Uşaq sağlamlığı

Korpelerde qebizlik

Korpelerde qebizlik anaları ən çox narahat edən problemlərdən biridir. Onların hələ bağırsaq sistemləri tam formalaşmadığı üçün qəbul etdikləri qidalar həzm olunmaqda çətinlik çəkə bilər. Ana südü və süni qidalarla qidalanan körpələr narahatlıq yaşayarlarda, gec-gec böyük tualet ehtiyaclarını yaşaya bilərlər. Bəzən valideynlər bunu qəbizliklə səhv salırlar. Çünki yeni doğulmuş körpələrdə qəbizlik nadir bir vəziyyət sayılır. Kiçik körpələrdə əzələlərin hələ də çox zəif olması və bağırsaq hərəkətlərinin yavaş olması səbəbindən defekasiyada çətinlik və qaz ağrısı kimi hallar müşahidə edilə bilər. Ancaq bu, hər zaman qəbizlik demək deyildir.

Qəbizlik nədir?

Qəbizlik, normaldan daha az tez-tez, sərt və ya çətin defekasiya olaraq təyin olunan bir sağlamlıq problemidir. Bu problem daha çox böyüklərdə görülsə də, körpələrdə və uşaqlarda da ras gəlinir.Ana südü ilə qidalanan uşaqlarda qəbizlik çox nadir hallarda baş verir.

Körpələrdə niyə qəbizlik olur?

Körpənin qəbizliyinin bir çox səbəbi ola bilər. Bunlar aşağıdakılardır:

  1. Ana südü əvəzinə süni südlə qidalanma
  2. Bərk qidaya keçid
  3. Lif baxımından zəif bir pəhriz
  4. Az su içmək

Ana südü əvəzinə süni südlə qidalanma: Qeyd etdiyimiz kimi ana südü tez və rahat həzm olunduğundan ana südü ilə qidalanan körpələrdə qəbizlik daha az olur. Ana südünün tərkibində motilin adlı bir hormon vardır ki, bu hormon körpələrin bağırsaq hərəkətlərini artırır. Buna görə də aana südü ilə qidalanan körpələr daha tez-tez nəcis edirlər. 

Bərk qidaya keçid: Körpələr 6 ayından sonra artıq əlavə qidalara keçirlər. Zaman keçdikcə isə artıq bərk qidalarla tanış olmağa başlayırlar ki, bu da onların daha tez-tez qəbiz olmasına səbəb olur.

Lif baxımından zəif bir pəhriz: Körpələrin pəhrizlərində tamamlayıcı qidalara keçərkən bol su və yüksək lifli qidalar olması körpələrdə qəbizlik riskini azaldır. Misal üçün; püresi və ya püresi alma, yerkökü, ərik, moruq, çiyələk kimi.

Az su içmək: Körpə ana südü ilə qidalandıqda onun suya ehtiyacı olmur. Çünki ana südünün çox hissəsi sudan təşkil olunur. Artıq əlavə qidalara keçid başlandıqdan sonra isə onları su ilə tanış etmək lazımdır. Çünki qəbizliyin qarşısını almağın ən effektiv üsullarından biri bol maye qəbul edilməsidir. Körpələrə verilən 30-60 ml qaynadılmış və soyudulmuş su onların bu problemini aradan qaldıracaqdır. 

Körpənin qəbizliyi varsa nə etməli? 

Anaları narahat edən problemlərdən biri olan qəbizliyi aradan qaldırmaq üçün bir neçə üsul vardır. Bunlar:

Məşqlər

Hərəkət həzmi sürətləndirməkdə və bağırsaq hərəkətlərini dəstəkləməkdə çox əhəmiyyətli təsirə malikdir. Əgər körpəniz yerimi və iməkləmirsə, bu məşqləri onunla edə bilərsiniz. Körpə arxası üstə yatırıldıqdan sonra ayaqlarını qarın boşluğuna doğru itələyib geriyə çəkərək yumşaq məşq etmək olar. Daha sonra həzm hərəkətləri velosiped şəklində ayaqları hərəkət etdirərək sürətləndirilə bilər.

İsti vanna

Qəbizlikdən yaxa qurtarmağın ən yaxşı yollarından biri də isti vannadır. İlıq vanna qəbul etmək körpənizin qarın əzələlərini rahatlaşdıraraq gərginlik və ağrıları aradan qaldırmaqla yanaşı, həzm hərəkətlərini də sürətləndirəcəkdir. 

Maye qəbulunun artırılması

Ana südü ilə bəslənən kiçik körpələrdə körpənin bütün maye ehtiyacı ana südü ilə qarşılanır. Əlavə qidalanmaya keçən uşaqlarda qəbizlik yaranarsa, az miqdarda maye əlavəsi verilə bilər. Bu məqsədlə su və ya təbii şirəyə və ya püreyə üstünlük verilməsi daha məqsədəuyğundur. 

Masaj

Körpənin qarnına edilən bəzi masaj tətbiqləri qəbizliyi aradan qaldırmaqda çox təsirlidir. Körpənin mədə nahiyəsində barmaqların ucları ilə saat əqrəbi istiqamətində dairəvi hərəkətlər etmək, körpənin diz və ayaqlarını tutaraq qarın boşluğuna doğru itələmək, barmaq ucları ilə qabırğa qəfəsindən qarın dəliyinə qədər şaquli hərəkətlər etmək  qəbizliyi aradan qaldırmaqda təsirli ola biləcək masaj üsullarından biridir.

Pəhriz Dəyişiklikləri

Süni qida ilə qidalanan körpələrdə bu yeməklərin dəyişdirilməsi ilə qəbizliyi aradan qaldıra bilərsiniz. Bərk qidalar qəbul edən körpələrdə daha asan həzm olunan lifli qidalara üstünlük verilməlidir. Onların qida rasionuna yüksək lifli təzə tərəvəz və meyvələr əlavə edilməlidir. Alma, gavalı, şaftalı, armud, albalı kimi meyvələr, yulaf ezmesi, brokoli kimi qidalar qəbizliyin qarşısını almaqda təsirlidir. 

Körpənizin qəbizlik problemi olduğunu düşünür və ya müşahidə edirsinizsə yuxarıdakı qeyd etdiyimiz üsulları sınaya bilərsiniz. Bu üsullardan nəticə almadığınız halda həkiminizə müraciət edib körpənizi ətraflı müayinədən keçirə bilərsiniz.

Oxşar məqalələr:

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button