Ümumi

8 mart Beynəlxalq Qadınlar Günü 🌹

8 mart tarixi yaxınlaşır. Bu ərəfədə şəhər və rayonlarda canlanma müşahidə olunur. Kişilər xanımlarına, analarına, qızlarına, sevgililərinə hədiyyə axtarışına çıxırlar. Hər kəsin üzündə xoş təbəssüm var. Hədiyyələr günü olan 8 mart xanımlara ən çox dəyərin verildiyi günlərdən biridir.

8 mart dünya tarixinə Beynəlxalq Qadınlar Günü kimi yazıldı. Hər il bu gün bayram günü kimi qeyd olunur, xanımlara hədiyyələr alınaraq təbrik edilir. Bəs bu günün tarixi, 8 mart tarixi haqqında nə bilirik?

Qadınlar Günü niyə qeyd olunur?💐

Demək olar ki, əsrlər boyudur ki, qadınlar təzyiqlərə məruz qalıb, hüquqları tapdalanıb, əziliblər. Bu xoşagəlməz hal istənilən ölkədə, istənilən millətin tarixində yaşanıb təəssüflər olsun ki.

Bəşəriyyət yaranandan bəri cinsiyyətlərinə görə ayrı-seçkiliyə məruz qalan, əsas hüquqlarından məhrum edilən, fiziki və psixoloji zorakılığa məruz qalan qadınlara həm də əvvəllər dünyanın əksər yerlərində onların dövlət idarəçiliyində söz sahibi olmasına, işləməsinə, qazanc əldə etməsinə icazə verilmirdi. Qadınlar yalnız məişət həyatı və uşaq baxımı ilə məşğul olurdular.

8 Mart tarixinin niyə seçilməsi ilə bağlı müxtəlif fikirlər var. Bunlardan birincisi, 8 mart 1857-ci ildə Nyu-Yorkda bir tekstil fabrikində çalışan qadın işçilərin daha yaxşı şəraitdə işləmək üçün tətil etmək istəməsi və yanan fabrikdə qapalı qalan qadın işçilərin həyatını itirməsi ilə bağlıdır. Belə ki,  8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində 40.000 toxuculuq işçisi iş şəraitinin yaxşılaşdırılması,  uzun iş saatlarına və qeyri-insaniliyə etiraz etmək üçün tekstil fabrikində tətil elan etdi. Lakin polisin fəhlələrə hücumu və işçilərin fabrikdə kilidlənməsi nəticəsində 129 qadın işçi həyatını yanğın nəticəsində itirib və ardınca başlayan yanğın nəticəsində işçilər fabrikin qarşısında qurulan barrikadalardan xilas ola bilməyib. İşçilərin dəfn mərasimində 10 mindən çox insan iştirak edib.

Bundan 52 il sonra, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində II  Sosialist İnternasionalının iclasında Klara Zetkinin təklifi ilə qadın haqlarının müdafiəsi və qadın birliyi uğrunda mübarizənin hər il “Qadınlar Günü” kimi qeyd olunması qərara alınaraq səs çoxluğu ilə qəbul olundu.

8 Mart niyə vacibdir?🌺

Daha sağlam cəmiyyətlərin formalaşması üçün qadınların da sosial həyatda söz sahibi olmaları, fikirlərini çəkinmədən ifadə etmələri, fundamental hüquqlarından fəal şəkildə istifadə etmələri olduqca vacibdir. Həyatın əksər sahələrində qadınları ikinci plana atmaq, cəmiyyətə töhfə vermək üçün lazımi imkanlardan məhrum olmaq, heç bir əsası olmayan köhnə düşüncələri silmək üçün 8 Martın qeyd edilməsi zərurətdir. Məhz buna görə də artıq 8 mart bütün dünyada “Beynəlxalq Qadınlar Günü” kimi olunmağa başladı. Həmçinin, bəzi təhriflərin əksinə olaraq, 8 Mart heç bir cinsi tərifləmək və ya ləkələmək üçün qeyd olunmur. Əksinə, cinsindən asılı olmayaraq hər bir insanın əsas hüquqlara malik olması xüsusi vurğulanır.

İlk illərdə konkret tarix təyin olunmasa da, həmişə yazda qeyd edilirdi. Tarixin 8 Mart kimi müəyyən edilməsi 1917-ci il Bolşevik İnqilabının lideri, Sovet İttifaqının qurucusu Leninin təklifi ilə 1921-ci ildə Moskvada həyata keçirilib. Həmin gün “Beynəlxalq Əməkçi Qadınlar Günü” kimi müəyyən edilirdi.

Bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub.

Birinci və İkinci Dünya Müharibəsi arasında sosializmin yayılmasından qorxan bəzi ölkələrdə qeyd olunması qadağan edilmişdi. Lakin 1960-cı illərdən başlayaraq bu gün ABŞ-da bəzi tədbirlərdə qeyd olunmağa başlamasının ardından Qərb ölkələrində də bu günün qeyd olunması ilə bağlı tədbirlər görülməyə başlanıldı. Nəhayət ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1977-ci il dekabrın 16-da 8 Martın “Beynəlxalq Qadınlar Günü” kimi qeyd olunmasını qəbul edildi.

Bu qəbul üçün iki əsas səbəb göstərildi. Bunlar dünya sülhünü, sosial inkişafı və əsas insan hüquqlarından istifadəni qorumaq üçün qadınların bərabərliyinə və özünü inkişaf etdirmə imkanlarına ehtiyac idi. Qadınlara bərabər hüquqların verilməsinin dünya sülhünü möhkəmləndirəcəyi razılaşdırıldı.

Son illər dünyada qadın hüquqları sahəsində müsbət irəliləyişlər əldə olunsa da, qadınların bir çox problemləri hələ də öz həllini tapmayıb. Dünyanın ən yoxsul insanlarının böyük əksəriyyəti (70%) hələ də qadınlardır. Dünyadakı təhsilsiz insanların böyük əksəriyyəti (2/3) hələ də qadınlardır.

AZƏRBAYCANDA 8 MART🌷

Azərbaycan Şərqdə qadınlara hüquq tanıyan, onların haqqlarını müdafiə edən və seçkilərdə iştirakını təmin edən ilk ölkədir. Xanımlara hər zaman hörmət bəsləyən millətmiz dövlət səviyyəsində də bir çox ölkələrdən bu yöndə hər zaman seçilir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.

8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir.

1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik. ünvanlayır, nailiyyətləri ilə seçilən qadınlara fəxri adlar verir.

Ölkəmizdə bu gün böyük həyəcanla qeyd olunur. Kafe və restoranlarda canlı musiqilər oxunaraq xanımların daha şən gün keçirməsinə şərait yaradılır. Eyni zamanda əllərində gül və digər hədiyyələrlə xanımlarını təbrik etməyə tələsən bəyləri görmək mümkündür.

Dövlət müəssisələri əmək haqqından əlavə premiyalar verərək xanımları sevindir, özəl müəssisələr isə hədiyyə yaxud pul mükafatları ilə qadın işləri sevindirirlər.

Bu kimi xoş hadisələrin hər il 8 mart tarixində baş verməsi bir daha sübut edir ki, ölkəmizdə xanımlara verilən dəyər yüksəkdir.

8 mart Dünya ölkələrində necə qeyd olunur?🌸

8 mart beynəxalq bayramlardan olsa da, hər bir ölkədə fərqli şəkildə keçirilir.  

İtaliyada Beynəlxalq Qadınlar Günündə qadınlara “La Festa della Donna” adlanan mimoza çiçəkləri təqdim etmək ənənəsi var. Bu ənənənin kökləri tam məlum olmasa da, onun II Dünya Müharibəsinin başa çatmasından dərhal sonra Romada başladığı düşünülür.

8 Mart 1949-cu ildən Çində milli bayramdır. Beynəlxalq Qadınlar Günündə bir çox şirkət qadın işçilərinə günortanı qeyd etmək üçün yarım günlük iş günü edir.

Böyük Britaniyada Beynəlxalq Qadınlar Günü müxtəlif yollarla qeyd olunur və qadınlara təsir edən sosial və siyasi məsələlər haqqında məlumatlılığın artırılmasına xüsusi diqqət yetirilir.

İspanyada 2018-ci ildə 5 milyondan çox qadın işçi gender maaş bərabərsizliyinə, məişət zorakılığına və iş yerlərində cinsi ayrı-seçkiliyə etiraz etmək üçün Beynəlxalq Qadınlar Gününü əlamətdar 24 saatlıq tətillə qeyd edirlər.

Azərybaycanda 8 mart Beynəlxalq Qadınlar Günü qeyd olunur və bu gün iş günü olmur. Eyni zamanda dövlət müəəssisələri qadın işçilərə maaşdan əlavə pul mükafatı, hədiyyələr təqdim edirlər.

8 Mart Beynəlxalq Qadınlar Günü ilk dəfə 1921-ci ildə Türkiyədə “İşçi Qadınlar Günü” kimi qeyd olunub. 12 sentyabr 1980-ci il Hərbi Çevrilişdən sonra 4 il ərzində heç bir bayram tədbiri keçirilmədi. 1984-cü ildən başlayaraq hər il “Beynəlxalq Qadınlar Günü” müxtəlif qadın təşkilatları tərəfindən qeyd olunur.

Maraqlı faktlar📖

Qadınlar haqqında maraqlı araşdırılmalar edilib ki, onları sizə təqdim edirik.

BMT-nin araşdırmasına görə;

1. Dünyada iş yerlərinin 66%-i qadınlardır.
2. Bunun əksinə olaraq, qadınlar dünya üzrə ümumi gəlirin yalnız 10%-nə sahibdirlər.
3. Dünyada əmlakın 1%-nə sahibdirlər .
4. başqa sözlə desək, dünyada iş yerlərinin 34%-i kişilərdir, lakin kişilər dünya üzrə ümumi gəlirin 90%-nə və ümumi sərvətin 99%-nə sahibdirlər.

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button