Usaqlarda dis agrisi
Uşaqlarda diş ağrısı heç də az görülən problemlərdən deyildir. Bunun başlıca səbəbləri sağlam olmayan qidaların daha çox istifadə edilməsidir. Dişə zərər verən şokoladlar, şirniyyatlar, konfetlər və s dişlərin çürüməsinə səbəb olur. Olduqca ağrılı olan bu problemin həlli yalnız və yalnız stomatoloq köməyidir. Lakin uşaqlar diş həkimlərindən qorxur və getmək istəmirlər. Validenlərin bir çoxu isə süd dişlərinin çürüməsinə, ziyan görməsinə adi yanaşırlar. O
nların fikrinə görə bu dişlər müddətlidir və daimi deyildir, tez töküləcək və daimi dişlər çıxacaq. Buna görə də onların qorunmasına diqqətcil yanaşmırlar. Lakin bu addım, bu düşüncə çox səhvdir. Süd dişlərinin qorunmasına, sağlamlığına xüsusi diqqət edilməlidir. Dişlər bizim ən vacib üzvlərimizdən biridir. Onları qorumaq bizim borcumuzdur. Sağlam dişlər qidaların rahat çeynənilməsinə kömək edir. Ağı boşluğunun sağlam olması digər orqanlarımız üçün də vacibdir.
Diş ağrısı nədir?
Diş ağrısı dişin içində və ya ətrafında yaranan ağrıya verilən addır. Yüngül diş ağrılarını insanlar evdə müalicə edə bilirlər, lakin şiddətli diş ağrıları olduğu zaman mütləq həkimə mraciət olunmalıdır.
Dişin içindəki pulpa sinirlər toxumalar və qan damarları ilə dolu yumşaq bir quruluşa malikdir. Bu pulpa sinirləri insan bədəninin ən həssas sinirləri arasındadır. Bu sinirlər qıcıqlandıqda və ya bakteriya ilə yoluxduqda, abses və şiddətli ağrıya səbəb ola bilər.
Uşaqlarda diş ağrısının səbəbləri nələrdir?
Uşaqlarda diş ağrımasının səbəblərini müəyyənləşdirərək vaxtında müalicə etdirərək dişləri qoruya bilərsiniz.
- Diş çürüməsi
- Diş əti infeksiyası
- Diş absesi
- Diş plombunun zədələnməsi
- Düşmə nəticəsində yaranan çatlaq və ya qırıq
Uşaqlarda diş ağrısının bir çox səbəbi olduğu üçün qısa müddətli ev müalicələri tətbiq etdikdən sonra çox vaxt itirmədən diş həkiminə müraciət edilməyiniz lazımdır. Diş ağrısına nəyin səbəb olduğu müəyyən edildikdən sonra müvafiq müalicə üsulu həyata keçirilir. İltihab və abses zamanı qısa müddətli antibiotik müalicəsi tətbiq edilir və plomb və ya diş çəkilişi olacağına qərar verilir.
Diş ağrısının qarşısını necə almaq olar?
Diş ağrısının qarşısının alınması mümkündür. Diş ağrısı diş çürüməsinin nəticəsi olduğundan, ağız gigiyenasına diqqət yetirməklə diş ağrısının qarşısını ala bilərsiniz. Eyni zamanda dişləri müntəzəm olaraq flüorlu diş pastası ilə fırçalasanız əla nəticə alacaqsınız. Gündə ən azı bir dəfə diş ipi istifadə etməyiniz vacibdir. Peşəkar təmizləmə üçün ildə iki dəfə diş həkiminə müraciət etmək yaxşı ağız gigiyenası təcrübəsi hesab olunur.
Bununla belə, yediyniz qidalara diqqət etməli, şəkəri az olan qidaları seçməlisiniz.
Diş ağrısının ev üsulları ilə müalicəsi
Diş həkiminə gedənə qədər simptomları yüngülləşdirməyə çalışa bilərsiniz. Aşağıdakı üsullardan birini sınayaraq ağrını qismən yaxud tamamilə dayandırmağınız mümkündür.
İlıq duzlu su ilə dişlərinizi yuyun. Amerika Uşaq Diş Həkimliyi Akademiyası (AAPD) bildirir ki, əgər uşağınız müəyyən yaş həddinə gəlibsə ağzını yaxalamaq və tüpürməyi bacarırsa, o zaman ilıq duzlu su ilə ağzını yaxalamağı mümkündür. Bir çay qaşığı adi xörək duzunu kiçik bir stəkan ilıq suya qarışdırın və qarışığın uşağın ağzınızda dolaşmasına icazə verin.
Soyuq kompres diş ağrısını yüngülləşdirə bilər. Uşağınızın yanağının kənarına, ağrıyan nahiyəyə soyuq kompres tətbiq edə bilərsiniz. Soyuq kompres, bölgədəki qan damarlarının daralmasına səbəb olaraq ağrının şiddətini azaltmağa kömək edəcəkdir.
Mixək yağı diş ağrıları üçün ağrı kəsici və antibakterial hesab olunur. Qərənfil yağını qida üçün təhlükəsiz bir şeylə, məsələn, badam yağı ilə qarışdıraraq ağrıyan hissəyə tətbiq edə bilərsiniz. Nəzərə alın ki, mixək yağı yeyildikdə xoşagəlməz dad və əks təsirlər ola bilər. Ona görə də onu 6 yaşdan böyük uşaqlar üçün istifadə edin.
Əlaqəli məqalələr