Uşaq sağlamlığı

Usaq ucun istah acan vitamin

Usaq ucun istah acan vitamin hər bir ananın axtardığı vasitələrdən, çıxış yollarından biridir. Demək olar ki, çox ananın yaşadığı problemlərdən biri övladının düzgün qidalanmamasıdır. Qidalanma zəif olduğu zaman uşaqda bir çox xəstəliklər, problemlər yarana bilər.

Bir çox hallarda uşaqlarda xstəlik sonrası iştahsızlıq yaranır. Bu da onların immun sistemin zəifləməsindən irəli gəlir. Həkim məsləhəti ilə bəzi analizlər verilərək onlarda vitamin əksikliyi, qan azlığı və digər şeylər yoxlanılır. İştahsızlığın bir səbəbi qan azlığıdır. Bunun müalicəsi vardır. Həki uşağın yaşına və çəkisinə görə vitamin təyin edir. 1 ay ərzində verilən bu vitamin nəticəsində uşaqda yenidən iştah oyandır.

Bundan əlavə C vitamini yüksək iştahaçıcı hesab olunur. Tərkibi C ilə zəngin olan meyvə və tərəvəz bol yedizdirilərsə, həm uşağın immuniteti güclənər, həm də iştahı bərpa olar. Bu vitaminin də dozasını həkim analizin nəticəsinə və uşağın çəkisinə uyğun təyin edir.

Yemək yeməmək 1 yaşa yaxınlaşan uşaqların təxminən 40%-də baş verən bir vəziyyətdir. 1 yaşından etibarən uşaqların böyümə sürəti və enerji ehtiyacları nisbətən azalır, ətraf mühitə maraq artır və qidalanma ümumiyyətlə arxa plana keçir. Bu vəziyyət müvəqqətidir, uşaqların çoxu qısa müddətdə düzəlir,  1-2% -də isə qidalanma problemləri davam edə bilər.

Bəzən uşaqlarda iştahsızlıq problemini valideyn özü də bilmədən yaradır. Ac olmadığı təqdirdə uşağa məcburən yemək yedizdirmək də onda yemək yeməyə olan həvəsi yox edə bilər. O artıq qidalanma deyil, məcburiyyət olur uşaq üçün. Buna görə də uşağa yemək təklif olunmalı, istəmirsə, israr olunmamalıdır. Əgər uşaqda heç bir problem yoxdursa, o acdığı zaman bunu sizə bildirəcəkdir.

Uşaqlarda iştahsızlığa səbəb olan digər bir şey isə yeməyə fokuslanmamaqdır. Valideynlərin bir çoxu cizgi film izlədərək onları yedizdirməyə çalışırlar. Uşaq bir müddət cizgi filmlə yemək yesə də, getdikcə iştahsızlıq problemi yaşayacaqdır.

Uşaqlarda işhatsızlığın səbəbləri nələrdir?

Anoreksiya uşaqlarda çox rast gəlinən xəstəliklərdən biridir. Adətən qəbizlik və anemiya kimi  xəstəliklərdən sonra yaranır.

Xroniki xəstəliklər olan diabed və tiroid çatışmazlığı olan uşaqlarda iştahsızlıq və böyümə geriliyi kimi problemlər olur.

Bağırsaq parazitləri də uşaqda iştahsızlıq yarada bilir. Qurdun növü analiz nəticəsində müəyyən olunaraq müalicə olunur və yenidən uşaqda iştah bərpa edilir.

Qəbizlik də iştahsızlığa səbəb olan problemlərdən biridir. Həkim müalicəsi nəticəsində bu problem aradan qaldırılır və uşaq iştahsızlıqdan yaxa qurtarır.

Anemiya dəmir çatışmazlığıdır. Anoreksiyanın ən çox görülən səbəblərindən biridi. Dəmir çatışmazlığı qan azlığı problemini yaradır. Dəri solğun, uşaq halsız olur və tez-tez xəstələnir.

İştahsızlığın müalicəsi

Uşaqların işatahsızlığının qarşısını almaq üçün onları şirin qidalardan, konfetlərdən, şirniyyatlardan uzaq tutmalı, sağlam qidalanmalarını təmin etməlisiniz. Yemək yeyərkən telefon, planşet, televizordan uzaq tutmalısınız. Uşaqları yeməyə məcbur etməməlisiniz.

  • Uşaqlar 3-4 saat fasilələrlə qidalanmalıdırlar.Maye qidalar yeməkdən 1 saat əvvəl dayandırılmalıdır.
  • Uşaq əvvəlcə az yeyə bilər, 1 saat sonra isə butulka və ya ana südü istəyə bilər. Növbəti yemək vaxtına qədər gözləmək lazımdır. 
  • Kiçik porsiyalarda qidalar verilməlidir.
  • Uşaqlar valideynlərin istədiyi qədər deyil, toxluq hiss edənə qədər yeməlidirlər. 
  • Yemək 20-30 dəqiqədən çox olmamalıdır. Uzun yeməklər daha çox yeməyə əhəmiyyətli dərəcədə kömək etmir. 
  • Nə qədər və ya az yediyinə görə mükafatlandırmaq və ya cəzalandırmaq tövsiyə edilmir. Uşağın özünü qaşıqla qidalandırmasına icazə verin.
  • Qidalanma zamanı televizor söndürülməli, stolun üstündən oyuncaqlar, maraqlı əşyalar yığışdırlmalıdır.
  • Uşaqların yeməklə oynamasına icazə verilməməlidir.
  • Onların yemək zamanı danışmasına icazə verilməməli və səssiz şəkildə yeməli olduqları bldirilməlidir.
  • Öskürmə, qusma və tüpürmə kimi reaksiyaya səbəb olan qidalar verilməməlidir.
  • Uşaqlar şirin yeməkləri və şirniyyatları sevirlər. Bu qidalardan onları uzaq tutmaq lazımdır.
  • Ailənin sevimli yeməkləri uşaqların yeməyə marağını artırır. Onların sevimli yeməklərini tez-tez bişirib onları sevindirə bilərsiniz.

Bundan əlavə uşaqlara usaq ucun istah acan vitamin də verə bilərsiniz. Bu vitaminləri isə yalnız həkimin göstərişi əsasında verə bilərsiniz. Vitamin komleksləri, C, D vitaminləri, bununla yanaşı kalsium, maqnezium, sink kimi tərkibə malik qida əlavələrini də verə bilərsiniz. Sirop və tabletka şəklində olan usaq ucun istah acan vitaminlər çox saydadır. Bu vitaminlər də uşaqların yaşına və çəkisinə görə təyin olunur. Vitamin qəbulundan əlavə uşaq müəyyən qan analizləri verməlidir. Analiz ac qarnına, səhər götürülməlidir.

Digər faydalı yazılar:

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button