Uşaq sağlamlığı

Usaqlarda oskurek xalq tebabeti 

Usaqlarda oskurek xalq tebabeti üsulları ilə müalicəsi çox geniş yayılmışdır. Ölkəmizin iqlimi o qədər gözəldir ki, burada min bir çeşiddə birkilər, meyvə və tərəvəzlər yetişir. Hər bir bitki bir xəstəliyin dərmanıdır. Təbiblər illər uzunu bu bitkiləri araşdırır, onları seçib qarışımlar hazırlayaraq təqdim edirlər. Azərbaycanlılar xəstəliklərin müalicəsində xalq təbabətinə daha çox üstünlük verirlər, nəinki tibbi vasitələrə. Bunlardan ən çox istifadə olunan bitkilər kəklikotu, iburnu, çobanyastığı, gülxətmi, bənövşə çiçəyi və s bitkilərdir ki, hər biri dərman olaraq istifadə olunur və çox məşhurdur. Apteklərdə bu bitkiləri tapmağınız mümkündür.

Yaz, payız və qış aylarında xəstəliklər çox artır. Xüsusilə də uşaqlar daha çox xəstələnirlər. Hərarətin yüksəlməsi, boğaz ağrısı, öskürək, burun axıntısı, halsızlıq kimi simptomlar daha çox görünür. Xüsusilə öskürək çox uzun çəkir və sağalması xeyli bir vaxt alır. Bu səbəbdən dərman vasitələri bir müddət təsir etsə də, sonradan yerini xalq təbabətinə verir.

Öskürək nədir?

Öskürək insan orqanizminin ani reaksiyası və refleksidir. Gündəlik həyatda və klinik praktikada çox yaygın bir simptomdur.  Öskürək insan orqanizmini qıcıqlandırıcılardan, xüsusilə tənəffüs yollarını və ağciyərləri, məsələn, artıq bəlğəm, mikrob və ya tozdan qorumağa və təmizləməyə kömək edən bir refleksdir deyə bilərik.  Beyin qıcıqlandırıcını təsirləri aradan qaldırmaq istədiyi zaman sinə və qarın əzələlərinə  bir siqnal göndərir. Bu isə öskürək adlanan bir bədən reaksiyası ilə üzə çıxır. Ancaq qeyd edə bilərik ki, öskürək davamlı olduqda bezdirici olur.

Qeyd edək ki, öskürək bir çox mənfi nəticələrə səbəb ola bilər.

  • Baş ağrısı, ürəkbulanma və qusmaya
  • Boğaz ağrısına və səsin tellərinin zədələnməsinə
  • Gecələr narahat etdiyi üçün yuxusuzluğa
  • Sinə içində ağrıya
  • Normal yemək yeməyə və içməyə
  • Davamlı olduqda öskürək psixoloji təsir göstərə bilər. 
  • Hətta sidik qaçırmaya (inkontinans)

Öskürəyə nə xeyirdir?

  • Heyva çayı
  • Ekinezya çayı
  • Jasmin portağal çayı
  • Qızılgül suyu
  • Südlü bal
  • Cökə, Zəncəfil, Adaçayı
  • Üzüm bəkməzi
  • Pastil
  • Gündə ən azı 2 litr su
  • Zerdeçal və Zəncəfil

Südlü bal

1 stəkan ilıq südə 1 yaxud 2 çay qaşığı bal qarışdıraraq gün ərzində 3-4 dəfə övladınıza verə bilərsiniz. Xüsusilə yatmadan əvvəl versəniz çox effektv təsiri olacaqdır.

Bənövşə çiçəyi və gülxətmi

Bu iki bitkinin inanılmaz təsiri vardır. 200 ml qaynar suya 1 xörək qaşığı gülxətmi və 1 xörək qaşığı bənövşə çiçəyi qarışdırıb 20 dəqiqə dəmləyərək övladınıza gün ərzində verə bilərsiniz. Qarışımın içinə 1 çay qaşığı bal da əlavə etməyiniz mümkündür.

Bəkməz

Siz tut, xurma yaxud da keçi buynuzu doşablarından istifadə edə bilərsiniz. Hər səhər ac qarnına uşağa 1-2 xörək qaşığı doşab verə bilərsiniz. Eyni zamanda 1 stəkan südün içərisinə doşab qarışdırıb versəniz təsir gücü daha effektiv olacaqdır.

Həmçinin 1 çay qaşığı doşab ilə yarım çay qaşığı kərə yağını qarışdırıb ilıq suya əlavə edib övladınıza verə bilərsiniz.

Heyva

Heyva ən gözəl öskürəyə təsir edən vasitələrdən hesab olunur. Siz həm onu buxarda yaxud suda bişirib yedizdirə, həm də onun çayını dəmləyərək verə bilərsiniz. Eyni zamanda heyva çərdəyi də çox effektiv müalicə üsullarından hesab olunur. Heyvanın çərdəyinin üzərinə qaynar su töküb bir müddət saxlayıb həmin şirəli qarışımı övladınıza verə bilərsiniz.

Bal və zəncəfil

Balın içərisinə azca zəncəfil qarışdırıb dərman kimi də istifadə etməyiniz mümkündür, isti suya bu iki məhsulu da qarışdırıb çay kimi istifadə etməyiniz də. Hər ikisi öskürəyin azalmasına gözəl təsir göstərəcəkdir.

Bundan əlavə uşaqlar yatmazdan əvvəl onların ayaq altlarını və yastıqlarını hündür etsəniz rahat yata biləcəklər. Otağın nəmli saxlanılması da çox vacibdir. Kondisioner və kombi kimi iqlim texnikaları otaqda quru hava yaradırlar. Quru hava isə öskürəyi daha da artırır. Uşaqların burnunu açıq saxlamağınız da vacib nüanslardan biridir. Çalışdığınız qədər övladınıza bol mayelər verməlisiniz. Əgər qeyd olunan vasitələr heç biri işə yaramazsa, o zaman həkimə müraciət etməl və təcili müalicəyə başlamalısınız. Xüsusilə bəlğəmli öskürək üçün müalicəni gecikdirməyin.

Oxşar məqalələr:

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button