Uşaq sağlamlığı

Usaq ucun bogaz spreyleri

Usaq ucun bogaz spreyleri çox saydadır. Lakin bu spreylərin çox sayda olması hər birinin keyfiyyətli və effektiv olduğu mənasına gəlmir. Payız və qış aylarında xəstəliklərin günü-gündən çoxaldığını müşahidə edə bilərik. Xüsusilə də uşaqlarda boğaz ağrıları, qızdırma, öskürək, qusma kimi hallar yaşanır. Hərarətin yüksəlməsinin bir səbəbi isə boğazın ilthablanmasıdır. Hərarətin səbəbi müəyyən olunduqdan sonra bu səbəbi aradan qaldırmaq lazım gəlir. Boğaz ağrısının tez zamanda sağalması üçün həm türkə-çarə üsullardan istifadə olunur, həm də boğaz spreylərindən. Boğaz spreyləri həkimlər tərəfindən təyin olunur. Burada uşağın yaşı, çəkisi və ağrının dərəcəsi müəyyən edilərək sprey tövsiyyə olunur.

Boğaz ağrısı və səbəbləri

Boğaz ağrısını yaradan səbəblərdən biri bu nahiyədə quruluq və qıcıqlanmadan sonra yaranan bir simptomdur. Soyuqdəymə və qrip kimi virusların yaratdığı xəstəliklər, bakterial infeksiyalar boğaz ağrısının ən çox görülən səbəblərindən biridir. Boğaz ağrısı xüsusilə uşağın qidalanması və danışması zamanı ağırlaşa bilər. 

Uşaqlarda yaranan boğaz ağrısının simptomları aşağıdakı kimidir:

  • Boyundakı bezlərdə böyümə və həssaslıq,
  • Udma çətinliyi,
  • Baş ağrısı,
  • Burun tıkanıklığı, burun axması və asqırma,
  • Orta öskürək.

Boğaz ağrısının müalicəsi

Boğaz ağrısının müalicəsində istifadə olunan bir çox qidalar vardır ki, ağrını qismən yüngülləşdirir və daxilə qəbul etmək daha asandır.


Ballı Süd

Bal olduqca xeyirlidir, onun tərkibibdə fosfat, xlorid və maqnezium vardır ki, ilıq südlə qarışdırıb içildiyi zaman həm immuniteti yüksəldir, həm də uşaqların sevdikləri içki növlərindəndir. Təbii antibiotik kimi təsvir edilən bal boğazı yumşaldır və infeksiyanın yayılmasının qarşısını alır. Süd isə təbii kalsium ilə zəngindir və orqanizmin müqavimətini artırır.


Alma sirkəsi

Təbii alma sirkəsindən istifadə olunması daha yaxşı olardı. Bir stəkan qaynadılmış suya alma sirkəsi əlavə olunduqda boğazı sakitləşdirir və infeksiyanı təmizləyir. Əgər uşaq içməzsə, alma sirkəsinə bal qarışdırıb vermək də olar.


Kokos yağı və zefir kökü

Kokos yağı boğazda iltihabı dayandırmaq üçün ən təsirli üsullardan biridir. Zefir kökü isə  infeksiyanın orqanizmdən çıxarılmasını sürətləndirən təsirli bitkilərdəndir. İkisinin qarışımı olduqca effektivdir.

Eyni zamanda xəstəlik zamanı suplara üstünlük verilməlidir. Tərəvəz supları vitamin deposu hesab olunur. Soyuq içkilərdən də uzaq durulmalıdır. Xəstəlik zamanı ilıq və çox qaynar olmayan su, çay və digər maye məhsullar daxilə qəbul olunmalıdır.
Zəncəfil, cökə və adaçayından dəmlənmiş çaylar da boğaz ağrısı üçün effektiv üsullardan hesab olunur. daxildir. A və C vitaminləri ilə zəngin olan ekinezya soyuqdəymə nəticəsində yaranan ağrıları aradan qaldırır. Həmin çayların dadını şirinləşdirmək üçün şəkər əvəzinə bal əlavə edilməlidir. Biyan kökündən də istifadə edə bilərsiniz. Ondan həm çay dəmləyib içmək, həm də ağız qarqarası kimi istifadə etmək olar.

Boğaz spreyləri

Uşaqlarda boğaz ağrısı zamanı təbii vasitələrlə yanaşı tibbi vasitələrdən d stifadə olunur. Sovrulmalı dərmanlar, boğaz spreyləri də effektiv təsirə malikdir. Qeyd edək ki, bu spreylər həkim məsləhəti əsasında uşaqlara təyin olunur.

Ən çox satın alınan və tövsiyyə olunan boğaz spreyləri Foral baby, Pulmolor, Pomas, Propomix Pediatrix, Propoli Plus Epid kimi uşaqlar üçün istehsal olunan spreylərdir. Bu spreylər tənəffüs yollarını iltihabdan təmizləyir, ağrını azaldır. Kəskin və xroniki tonzillit,faringit, laringit, xoralı stomatitlər, aız boşluğunun göbələk xəstəlikləri və s kimi problemlər zamanı onlardan istifadə olunur. Spreylər adətən gündə 3 dəfə, boğazın hər iki tərəfinə 2-4 dəfə püskürtməklə, hər yeməkdən sonra edilir. Spreyin püskürtməsindən sonra ən azı 15 dəqiqə daxilə nəsə qəbul edilməməlidir. Əks halda təsir gücü azalır.

Oxşar məqalələr:

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button