Ariqlamaq ucun reseptler
Ariqlamaq ucun reseptler axtarışında olanlar üçün sizlərə bir neçə fərqli resseptləri təqdim edəcəyik. Lakin ilk əvvəl mütəxəssis qəbulunda olmağınız, tələb olunan analizləri verməyiniz, kökəlməyin səbəblərini müəyyənləşdirməyiniz tövsiyyə olunur. Belə olduqda edəcəyiniz dietalar daha tez effekt verəcək, müalicənizin nəticəsini tezliklə ala biləcəksiniz. Sizinlə sınanılmış bir neçə ariqlamaq ucun reseptler paylaşırıq.
Arıqlamaq resepti 1
Hər səhər yağsız 1 stəkan süd için. Daha sonra qaynadılmış 1 ədəd yumurta, feta pendirindən 1 dilim, çovdar çörəyindən 2 dilim yeyin. Qəlyanaltı üçün isə 1 porsiya meyvə yeyə bilərsiniz. Naharda kələm şorbası, bir kasa salat, meyvəli qatıq yeyə bilərsiniz. Bir neçə saat sonra isə dietik peçenye yeyin. Axşam qaynadılmış 80 qram toyuq əti, 1 kasa qatıq, bir kasa salat yeyin.
Arıqlamaq üçün resept 2
Səhər
- 1 yumurta
- 1 dilim ağ pendir
- Pomidor, xiyar, göyərti
- 2 dilim çovdar çörəyi
Qəlyanaltı
- 1 armud
- 1 ədəd peçenye
Nahar
- 1 kasa mərcimək şorbası
- Qızardılmış balıq
- Salat
- 1 dilim çovdar çörəyi
Ara yemək
- 5-6 ədəd fındıq, badam
Şam yeməyi
- 1 boşqab zeytun yağında bişirilmiş ispanaq
- 1 kasa qatıq
Salat
- 1 dilim çovdar çörəyi
Yatmadan əvvəl
- 1 stəkan süd və 3 ədəd ərik qurusu