Sağlamlıq

Kəkələmə Nədir?

Kəkələmə səs, heca və sözlərin uzadılaraq səsləndirilməsidir. Fasilələr nəticəsində danışmaq, danışmaqda çətinlik çəkmək, nitqin pozulmaıs kəkələməkdir. Uşaqlıqdan yaranan bu problemin müalicəsi də vardır.  Kəkələyən uşaqlar fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Bir sözü və ya hecanı təkrar-təkrar söyləməyə məcbur qalırlar, onlar danışarkən sözləri qeyri-ixtiyari şəkildə uzada və deyə bilmədiklərində birdən susa bilirlər. 

Uşaqlar 2-4 yaşlarında çox sürətli şəkildə dil inkişaf mərhələsi keçirirlər. Bu dövrdəki uşaqların bəziləri danışarkən normal səlis danışıq nümayiş etdirirlər. Lakin bəzi uşaqlarda bu cür olmur. Kəkələmə hər dörd uşaqdan birində baş verir. Kəkələmənin növləri vardır.

Kəkələmə nəyə səbəb olur? 

Kəkələmənin səbəbləri müxtəlifdir. Əgər ailədə kəkələn bir şəxs varsa, uşaqda da bu ehtimal görülə bilər. Digər bir səbəb isə qorxu ola bilər. Adətən kəkələyən uşaqlarda bu problem qorxudan yaranır. İstənilən yaş dövründə güclü şəkildə qorxan şəxsdə nitq pozuqluğu yarana bilər. Kəkələmə yetkinlik dövründə də baş verə bilər. Kəkələmə kəllə-beyin travmasından sonra da inkişaf edə bilər. 

Kəkələmənin əlamətləri hansılardır?

Kəkələmənin simptomlarına aşağıdakılar daxil ola bilər:

  • Uşaq söz və ya cümləyə başlamaqda çətinlik çəkir.
  • Uşaq danışmağa başlayan zaman bir sözün və ya sözdəki səslərin uzatmağa çalışacaqdır.
  • Danışarkən bəzi hecaları və sözləri söyləməyə çalışarkən qısa müddətli susacaqdır.
  • Uşaq növbəti sözə keçmək üçün çətinlik gözlənildiyi təqdirdə “mmm”  “hmm” kimi əlavə sözlər deyəcəkdir.
  • Hər hansı bir söz demək istərkən boynunu uzatmağa çalışacaqdır
  • Effektiv ünsiyyət qura bilməyəcəkdir.
  • Kəkələyən uşaq danışarkən dodaqların və çənənin titrədəcək.
  • Danışarkən üz tiklərinin olacaqdır.
  • Uşaq danışarkən yumruqları sıxmağa başlayacaqdır. Hər çətinlik çəkdiyi sözdə əllərini bir-birinə sıxacaqdır.

Uşaqlarda kəkələməni necə müalicə etmək olar?

Hər bir problemin, xsətəliyin müalicəsində olduğu kimi  uşaqlarda kəkələmənin müalicəsinə başlamazdan əvvəl ilk növbədə onun diaqnozu qoyulmalıdır. Diaqnoz loqoped və ya uşaq psixiatrının köməyi ilə qoyulmalıdır. Loqoped və ya psixiatr kəkələmə vəziyyətini qiymətləndirir, daha sonra isə müalicə kursu tətbiq edilir. Kəkələyən uşaqların heç də hamısı dərmanla müalicə olunmur. Bəzi uşaqlarda kəkələməzamanla öz-özünə yox olub gedir.

Kəkələmənin müalicəsində istifadə olunan əsas müalicə üsulları bunlardır:

  • Nitq terapiyası
  • Elektron cihazlar
  • Koqnitiv terapiya
  • Valideyn-uşaq münasibətləri
  • Dərman müalicəsi

Nitq terapiyası  ilə insanın nitqini yavaşlatması və kəkələdiyini başa düşməsi məqsəd qoyulur. Terapiya sayəsində uşaqda olan  çox yavaş olan nitq sonradan daha axıcı və təbii hala gələ bilər.

Elektron cihazlar nitqin səlisliyini artırmaq üçünistifadə olunur. Terapevt seçiləcək elektron cihazı müəyyənləşdirir.

Koqnitiv terapiya kəkələmə nəticəsində yaranan stress, narahatlıq və özünə inam problemlərini həll etmək məqsədini daşıyır. 

Valideyn-uşaq münasibətləri deyildikdə, mütəxəssislər tərəfindən valideynlərə kəkələyən uşağa necə davranmaq barədə məlumatlar verilir, onlar maarifləndirilir. Kəkələmənin müalicəsində insanın yaxın ətrafının təsiri olduqca böyükdür. Ona görə də uşaqların ən böyük dəstəkçisi valideynlər olmalıdır.

Dərman müalicəsi yalnızca həkim nəzarəti ilə qəbul edilir. Lakin deyə bilərik ki, kəkələmənin müalicəsində effektiv təsirə malik olan təsdiqlənmiş heç bir dərman yoxdur. Adətən epilepsiya, depressiya və narahatlıq müalicəsində istifadə edilən bəzi dərmanlar sınaqdan keçirilir.Qeyd edək ki, bu dərmanların uzun müddət istifadə edilməsi nəticəsində problemlər yarana bilər.

Kəkələyən Uşağın Ailəsinə Necə Müalicə Olmalıdır?

Qeyd etdiyimiz kimi kəkələyən uşaqların ən böyük dəstəkçisi valideynləri olmalıdır. Onlara bu yolda kömək istəyirsinizsə, o zaman aşağıdakı bəndlərə nəzər yetirin:

  • İlk əvvəl uşağınızla bacardığınız qədər zaman keçirin. Onunla ünsiyyət qurun. Lakin o danışmaq istəyən zaman onun həyəcanını yox etmək üçün sakitləşdirin.
  • Uşaq danışarkən ona diqqətlə qulaq asın, sözünü kəsməyin. Bu zaman o sizə güvənəcək və fikrini daha yaxşı ifadə etməyə çalışacaqdır.
  • Uşaqla danışarkən tələsməyin, uşağa zaman təzyiqi yaratmayın. “Tez ol”, “tez-tez” de kimi ifadələr işlədərək onu tələsdirib həyəcalandırmayın.
  • Səbirsiz olmayın və uşağın sözlərini tamamlayın. Bu uşaqda arxayınlıq yaradacaq və cümləsini tamamlamağa çalışmayacaqdır. Eyni zamanda bu vəziyyətdə sıxılıb narahat olacaq və sizinlə ünsiyyət azaldacaqdır. Uşağınıza dinləmək üçün kifayət qədər vaxtınız olduğunu hiss etdirin.
  • Uşağa vəziyyətin yaşana biləcəyini və problemlərin düzəldilə biləcəyini izah edin. Bu ona stimul verəcəkdir.
  • Kəkələyən uşaqlar stress və narahatlıq yaşayır, bacardıqca onları rahatlamağa çalışın. Uşaqların ən güvəndiyi şəxslər valideynləridir. Bu duyğunu onlara yaşadın.

Oxşar yazılar:

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button