Hiperaktiv usaqlar
Hiperaktiv usaqlar haqqında yəqin ki, bir çoxumuzun məlumatı var. Bəzə dəcəl, aktiv uşaqları da valideynlər bilmədən “hiperaktiv uşaq” adlandırırlar. Lakin bu diaqnoz hər bir uşağa aid edilməməlidir. Bəs hansı uşaqlara hiperaktiv usaqlar deyə bilərik? Saytımızda bu haqda ətraflı məlumat oxuya bilərsiniz.
Hiperaktivlik nədir?
Hiperaktivlik impulsiv pozğunluqdur. Hiperaktivlik qeyri-adi fəaliyyət və ya qeyri-normal aktivlik kimi müəyyən edilən psixoloji xəstəlikdir. Başqa sözlə, uşaqlar özlərini idarə edə bilmirlər. Hiperaktiv uşaqlar qəsdən bu davranışları sərgiləmirlər. Çünki onlar özlərini idarə etməkdə çətinlik yaşayırlar.
DÇHP (diqqət çatışmazlığı hiperaktivlik pozuqluğu) olan uşaqlar konsentrasiyada və ya hərəkətsiz qalmaqda çətinlik çəkirlər. DÇHP (diqqət çatışmazlığı hiperaktivlik pozuqluğu) olan bəzi uşaqlar təkcə ev həyatında deyil, məktəb həyatında da problemlərlə qarşılaşa bilərlər.
Hiperaktiv uşaqlar unutqan olurlar, çünki diqqətləri asanlıqla dağıla bilir. Eyni zamanda əsəbi, aqressiv, qəmli əhval-ruhiyyəyə də sahibdirlər.
Valideynlər uşaqlarında olan bu davranışları adətən 3 yaşından sonra müşahidə edə bilirlər. 3 yaşından etibarən bir çoxları tərəfindən müşahidə edilən hiperaktikliyin diaqnozu isə adətən məktəb yaşına çatdıqda qoyulur. Çünki illər əvvəl bu diaqnozu dəqiq şəkildə qoymaq mümkün deyildi. Lakin indiki bir çox testlər nəticəsində asanlıqla diaqnoz qoyulur və müalicəyə başlanılır. Hiperaktivliyin müsbət tərəflərindən biri də müalicə edilə bilməsidir.
Hansı uşaqlar hiperaktiv uşaqlardır?
Qeyd etdiyimiz kimi bəzən dəcəl uşaqlara da səhvən bu diaqnoz qoyula bilər. Lakin siz uşağınızdın hiperaktiv olduğunu düşünürsüzsə, aşağıdakı bəndlərlə tanış olaraq övladınızda bu xüsusiyyətlərin olub-olmamasını müşahidə edərək düzgün nəticə çıxara bilərsiniz.
- Çox danışma
- Hərəkətsiz oturmaqda çətinlik
- Diqqəti saxlamaqda çətinlik
- Asan yayınma
- Tez-tez nəsə itirmək
- Oyunlarda öz növbənizi gözləmək çətindir
- Qaydalara riayət etməkdə çətinlik
- Sakit oynamaqda çətinlik
- Bir fəaliyyətdən digərinə keçmək
- Təhlükəli fəaliyyətlərlə məşğul olmaq
- Çox vaxt nə deyəcəyini bilmir
Hiperaktivlik testlərindən əvvəl isə uşaqda hər şeyin yolunda getməsinə diqqət etməlisiniz. Uşaq tam sağlam olmalıdır. Qrip və digər xəstəliklərin heç biri olmamalıdır, ac qalmamalıdır və tualet ehtiyacını görməlidir. Qeyd edilən bu amillər testin düzgün götürülməsində çətinlik yaradır. Bu testlər adətən 7.5 dəqiqə çəkir. Ancaq testdən əvvəl valideynlərlə görüş keçirilir, uşaq müşahidə edilir. Bu prosesə isə 45-50 dəqiqə vaxt ayrılır.
HİPERAKTİV UŞAQLARA NECƏ DƏSTƏK OLMALIYIQ?
Hiperaktiv uşqların idarəsi heç də asan deyildir. Amma müalicə oluna bildiyi üçün siz müəllimlərin köməyindən istifadə edərək evdə onunla daha çox zaman keçirə və ona dəstək ola bilərsiniz. Siz dərs saatlarını, oyun saatlarını, müxtəlif fəaliyyət saatlarını təyin edə və onu qaydalara əməl etməyə həvəsləndirə bilərsiniz. Bu qaydalara əməl etməsi biraz zaman verə bilər. Bunun üçün də ona planlaşdırma vərdişinə yiyələnmək üçün bir az vaxt verməlisiniz və onun digər uşaqlardan fərqli olduğunu xatırlamalısınız.
Eyni zamanda siz ona diqqət hərəkətləri ilə diqqətini gücləndirməyə, interaktiv beyin məşqləri ilə düşüncə və öyrənmə bacarıqlarını təkmilləşdirməyə kömək edə bilərsiniz.
Həddindən artıq enerjisini sağlam şəkildə boşaltmasına kömək edəcək fəaliyyətlər təklif edə bilərsiniz. Bu fəaliyyətlər idman növü olduqda onlar enerjilərini düzgün istiqamətə yönəldirə biləcəklər. Məşq qan axını sürətləndirir, daha çox oksigenin beyinə daşınmasına imkan verir.
Onların səylərini mükafatlandıraraq uşaqlarda həəs oyada bilərsiniz. Unutmayın nəticəyə deyil, səyə diqqət yetirin.
Əgər övladınız məktəblidirsə, o zaman onu sinif pəncərəsindən uzaqda yerləşdirilməsini istəyin. Çünki pəncərə kənarı bir dərs masasında əyləşməsi asanlıqla onun fikrinin yayınmasına səbəb olacaqdır.
HİPERAKTİVİYYƏ NÖVLƏRİ
Müalicəyə başlanmazdan əvvəl hiperaktivliyin növləri araşdırılıb müəyyən olunur. Hiperaktivliyin 3 növü var:
Birləşdirilmiş tip: Ən çox yayılmışdır. Diqqət problemləri ilə hiperaktivliyin birlikdə görüldüyü DÇHP (diqqət çatışmazlığı və hiperaktivlik pozuqluğu) növüdür.
Hiperaktivliyin üstünlük təşkil edən növü: Diqqət problemlərinin daha az rast gəlindiyi və hiperaktivliyin üstünlük təşkil etdiyi tipdir.
Diqqət Problemləri Dominant Tip: Hiperaktiv hərəkətlər daha az rast gəlinir və diqqətə əsaslanan problemlər daha çox görülür.
Diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu zamanla azala bilər, lakin öz-özünə keçmir. Valideynləri yoran isə müalicənin uzunmüddətli olmasıdır. Buna görə də müalicələr gecikdirilir, ya da yarım saxlanılır. Lakin unutmayın ki, şikayətlər yaş artdıqca azalsa da, yetkinlik dövründə yenidən görünür. Müalicə edilməzsə, uşağın və ya gəncin məktəb uğursuzluqları, dostları və ailəsi ilə münasibətlərində yaşadığı problemlər, hətta evlilik həyatında da problemlər davam edəcəkdir.