Uşaq sağlamlığı

Usaqlarda qurdun elametleri

Bağırsaq parazitləri çox yayılmış bir sağlamlıq problemidir.  Çirkli sudan, pis yuyulmuş tərəvəzlərdən, bişməmiş ətdən, çarşaflardan və parazit yumurtalarının töküldüyü paltarlardan, torpaqdan, heyvanlardan və hətta havadan keçə bilər. Bağırsaq parazitlərinin törətdiyi infeksiyaların əksəriyyəti heç bir əlamət göstərmir və diaqnoz adətən nəcisin müayinəsi ilə qoyulur.  Bağırsaq parazitlərinin simptomları bir çox amillərə görə dəyişir.  Simptomlar parazitin növünə, yerləşdiyi orqana və parazitin miqdarına görə dəyişir.

Uşaqlarda inkişaf geriliyinin və ləngiməsinin mühüm səbəblərindən biri olan qurd xəstəlikləri sayıla bilər. Bağırsaq qurdları çoxlu sayda parazitdə görünə bilir. Bəzi parazitlərin ağciyər və qaraciyər kimi orqanlarda yerləşməsi orada xüsusi şikayətlər yarada bilir. Qurdlar həmçinin, pnevmoniya və qanaxma kimi ciddi allergik reaksiyalara səbəb ola bilər. Bağırsaq parazitləri ishala səbəb olduqda, böyük təhlükə susuzlaşmaqdır.

Sidiyin tünd rəngdə olması, adi haldan az sidiyə getmə, həddindən artıq susuzluq, baş ağrısı, başgicəllənmə, yorğunluq və çimdikdən sonra qabarıq qalan dəri susuzlaşma əlamətlərinə daxildir. Körpələrdə isə bu əlamətlərə quru ağız və dil, zəiflik, əsəbilik, quru ağlama, batıq gözlər və yanaqlar daxil ola bilir. Əsasəndə, bir yaşa qədər uşaqlarda qanazlığına, iştahsızlığa və mədə-bağırsaq şikayətlərinə səbəb ola biləcək problem, gigiyena qaydalarına diqqət edilərək müalicəyə erkən mərhələ başlamaqla idarə oluna bilər. Bu parazitlər uşaq bezi dəyişdirmək və ya digər anal və nəcislə təmas kimi və insandan insana təmas yolu ilə də yayıla bilər.

Ümumdünya səhiyyə təşkilatının məlumatına əsasən dünya əhalisinin 24 % – i təxminən 1,5 mlrd insan qurdlara yoluxmuşdur,bunların çox hissəsini uşaqlar təşkil edir.

Qurdlara yoluxma – yoluxmuş insanların nəcisin ilə xaric olan qurd yumurtaları vasitəsilə olur. Qurdlar bağırsaqlarda yaşayır, gün ərzində minlərlə yumurta qoyurlar. Ən çox rast gəlinən helmintlər, askarida və enterobiozdur. Bu qurdların yumurtaları insana hansı yolla keçir?

  • Yaxşı yuyulmamış meyvə – tərəvəz məhsulları ilə
  • Yumurtalarla çirklənmiş suları içdikdə
  • Torpaqda əlləri ilə oynayan uşaq sonra əllərini yumadan ağzına salarsa

Qurda yoluxmuş uşaqlar sağlamlıqları ilə bağlı bir çox problem yaşayırlar.

Uşaqlarda qurd xəstəliyinin əlamətləri :

  • Ümumi halsızlıq, yorğunluq
  • Ürək bulanma, qarında ağrı, ishal
  • Anemiya
  • Fiziki inkişafdan geri qalma
  • İştahın zəif olması və ya əksinə yaxşı olmasına baxmayaraq kilo almama
  • Gecələr anal nahiyədə qaşınma
  • Yatarkən ağızdan suyun axması
  • Bəzən qız uşaqlarında uşaqlıq yolu iltihabına ( vulvovaginit), sidik yolu infeksiyalarına səbəb olur.
  • Koqnitiv funksiyalarda pozğunluqlar

🔶Qeyd olunan problemlər sizin uşağınızda mövcuddursa həkimə müraciət olunmalı və müalicə aparılmalıdır.

Qurd xəstəlikləri ilə mübarizədə effektiv və təhlükəsizlik dərmanlar mövcuddur.

Diaqnoz üçün qanda qurdların yoxlanılması düzgün deyil. Mikroskopik yolla nəcisdə qurd yumurtaları aşkar olunmalıdır.

İstinad : Pediatr Nigar Abdullayeva. @pediatr_nigar_abdullayeva

4.7/5 - (51 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button