Sağlamlıq

Qarin agrisi ishal dermani

Qarin agrisi ishal dermani həkim məsləhəti ilə təyin olunmalıdır. Lakin bir çox türkə-çarələr vardır ki, xalqımız ta qədim zamanlardan həmin köməkçi vasitələrdən istifadə edirlər. Uşaqlarda qarın ağrısının bir çox səbəbləri ola bilər. İlk öncə bu səbəbləri aydınlaşdırmaq, bilmək və daha sonra tədbir görmək lazımdır.

Qarın ağrısının yüngül, orta, ağır, sancılı və davamlı növləri vardır. Yüngül qarın ağrıları zamanı dərman qəbuluna üstünlük verilmir. Lakin kəskin qarın ağrısı qısa müddət ərzində yaranır və inkişaf edir. Ağrının müddəti bir neçə saatdan bir neçə günə kimi çəkə bilər. Xroniki qarın ağrısı isə fasilələrdə davam edir. Bu cü ağrılar həftələr, aylar və hətta illərlə mövcud olur. Əgər sizdə bu cür xroniki ağrılar varsa, dərhal həkimə müraciət etməyiniz tövsiyyə olunur.

Adətən normal şəraitdə yaranan qarın ağrıları öz-özünə də keçə bilir. Bəzən şiddətli qarın ağrıları tərləmə, ürəkbulanma ilə də nəticələnir.  Əgər qarın ağrısı ürəkbulanma, qusma , qanlı nəcis, qarında şişkinlik və ya qarın boşluğu ilə təmasda yüksək həssaslıq kimi əlamət və simptomlarla müşayiət olunursa, tibbi yardım almalıdır. Əgər bu kimi hallar bir neçə gün davam edirsə, vaxt itirmədən həkimə müraciət etməlisiniz.

Qarın ağrısının növləri hansılardır?

Qarın ağrıları zamanı həkimlər adətən qarnınızı dörd hissədə müayinə edirlər. Ağrınızın aşağıdakı bölgələrdən hansında yerləşməsi vacibdir:

  1. Qarının yuxarı sağ tərəfində ağrı
  2. Qarının yuxarı sol tərəfində ağrı
  3. Qarın sağ alt hissəsində ağrı
  4. Qarının aşağı sol tərəfində ağrı 

Qarın ağrısının səbəbləri

Qarın ağrısı hər gün insanların rastlaşa biləcəyi ağrılardan biridir. Hətta ən çox ağrıyan nahiyyələrdəndir. Bəs bu ağrını yaradan səbəblər nələrdir? Qarın ağrısının bir çox səbəbi ola bilər. Yediyiniz qidalar, soyuqdəymə, mikroblar, menstruasiya, həzmsizlik, köp və s. ağrının səbəblərindəndir.

Bir çox hallarda qarın ağrısı qarın boşluğunda olan orqanlara təsir edən iltihab və ya xəstəliklər nəticəsində yaranır. Qarın boşluğunda aşkar edilən əsas orqanlara appendisit, böyrəklər, dalaq, kiçik və yoğun bağırsaqlar, qaraciyər, qarın, mədəaltı vəzi və öd kisəsi daxildir .

Kəskin qarın ağrısı ilə üzləşmisinizsə;

  • Viral və bakterial qastroenterit,
  • Abdominal aorta anevrizması,
  • Appendisit,
  • Böyrək infeksiyası (pielonefrit, böyrək daşları),
  • Bağırsaq obstruksiyası,
  • Uşaqlarda invajinasiya,
  • dalaq absesi və ya dalaq infeksiyası,
  • Divertikulit, diabetik ketoasidoz,
  • Ektopik hamiləlik, yəni döllənmiş yumurtanın uşaqlığın xaricinə implantasiyası və orada böyüməsi,
  • Qəbizlik
  • Sidik yollarının infeksiyası
  • Ürək
  • Duodenit (nazik bağırsağın birinci hissəsinin iltihabı),
  • Xolangit (öd yollarının iltihabı),
  • Xolesistit,
  • Qaraciyər absesi
  • Mezenterik işemiya (bağırsaqlara qan axınının azalması),
  • Qarın orqanlarını yerində saxlayan membranın qıvrımlarında şişkin limfa düyünləri,
  • Pankreatit (mədəaltı vəzinin iltihabı),
  • Perikardit (ürək ətrafındakı toxumaların iltihabı)
  • Pleurisy (ağciyərləri əhatə edən membranın iltihabı),
  • Qarın boşluğunun selikli qişasının iltihabı
  • Fallopiya borularının iltihabı
  • Bağırsaqlardan qan daşıyan bir damarın tıxanması,
  • Sistit (sidik kisəsinin iltihabı) və daxili orqanların travmatik zədələnməsi aşkar edilə bilər.

Qarın ağrısının qarşısını necə almaq olar?

Qarın ağrısının bütün formalarının qarşısını almaq mümkün deyil. Ancaq bəzi hallarda sağlam pəhrizə riayət etmək, tez-tez su içmək, müntəzəm məşq etmək və daha az yemək yemək kimi tədbirlər qarın ağrısının inkişaf riskini minimuma endirir. Yeməkdən dərhal sonra uzanmaq mədə yanmasına və qarın ağrısına səbəb ola bilər. Tibb mütəxəssisləri yeməkdən ən azı 2 saat yatmağı məsləhət bilir.

İshal nədir?

İshal ciddi sağlamlıq problemlərindən hesab olunur. Bağırsaqların fəaliyyətinin pozulması nəticəsində yaranan bu xstəlik daha çox uşaqlarda daha çox rast gəlinir. İshal olan insanlarda gündə 250 qramdan daha artıq nəcis görülür ki, bunun da 70%-i sudur. Bədəndə suyun azalmasına səbəb olacaq bu problemin qarşısının maksimum tez zamanda alınması lazımdır. Ağır ishal zamanı isə bədən 13-14 lt su itksi yaşaya bilər. Ona görə də bu problemə ciddi yanaşmaq və tez zamanda həkimə müraciət etmək lazımdır. Çünki 5 yaşa qədər uşaqlarda ağır ishal ölümə səbəb ola bilir.

İshalın əlamətləri

Qarın ağrısı ilə ishalı ayırd etmək çox da çətin deyildir. Qarın ağrısı zamanı siz yalnızca sancılar yaşaya bilərsiniz. Nəcis isə normal formada ola bilər. İshal zamanı isə nəcis sulu şəkildə bədəndən xaric olunur. İshalın aşağıdakı əlamətləri vardır:

  • Sulu nəcis ifrazı
  • Ürəkbulanma və qusma
  • Halsızlıq
  • Tez-tez böyük bayıra getmə ehtiyacı
  • Susuzluq
  • Çox miqdarda nəcis ifrazı
  • Hərarətin yüksəlməsi
  • Qarında ağrı və köp.

İshal kimlər üçün və hansı hallarda təhlükəlidir?

  • Körpələr
  • Kiçik yaşlı uşaqlar
  • Qanla qarışıq nəcis ifrazı
  • Çəki itirilməsi

İstahlın səbəblərini müəyyən etmək üçün;

  • Nəcisin ümumi analizi götürülərək bakteriya və parazitlər aşkar olunur.
  • Labaratoriyalarda qan testləri edilir.
  • Aclıq testi edilir.
  • Kolonokopsiya müayinəsi edilərək bağırsaqlar yoxlanılır.

Müalicə üsulları

Qarın ağrısı zamanı insanlar ilkin olaraq evdə müalicə almağa üstünlük verirlər. Belə ki, ilk iş müxtəlif bitki dəmləmələri yaxud da ağrıkəsicilərdir. Adətən bu müalicə üsulları effektiv olur. Onlardan ən təsirlilərini sizlərlə bölüşürük:

Nanə dəmləməsi. Siz təzə nanədən və ya qurudulmuş nanədən istifadə edə bilərsiniz. Qaynayan suya nanələri tökərək 20 dəqiqə saxlamağınız kifayətdir.

Düyü həlimi. Düyü ən yaxşı qarın ağrısını və ishalı dayandıran vasitə hesab olunur. Yumru düyü (xüsusən də kənd düyüsündən istifadə etsəniz daha yaxşı olar) suda tam yumuşalanadək bişirilir. Həlim şəklini aldıqdan sonra qəbul edilir.

Nar qabığ. Adətən şirin narın qabığı soyulub qaynayan suya tökülüb 20 dəqiqə saxlanılaraq də alması gözlənilir.

Oxşar məqalər

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button