Ümumi

Novruz bayramı inanclar

Novruz bayrami inanclar və falları ilə çox məşhurdur. Hər kəs bu bayramı sırf bu adətləri yerinə yetirə bilmək üçün gözləyir. Qeyd etdiyimiz kimi Novruzun gəlişini bizə xəbərləyən 4 çərşənbə vardır. Bu çərşənbələr SU, OD, YELTORPAQ çərşənbələridir. Hər çərşənbədə özünəməxsus inanclar vardır ki, biz sizinlə bu haqda ətraflı məlumat bölüşmüşük.

İndi isə gəlin Novruzda edilən ən məşhur inanlar ilə tanış olaq

Səməni

Novruzun ilk inancı, elə səməni ilə bağlıdır. Demək olar ki, hər il hər kəs Novruz ərəfəsində evində səməni cücərdir Səməni bolluq, bərəkət rəmzidir. Səməni ilə bağlı bir başqa inanc da vardır. Belə ki, Novruzdan öncə ilk çərşənbə axşamı səməni qoymağa başlayanda şəxs ürəyində niyyət tutur. Deyilənə görə, Novruza qədər səməni cücərib, böyüsə arzu yerinə yetir.

Digər bir inancda isə səmən cücərdilməyə başlayanda niyyət olunur. Gələn il Novruza kimi arzunun yerinə yetməsinə niyyət edilir. Niyyət yerinə yetdikdən sonra Aprelin 2-si günü səməni axar çaya axıdılır.

Su

Novruz fallarından məşhuru, su falıdır. Novruz axşamı qız-gəlinlər lal su gətirərlər. Yəqin kiŞ, bir çoxumuz lal su nədir bilmirik. Lal su o deməkdir ki, suyu gətirən adam danışmamalı və niyyət tutmalıdır. Qarşısına çıxan ilk şəxsin onunla danışacağı mövzu ilə ürəyində tutduğu niyyətin yerinə yetib yetməyəcəyini müəyyən edə bilər. O zamanlar qızlar, gəlinlər bulaq başından su gətirirdilər deyə bu falı etmək mümkün idi.

Qulaq falı

Hər ilaxır çərşənbədə və bayram axşamında qulaq falına çıxılır. Bayram axşamı, bir şəxs ürəyində bir niyyət tutub, heç kimlə danışmadan istədiyi bir qapını dinləməyə başlayır. İlk eşitdiyin sözü yozulur və niyyətinlə uyğunlaşırsa, gərçəkləşəcəyinə inanılır. Bu səbəbdən bayram axşamı hər kəs evində xoş söhbətlər etməlidir.

Yumurta

Novruz fallarından biri də yumurta falıdır. Bayram axşamı söyüd ağacının altına bir yumurta və iki qara və qırmızı qələm qoyulub, niyyət tutulur. Səhər əgər yumurtanın üzərində qırmızı xətt varsa, niyyətinə çatacaqsan və qara xətt varsa, sizi yaxşı nəticə gözlənilmir deməkdir.

Alma

Bayram axşamı alma yeyilir, tumlarını yastığının altına qoyurlar. Gecə yuxunda gördüyün adam sənin bəxtin-qismətin olacaq deməkdir. Bu falı duzlu kökə yeyərək də etmək olar.

İynə

Novruz bayramının məşhur falı iynə falıdır. Bu falı subay qızlar edir. Qızlar iynələrin ucuna balaca pambıq bağlanılır və suya salınır. Hər kəs sevdiyinin adına bir iynə salır suya. Hansı gəncin adını verdiyiniz iynə sizə yaxınlaşarsa, o deməkdir ki, o da sizə qarşı laqeyd deyil.

Üzük

Novruzun ən çox edilən fallarından biri üzük falıdır ki, bu fal da subay qızlar tərəfindən edilir. Nişanlı bir qız subay qızın saç telini götürür və üzüyünə bağlayır. Bir kasa yaxud stekanda su götürülüb üzük suya salınıb çıxarılır. Üzük stekanın kənarına dəyir. Qızlar saymağa başlayır. Neçə yaşda ərə gediləcəksə, üzük o saya qədər stəkanın, ya da kasanın kənarına dəyir.

Başqa bir fal isə, ev əhli ilə bağlıdır. Ürəyində arzu tutub, gözləyirsən. Evə birinci girən şəxsin ilk sözü ilə bağlı niyyətini uyğunlaşdıra bilərsən.

Bayram gününün digər adəti isə, xalq içində formalaşıb. Deyilənə görə, bayram axşamı “Həmişə Belə” adlı bir mələk evlərə baş çəkir. Kimin evində vəziyyət necədirsə, bütün il boyu o evdə vəziyyət eləcə davam edəcək.

Bayram axşamı gec yatırlar, tonqal ətrafında oturub, arzular tutur və niyyətlərini oda danışırlar. Sonra səhərə yaxın tonqalın üzərindən atılıb, “ağırlığım, uğurluğum odlara” deyib, tonqalı söndürüb yatmağa getmək olar.

Xalqımızın Novruzla bağlı daha çox inancları, adət-ənənələri olmuşdur. Lakin günümüzə qədər gəlib bizə çatmış və bu gün də bayram ərəfələrində edilən falları yalnızca bu qədərdir. Novruz bayramınızı təbrik edirik!

1.7/5 - (9 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button