testlər ilə əgər qan parçası gəlibsə, bunun açılış olub-olmadığı yoxlanılır.

Uşaqlar haqqında məqalələr:

4/5 - (4 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button