Ümumi

Xalça yuma zamanı sağlamlığınızı düşünürsünüzmü? Pak Xalçadan orqanik təmizlik yanaşması

Evimizin təmizliyi yalnız görünən səthlərin səliqəli olması demək deyil. Gündəlik həyatımızın böyük hissəsini keçirdiyimiz məkanlarda xalçalar da xüsusi diqqət tələb edir. Xüsusilə uşaqların yerdə oynadığı, körpələrin süründüyü və ailə üzvlərinin birlikdə vaxt keçirdiyi evlərdə xalçaların düzgün təmizlənməsi daha da əhəmiyyətlidir. Bəs xalça yuyularkən istifadə olunan vasitələrin tərkibi və təmizləmə üsulu haqqında nə qədər düşünürük?

Bakıda 2005-ci ildən fəaliyyət göstərən Pak Xalça məhz bu məsələyə fərqli yanaşaraq müasir xalça yuma xidmətləri ilə yanaşı, orqanik yuma üsulunu da təklif edir.

Orqanik xalça yuma nədir və nə üçün əhəmiyyətlidir?

Ənənəvi xalça təmizliyində istifadə olunan yuyucu vasitələrin tərkibi hər zaman istehlakçıların diqqətində olmur. Halbuki xalçanın təmiz görünməsi ilə yanaşı, onun hansı vasitələrlə yuyulması da vacib məsələdir.

Pak Xalçanın təqdim etdiyi orqanik yuma üsulunda orqanik əsaslı yuyucu vasitələrdən istifadə olunur. Şirkətin təqdim etdiyi məlumata əsasən, bu üsulda kanserogen və allergik təsirlərlə əlaqələndirilən maddələrdən istifadə edilmir. Yuma prosesi boyunca təhlükəsizlik və xalçanın xüsusiyyətlərinin qorunması əsas götürülür.

Orqanik xalça yuma xüsusilə aşağıdakı hallarda diqqətəlayiq seçimdir:

  • Evində körpə və azyaşlı uşaqlar olan ailələr;
  • Allergiyaya qarşı həssaslığı olan şəxslər;
  • Yaşlı ailə üzvləri ilə yaşayanlar;
  • Xüsusi qulluq tələb edən və həssas xalçaları olanlar;
  • Təmizlikdə ekoloji yanaşmaya üstünlük verənlər.

Burada əsas məqsəd yalnız xalçanın üzərindəki çirkləri təmizləmək deyil, həm də istifadə olunan yuma vasitələrinə və təmizləmə prosesinə diqqət yetirməkdir.

Xalçalarınızı kimə etibar edirsiniz?

Xalçalar evin interyerinin mühüm hissəsi olmaqla yanaşı, bəzən xüsusi materialı, toxunuşu və istehsal texnologiyası ilə də fərqlənir. Buna görə də hər xalçanın eyni qaydada yuyulması düzgün yanaşma hesab edilə bilməz.

Məsələn, yun, ipək və digər həssas materiallardan hazırlanan xalçalar xüsusi qulluq tələb edə bilər. Yanlış yuma üsulu xalçanın rənginə, formasına və liflərinin quruluşuna mənfi təsir göstərə bilər.

Pak Xalça bu sahədə beynəlxalq əməkdaşlığı və təcrübəni ön plana çıxarır. Şirkətin təqdim etdiyi məlumata görə, Merinos, Padişah, Empera, İpek, Gümüş Suyu, Pierre Cardin, Royal Halı, Sanat Halı, Artemis və Saray Halı da daxil olmaqla 50-dən çox tanınmış xalça brendi Azərbaycanda məhsullarının yuyulması üçün Pak Xalçaya rəsmi zəmanət verir.

Bu əməkdaşlıq Türkiyənin E-Halı Servis platforması ilə qurulan tərəfdaşlıq çərçivəsində həyata keçirilir. Pak Xalçanın təqdim etdiyi məlumata əsasən, şirkət E-Halı Servisin Azərbaycandakı rəsmi nümayəndəsidir.

Belə bir əməkdaşlıq müxtəlif xalça modellərinin qulluq tələblərinə uyğun yanaşmanın əhəmiyyətini bir daha göstərir.

Pak Xalça – 2005-ci ildən evinizin pak dostu

2005-ci ildən fəaliyyət göstərən Pak Xalça Azərbaycanda xalça və digər tekstil məmulatlarının peşəkar təmizliyi sahəsində xidmət göstərir. Şirkət fəaliyyətinə xalça yuma ilə başlayıb və ölkədə avtomatlaşdırılmış xalça yuma sistemlərinə keçidi təşviq edən ilk şirkətlərdən biri olub.

Əl ilə, məişət şəraitində yuma ənənəsindən müasir texnologiyalara əsaslanan təmizləmə sistemlərinə keçid şirkətin fəaliyyətində mühüm mərhələ təşkil edib.

Bu gün Pak Xalça yalnız xalça yuma ilə məhdudlaşmayan geniş xidmət çeşidi təqdim edir:

  • Xalça yuma: Müxtəlif növ və ölçülü xalçaların peşəkar yuylması;
  • Pərdə yuma: Pərdələrin material və xüsusiyyətlərinə uyğun yuyulması;
  • Yumşaq mebel təmizliyi: Divan, kreslo və digər yumşaq mebellərə qulluq;
  • Yorğan və döşək yuma: Ev tekstillərinin təmizliyi;
  • Odeyal, pled və yastıq yuma: Gündəlik istifadə olunan tekstil məhsullarının təmizlənməsi;
  • Yun yuma: Yun məmulatlarına uyğun təmizlik xidməti.

Şirkət Bakı və Sumqayıt şəhərlərində xidmət göstərir. 21 illik təcrübə, peşəkar komanda və müasir avadanlıqlar Pak Xalçanın xidmət yanaşmasının əsasını təşkil edir.

Təmizlik seçiminiz sağlam və rahat ev mühitinə töhfə versin

Ev təmizliyində xalçaların yuyulmasını yalnız mövsümi iş kimi qiymətləndirmək düzgün deyil. Onların materialına, istifadə intensivliyinə və təmizlənmə üsuluna diqqət yetirmək vacibdir.

Əgər siz də Bakıda və Sumqayıtda peşəkar xalça yuma xidməti axtarırsınızsa, orqanik yuma imkanları və digər tekstil təmizliyi xidmətləri ilə tanış olmaq üçün Pak Xalçaya müraciət edə bilərsiniz.


📍 Ünvan: Azərbaycan, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 40

📞 Telefon: +994 (12) 488-10-10 | +994 (50) 494-66-66

✉️ E-mail: office@pakxalca.az

Pak Xalça – Professional xalça yuma xidməti!
2005-ci ildən etibarən evinizin pak dostu.

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button