Ümumi

Od çərşənbəsi mesajları🔥

Od çərşənbəsi Azərbaycanda böyük təm-təraqlı şəkildə qeyd olunur. Bu bayram ərəfəsində hər yer təmizlənir, Novruza aid dadlı şirniyyatlar bişirilir, ailələr, qohum-əqrabalar bir yerə toplaşır, əylənilir, gülüb-danışılır. Hər kəs xoş əhval-ruhiyyədə olur. Uzaqda olan qohumlara, dost-tanışlara isə təbrik mesajları yollanılır. Od çərşənbəsi mesajları sayəsində ən səmimi təbriklər edilir.

Ağrım, uğrum tökülsün,
Oda düşüb kül olsun.
Yansın alov saçılsın,
Mənim bəxtim açılsın.

Hər birinizi Od Çərşənbəsi münasibətiylə təbrik edirəm. Eviniz ruzili və bərəkətli, İşığınız hər zaman yanar olsun!

Qoy bu təravətli Novruz bayramı süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun! Novruz bayramınız mübarək olsun!

Od çərşənbəniz mübarək olsun. Süfrələriniz bol-bərəkətli, ocaqlarınız hər zaman yanar olsun. Yaz öz gəlişiylə evlərə sevinc, hüzur dolu xoşbəxtlik gətirsin. Çərşənbəniz Mübarək Olsun!

Bayramınız mübarək, ürəyiniz ümidli, ümidləriniz atlı, sevdanız qanadlı, sevinciniz qatlı, süfrəniz dadlı, məkanınız taxtlı, ömrünüz bəxtli, eviniz bərəkətli olsun! Novruz bayramınız mübarək olsun!

Sevgi dolu, nur dolu Novruz bayramınız mübarək! Sənə və ailənə sevən qelbimdən “TƏBRİK” deyirəm, sevgilim. İnshallah tezliklə qovuşub bərabər qarşılayarıq Novruzu, həm de o biri bayramlar, İnshallah .

Xoş gəldin bahar. Hər birinizin od çərşənbənizi təbrik edirəm. Eviniz ruzili, ocağınız isti və bərəkətli olsun. Hamınıza hüzur və sevinc versin. Süfrənizi ruzi qəlbinizi ən xoş hislərlə doldursun. Sağlamlığınız möhkəm, Arzularınız sonsuz, ümidləriniz gerçək olsun.

Bahar bayramınızı təbrik edirəm. Qədəmləri uğurlu, könül oxşayacaq sevincli günləri bol olsun. Od çərşənbəniz mübarək olsun!


Od Çərşənbəniz Mübarək olsun. Dərd, qəm-qüssəniz odda yansın. Gözəl günlər sizlərin olsun Amin.

Odunuz, ocağınız heç bir zaman sönməsin. Çərşənbəniz mübarək olsun!

Qəlbiniz od qədər isti, ocağınız hər zaman gur olsun. Od Çərşənbəniz Mübarək Olsun.

Baharın gəlişini, təbiətin oyanışını müjdələyən, ümid dolu başlanğıcların, bolluq və bərəkətin simvolu olan, bol ruzu dolu bayram diləyi ilə Çərşənbəniz mübarək olsun!

Od yansın, Yel Əssin, Torpaq Oynasın, Su qışı aparsın yazı gətirsin. Milli nemətimiz paxlava, qoğal qoy bizim ellərə ruzi gətirsin. Od Çərşənbəniz Mübarək!

Baharla birlikdə təbiətdə yaşanan hərəkətlilik, ortaya çıxan rəng şöleni bir bütünü meydana gətirən fərqliliklərin gözlər önünə sərdiyi mənzərylə birlikdə sənin də həyatın rənglənsin Çərşənbəniz mübarək olsun!

Evimiz isti, odumuz, ocağımız hər zaman yanar, süfrələrimiz bol bərəkətli, ömrümüz yaz günləri kimi rəngarəng olsun. Od Çərşənbəmiz Mübarək Olsun!

Qarşıdan gələn Novruz bayramı öz bahar nəfəsi ilə qəlbinizə sevinc, ruhunuza əmin-amanlıq gətirsin.

Tonqalınız gur, ocağınız ruzi-bərəkətli, hənirtisi isə bol olsun. Od Çərşənbəniz Mübarək Olsun!

Bayram elçilərindən ikincisi olan Od Çərşənbəsi hər bir evə ruzi-bərəkət gətirsin.

Od Çərşənbəsinin süfrənizə ruzi, qəlbinizə isə xoş hisslər doldurmasını arzu edirəm. Çərşənbəniz Mübarək!

Od çərşənbəsində qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Allah bütün ailələrə bol ruzi-bərəkət nəsib etsin ki, hər bir evdə qazan qaynasın.


Sağlamlığınız möhkəm, arzularınız sonsuz, ümidləriniz gerçək olsun. Od Çərşənbəniz Mübarək.

Adət-ənənəyə görə, od çərşənbəsi günü tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Od çərşənbəniz mübarək!

Od Çərşənbəniz Mübarək Olsun! Bayram elçilərindən ikincisi olan od çərşənbəsi hər bir evə ruzi-bərəkət gətirsin.

Evimizi, dünyamızı isidən, yolumuza işıq saçan Od Çərşənbəmiz mübarək olsun.

Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Od çərşənbənizi təbrik edirəm!

Baharın gəlişi ilə bütün ürəklər alovlansın. Od çərşənbəniz mübarək!

Çərşənbəniz mübarək. Allah hər birimizin ailəsinə ruzi-bərəkət, halal nemət, can sağlığı, sevinc, xoşbəxtlik nəsib etsin. Kədərdən, qüssədən uzaq olaq İnşAllah.

Baharın gəlişindən xəbər verən, el arasında “Xəbərçi Çərşənbə” adlandırılan Od çərşənbəniz mübarək!

Ailə ocağınızdan hər zaman sevinc səsləri yüksəlsin! Od çərşənbəniz mübarək!

5/5 - (1 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button