Uşaq sağlamlığı

Korpenin qarin getmesi

Korpenin qarin getmesi problemdən xəbər verir. Yeni doğulan körpələrdə bu halların baş verməsi qaçınılmazdır. Ana südü ilə qidalanan uşaqlar tez-tez tuale ehtiyaclarını etsələr də, bu ishal hesab olunmur. Ana südü rahat və tez həzm olunan qida olduğundan uşaqların nəcisi gün ərzində 3 dəfədən çox ola bilər. Bu qəti şəkildə valideynləri narahat etməsin. Lakin qarın getmə çox baş verərsə, nəcisin rəngi dəyişkən olarsa, nəcis daha çox sulu olarsa, o zaman tez zamanda həkim müayinəsinə getməyiniz məsləhət görülür. Körpələrdə ishal, nəcisin sayının gündə üç dəfədən çox, miqdarının daha çox olması və konsistensiyanın sulu olması deməkdir.

Körpələrdə ishalın qarşısını almaq olarmı?

  • Körpənizə bacardığınız qədər ana südü verməyə çalışın.
  • Əgər uşaq böyük yaşdadırsa, tualet ehtiyacını gördükdən sonra sonra və yeməkdən əvvəl əllərini sabunla yumağı öyrədin. 
  • Tərəvəz və meyvələri uşağa verməzdən əvvəl yaxşıca yuyun.
  • Övladınıza başqalarının qablarından istifadə etməməyi öyrədin.
  • Rotavirus peyvəndi almağı unutmayın.

Uşaqlarda ishal nəyə səbəb olur?

İshal adətən mədə-bağırsaq traktının virus, bakteriya və parazitlərlə yoluxması nəticəsində yarandığı üçün uşağın qidalarına diqqət etmək lazımdır. Nadir olsa da, ishal qeyri-infeksion səbəblərə malikdir. İshal olmuş uşaqlarda susuzluq problemləri yaranır ki,  ilk əlamətləri;

  • Uşaqda normal ürək döyüntüsündən daha sürətli olur.
  • Uşağın dodaqların, ağızın və dilin quruyur.
  • Ağladıqlarında göz yaşı olmur.
  • Uşaq üç saatdan çox sidiyə getmir.

İshalın müalicəsi

Körpədə ishalı dayandırmaq üçün ilk olaraq həkim müayinəsinə aparmaq lazımdır. Müayinədən sonra lazım gələrsə, tələb olunan analizlər verilməlidir. İshala səbəb olan problem müəyyənləşdirilib ona uyğun müalicəyə başlanılmalıdır.

İshal virusun yaratdığı problem olduğundan tam olaraq onun üçün dərman yoxdur. Çünki virusun səbəb olduğu ishal zamanla öz-özünə yox ola bilir.

Nadir hallarda ishala bakteriya və ya parazit səbəb ola bilər. Əgər pediatrınız  bunlardan hər hansı birindən şübhələnirsə, o, körpənizin nəcisini analiz edəcək və test müsbət olarsa, müvafiq dərmanı təyin edəcək.

İshal qida alergiyası nəticəsində də yarana bilər. Bir müddət ishala səbəb olan qidalar verməməyiniz tövsiyyə olunur.

Qeyd edək ki, 2 yaşdan kiçik uşaqlar üçün reseptsiz diareya əleyhinə dərmanlar tövsiyə edilmir. Çünki bu dərmanlar uşağınızın bağırsaqlarına zərər verə bilər.

Əgər körpənizdə;

• ağzında quruluq

• selikli və ya qanlı nəcis

• səkkiz saatdan çox ishal və qusma

• yüksək hərarət və ya şiddətli qarın ağrısı varsa, dərhal həkimə müraciət etməlisiniz

Oxşar yazılar:

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button