Ümumi

Novruz bayramı haqqında🔥

Novruz bayramı elimizin ən gözəl adətlərindən, milli bayramlarından biridir. Uşaqdan böyüyə hər kəsin böyük ruh yüksəkliyi ilə qeyd etdiyi el şənliklərimidən olan Novruz öz gəlişini xəbər verən dörd çərşənbəsi, oyunları, falları, kosa-keçəl kimi el qəhrəmanları ilə məşhurdur. Novruz inancları, adətləri olduqca maraqlıdır. Günümüzə kimi qorunaraq bizə gəlib çatmış bu adətlər ilə bizimlə birlikdə tanış olacaqsınız. İndi isə gəlin Novruzun yaranmasının tarixi ilə tanış olaq.

Novruz bayramının tarixi

Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Bu bayramın adının mənas da elə “yeni il, yaz” deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.

Alimlərin araşdırımaları əsasında müəyyən olunmuşdur ki, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar nəticəsində Novruz bayramının Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə əlaqədar olması, onun yaşının ən azı 3700, ən çoxu 5000 ilə qədər olduğu ehtimal olunmuşdur.

Qədim Vavilonada bu bayram Martın 21-i günü qeyd olunurdu və 12 gün davam edirdi. 12 gün boyunca hər gün müxtəlif rituallar, ayinlər, mərasimlər, əyləncələr keçirilirdi. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranmışdır.

Novruz İslam dinindən əvvəl yaranmışdır. Bunu görkəmli maarifçilər Firdovsi, Rudaki, Avisenna, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Nizaminin “Siyasətnamə”sini, Ömər Xəyyamın “Novruznamə”sini və başqa yazılar Novruz bayramı haqqındadır.

Novruz çərşənbələri

Novruz bayramı qeyd olunmadan əvvəl 4 çərşənbə – su, od, yel və torpaq çərşənbələri qeyd olunur. Bu çərşənbələrinin hər birinin öz mənası, öz keçirilmə qaydası vardır.

Su çərşənbəsi

Novruzun ilk çərşənbəsidir. Su çərşənbəsində artıq havalar istiləşməyə başlayır. Buz bağlamış çaylar, göllər əriyir. İlk çərşənbə fevral ayına təsadüf edir. Bu çərşənbədən qabaq bütün hər bir yer təmizlənir, evlər təmir olunur, divarlar rənglənərdi. Çərşənbənin mənası suyun təzələnməsi kimi anlaşıldığı üçün həmin gün bütün mərasimlər su ilə bağlı olur. Qədimdə Novruz çərşənbələrinə daha çox önəm verilirdi. Belə ki, insanlar həmin gün sübh tezdən oyanıb axar suyun üstünə gedir və suyun üstündən tullanırdılar. Bu o deməkdir ki, insanlar yeni suyu qarşılayır, xəstəliklərdən azad olacaqlarına, dərd bəlalarının bu su ilə axıb- gedəcəyinə inanırdılar. Su çərşənbəsində müxtəlif fallar da edilirdi.

Od şərşənbəsi

Od çərşənbəsi Novruzun ikinci çərşənbəsidir. Bu çərşənbədə adətən hava isti olur. Fevralın sonun təsadüf edən Od çərşənbəs daha kütləvi şəkildə qeyd olunur. Qonum-qonşular bir yerə toplaşaraq ocaq qalayaraq ətrafına toplaşırlar. Keçmişdə kənd yerlərində bütün kənd əhli bir ocağın başına toplaşaraq tamaşalar göstərir, oynayır, oxuyur, rəqd edərək əylənirdilər. Odun üstündən tullanaraq dərd bəlalarının bu odda yanacağına inanırdılar. Əslində od rəmzi istilah daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, sayalı, arındırıcı bir varlıq kimi təsvir edilir. Od çərşənbəsində ayı oynatma, açar falı, alma falı kimi inanclar edilirdi.

Yel çərşənbəsi 

Yel çərşənbəsi üçüncü qeyd olunan çərşənbədir. Yel çərşənbəsi ilin necə keçəcəyini müəyyən edən əsas çərşənbələrdən biridir. Keçmişdə belə bir inanc vardı ki, əgər Yel çərşənbəsində hava isti və mülayim keçərsə, o zaman il boyu bolluq və bərəkət olacaqdır. Yaxşı bir il keçiriləcəyinə inanılırdı. Yox əgər çərşənbə günündü hava tez-tez dəyişərsə, külək güclü olarsa, hava soyuq olarsa, o zaman qıtlıq olacağına inanılırdı. Yel çərşənbəsindən öncə də bayram təmizliyinə başlanılırdı. Hər bir yer dərindən tər-təmiz təmizlənirdi, yorğan-döşək havaya çıxarılırdı. Bu çərşənbədə cıdır falı, çökə, başmaq falı kimi inanclar edilirdi.

Torpaq çərşənbəsi

Torpaq çərşənbəsi Novruzun sonuncu çərşənbəsi olsa da, əslində sonuncu qeyd olunmalı olan Od çərşənbəsi idi. Lakin sonradan insanlar bu çərşənbələrin yerini dəyişdi. İlaxır çərşənbə olduğundan böyük təm-təraqla, həvəslə qeyd olunur. İnsanlar bir-birinə qonaq gedir, Novruz təamları hazırlanılır, süfrələr bəzənilir, şəhər, rayon və kəndlərdə el şənlikləri təşkil olunur. Artıq bu çərşənbədə torpaq oyanır, quşların cəh-cəh vurması eşidilir, bitkilərin baş qaldırması müşahidə olur, günəş insanları daha parlaq şəkildə salamlayır. Torpaq çərşənbəsində müxtəlif cür inanclar edilir. Üzük falı, qapı pusma, başmaq falı, yumurta döyüşdürmə və s. Bu çərşənbədə də ir tonqal qalanır və hər kəs ətrafına toplaşır. Maraql el adətləri, ənənələr yerinə yetirilir. Novruzun ən sevilən və təm-təraqlı şəkildə qeyd olunan Torpaq çərşənbəsi artıq yaxınlaşan bayramın son xəbərçisidir.

AZƏRBAYCAN NOVRUZ BAYRAMI

Novruz Azərbaycanın milli bayramıdır. Bu səbəbdən azəraycanlılar bu bayramı olduqca çox sevir və böyük ruh-yüksəkliyi ilə qeyd edirlər. Axı Novruz bizə atalarımızın qoyub getdiyi ən dəyərli miraslardandır. Bu bayramda el şənliklərinə başlanılır, hər bir bölgədə konsertlər təşkil olunur. Milli geyimlər geyinilir. Şəhər meydanı qurulur. Meydanın düz ortasında nəhəng Novruz tonqalı yandırılır. Ətrafında milli geyimdə oğlan və qızlar, Novruzun qəhrəmanları olan keçəl və keçə, Dədə Qorqud, bahar qız, aşıqlar toplaşır. Mahnılar oxunur, rəqslər edilir, pəhləvanlar güləşir, ip üstündə gəzilir. Bayram meydanı səmənilər, rəngli yumurtalar, şirniyyatlar (şəkərbura, badambura, paxlava, qoğal və s), qoz fındıq, badam, püstə ilə bəzədilmiş xonçalar ilə bəzədilir. Hər yerdən millilik qoxusu gəlir. Çox gözəl, əyləncəli keçirilən bu şənlikləri görmək üçün uşaqdan-böyüyə hər kəs meydana toplaşır.

Novruz axşamında isə hər kəs evə yığılır. Novruz sürəsi hazırlanılır. Süfrəyə plov, şirniyyatlar, rəngli yumurtalar, səməni, 7 ədəd “S” hərfi ilə başlayan təam düzülür. Bayram süfrəsi də çox maraqlı keçir. Uşaqlar oxuyub-oynayır, böyüklər deyib-gülüb şənlənirlər. Hər bir evdən dadlı yemək qoxuları duyulur, gülüş səsləri eşidilir. Gecə vaxtı insanlar qapı pusmaq üçün qonşu evlərə yaxınlaşırlar. Bir niyyət tutularaq qapıya yaxınlaşılır. Gənc qızlar isə üzük falı, başmaq falı edərək gələn il ərə gedib-getməyəcəklərini sınayırlar. Uşaqlar rənglənmiş yumurtaları döyüşdürürlər.

Dahilərimiz tərəfindən də Novruz bayramı haqqında mahnılar yazılmış, filmlər çəkilmişdir. Görkəmli bəstəkarlarımızdan olan Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova Novruza aid müxtəlif mahnılar yazmışlar. Bununla yanaşı, “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilmişdir.

Novruz bayrami adet ve eneneleri

Novruzun ən gözəl tərəfləri bu bayram ərəfəsində edilən inanclar, adətlərdir. Çünki insanlar Novruza yeni ilin gəlişi kimi baxırdılar. Bütün dərd-qəmlərini, bütün ağırlıqlarını bu ildə qoyaraq növbəti ilə qədəm qoymağa niyyətlənirdilər. Bunun üçün müxtəlif fallar edir, adətləri yerinə yetirirdilər. Qədimdən bəri bugünə kimi gəlib çıxan bu adət illərdir, əsirlərdir ki, sınanılıb, qorunub-saxlanılaraq bizə gəlib çatmışdır. Novruzun bütün adətləri olmasa da bir çoxu bu gün də edilir.

Bir biri ilə yola getməyən Keçəl ilə Kosa Azərbaycanda Novruz bayramının əsas rəmzlərindən biridilər. Digər rəmzlərdən biri isə Dədə Qorqud, bahar qızı, aşıqlar idi. Çünki qədimdə el şənliklərinin, xüsusilə Novruz bayramı şənlikləri Dədə Qorqudsuz, Bahar qızsız, aşıqlarsız, pəhləvanlarsız keçməzmiş.

Günümüzə qədər gəlib çatmış və hələ də məşhurluğunu itirməmiş Novruz adətləri isə aşağıdakılardır:

  • Qulaq falı. Qulaq falı məşhur adətlərdən biridir. Bu fal ilaxır çərşənbədə və Novruz bayramı axşamı edilir. Yaxınlıqda bir ev seçilir və qapı gizlincə dinlənilir. Amma ondan əvvəl niyyət tutulur. Əgər yaxşı söhbətlər danışılırsa, onda bu o deməkdir ki, arzunuz yerinə yetəcək. Əksi olarsa, isə niyyət qəbul olmayacaq deməkdir.
  • Papaq atmaq. Papaq atmağ əsasən uşaqlar və gənclər edirdilər. Uşaqlar gizlincə qapıların ağzına papağı qoyub döyüb qaçırlarmış. Ev sahibi papağın kimin atdığını görmür. Evdə bişən şirniyyatlardan, konfetlərdən papağın içinə doldurulub yenidən götürülən yerə qoyulardı. Papaq atan kəslər yenə gizlincə götürüb papaqlarını qaçarlarmış. Bu adətə görə atılan papağı heç vaxt boş qaytarmazlar deyirlər.
  • Üzük falı. Bu adəti subay gənc qızlar edirdilər. Kasa və ya stəkana su tökülür. Nişanlı bir qızın üzüyü götürülür və subaylardan birinin saç teli götürülərək adı çəkilərək suya salıb çıxarılır. Üzüyün dövr etməsinə görə qızın neçə yaşda ərə gedəcəyi müəyyənləşdirilir.
  • Tonqaldan tullanmaq. Tonqaldan tullanmaq isə növbəti adətlərimizdəndir. Bu adət həm Novruz bayramı günü, həm də əsas Od çərşənbəsi günü həyata keçirilir. Hər kəs tonqalın ətrafında toplaşır və “Ağırlığım uğurluğum bu odda yansın” deyib atlanırlar onun üstündən. Bununla da dərdlərin bu tonqalda yandırılacağına inanılırdı.
  • Səməni əkmək. Səməni əkmək isə demək olar ki, bütün ailələrdə həyata keçirilən bir adətdir.  Adətən səməni yetişdirilməyə başlanılanda bir niyyət edilir. Daha sonra bayram bitdikdən sonra o axar suya tullanılır. Səməni əkməyin mənası yazın gəlişindən ətrafın yaşıllaşmağından xəbər verməsidir.
  • Duzlu kökə yemək. Duzlu kökə yemək qədimdən bu yana subay qızlar tərəfindən edilən məşhur fallardandır. Son çərşənbədə duzlu kökə bişirilir. Subay qız bu kökəni yeyib yatır, amma su içmir. Yuxuda ona su verən şəxsə ərə gedəcəyini görəcəyinə inanılır.
  • Yumurta döyüşdürmək. Yumurta döyüşdürmək isə elə kiçik vaxtlarımızdan hamımızın ən sevdiyi adətlərdən olub. Hər evdə sarı, qırmızı, göy, çəhrayı, yaşıl rəngdə yumurtalar boyanırdı. Sonra çərşənbə və bayram axşamı uşaqlar və yeniyetmələr bu rəngli yumurtaları götürərək öz həmyaşıdları, dostları, ailə üzvləri ilə döyüşdürürdülər. Yumurtası qırılan tərəf digərinin dediklərini etməli idi bu oyunda.
  • Başmaq atma. Subay gənc qızlar tərəfindən hər il ilaxır çərşənbədə başmaq atma falı edilir. İnanca görə bu fal subay qızın bu il ərə-gedib getməyəcəyini bildirir. Subay qız arxası çöl darvazasına tərəf dayanır və sağ ayağındakı başmağı çıxararaq atır. Əgər pəncə hissə qapıya tərəf düşərsə, nişanlanacağına yozulur.

Novruz bayramı digər ölkələrdə

Milli bayramımız olan Novruz müxtəlif ölkələrdə də qeyd olunur. İran, Əfqanıstan, Özbəkistan, Tacikistan və Türkiyənin bəzi bölgələrdində Novruz bayramı keçirilir. Həmin ölkələrdə də Azəraycandakı kimi bayram şənlikləri təşkil olunur, insanlar əylənci zaman keçirirlər.

2009 – cu ildə Novruz bayramı  YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmişdir. 2010 – cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ” Beynəlxalq Novruz Günü” elan edilmişdir. Hal hazırda da bu bayram hər yerdə eyni qayda ilə qeyd olunur.

3/5 - (4 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button