Uşaq sağlamlığı

Usaq ucun yuxu dermanlari

Usaq ucun yuxu dermanlari axtarışında olan çox sayda valideyn vardır. Yuxusuz gecələr, yorğunluq, körpələrin yuxu rejiminin olmaması valideyləri, xüsusilə də anaları bu kimi vasitələr axtarmağa vadar edir. Bəs usaq ucun yuxu dermanlari axtarmaq və vermək nə dərəcə düzgündür? Pediatrlar tərəfindən qətiyyən hər hansı dərman vasitəsilə uşağın yatızdırılması məsləhət görülmür. Bir çox həkimlər valideynlərin təkidi ilə bu kimi dərmanları yazsalar da, sonradan fəsadları üzə çıxa bilər. Verilən dərmanlardan asılılıq, yaş artdıqca uşaqda beyin gerilik, unutqanlıq, verilən dərmanlara qarşı immunitet yarana bilər. Odur ki, çalışdığınız qədər bu kimi sirop və həblərdən uzaq durmalısınız. Çobanyastığı və digər sakitləşdirici çaylardan həkim tövsiyyəsi əsasında məsləhət görülən miqdarda verməyiniz məsləhətlidir. Körpələr təmiz havada olduqda, nəqliyyat vasitələri, uşaq arabası ilə gəzdirildirildə daha tez və rahat yuxuya gedirlər. Dərman vermək yerinə digər alternativ variantları seçməyiniz daha doğru olar.

Uşaqlarda yuxu pozğunluğuna səbəb nədir?

  1. Uşağın enerjisinin tam boşaldılamaması. Əgər uşaq kifayət qədər oynamırsa, yorulmursa, o zaman o gec yuxuya gedəcək.
  2. Normal qidalanmaması. Əgər uşaq sağlam və rejimlə qidalanmırsa, onun yuxu problemi olacaqdır.
  3. Telefon və televizor qarşısında həddindən çox zaman keçirmək. Pediatrlar uşaqların 20 dəqiqə və maksimum 1 saatdan artıq telefon və televizora məruz qalmasını məsləhət görmürlər.
  4. Diş çıxarma. Körpələrdə xüsusilə diş çıxarma zamanı yuxusuzluq və narahatlıqlar olur.
  5. Səhər erkən oynanmamaq. Əgər uşaq səhər saatlarında erkən yuxudan qalxmırsa, o zaman onun gecə yuxusu da normal olmayacaqdır. Günorta yuxusu isə yaşına uyğun olaraq təyin edilməlidir. Uşaq böyükdürsə, 1 saat max 2 saat yatmasına icazə verilməlidir.
  6. Rejimsizlik. Əgər uşaqlarda yemək, oyun və ümumiyyətlə vaxt bölgüsü üzrə rejimsizlik varda, onların normal yuxu rejimi də olmayacaqdır.

Yuxu dərmanlarının ziyanları

Sizləri bu məqaləmizdə yuxu dərmanlarının ziyanları və fəsadları ilə tanış edəcəyik. Odur ki, mümkün qədər bu vasitələrdən uzaq qaçın. Bir çox valideyn bilərək yaxud bilməyərək ketotifen və bu tərkibli dərmanlardan istifadə edərək uşaqlarının yuxu rejimini bərpa etməyə çalışırlar. Lakin unutmayın ki, hər bir dərmanın öz xəstəliyi və müalicəsi vardır. Həmin dərmanlar uşaqda yuxunu bərpa etsə də digər problemləri yarada bilər.

Yuxu həbləri haqqında:

  • Yuxu həbləri və trankvilizatorlar narkotik təsir göstərən maddələrdir.
  • Yuxusuzluq, qorxu və gərginlik kimi şikayətlər üçün istifadə olunur.
  • Bunlar həmişə həkim resepti ilə verilməlidir.

Təsirləri:

  • Yuxuya getməyi asanlaşdırır.
  • Qorxu və gərginliyi azaldır.
  • Sakitləşdirir.
  • Laqeydlik və vecsizlik yaradır.
  • Əzələləri rahatlaşdırırlar.

Riskləri:

  • Asılıq yaradır
  • Təsiri 2-8 həftədən sonra azalmağa başlayır.
  • Yuxu həbləri və trankvilizatorlar baş ağrısı, yorğunluq, başgicəllənmə, əzələlərin rahatlaması və yorğunluğu, ürəkbulanma və ishal kimi xoşagəlməz yan təsirlərə malik olur.
  • Beyin funksiyası pisləşir.
  • Baş gicəllənməsi yarad bilər.
  • Reaksiya sürətiniz azalır. 
  • Uzun müddət istifadəsi ilə hissizlik yaranır. Artıq bundan həzz almırsan.

Son zamanlar körpələrə və uşaqlara yuxu həblərinin verilməsi səbəbilə Pediatrlar Assosiasiyasının sözçüsü Hermann Josef Kahl və Bavariyanın səhiyyə naziri Melani Huml valideynlərə bu barədə xəbərdarlıq ediblər.

Kahl və Huml eyni mövzuda ayrı-ayrı açıqlamalarında; “Çox kiçik bir dozada belə uşağın ürəyi dayana bilər. Uşaq birdən nəfəs ala bilmir, qaraciyəri və böyrəkləri ciddi şəkildə zədələnə bilər, psixologiyaları pisləşə bilər” deyə xəbərdarlıq ediblər. Belə dərmanlar da asılılıq yarada bilər” söyləmişdir.

Digər faydalı yazılar:

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button