Mətbəx

Pizza resepti ( Ən yaxşıları )

Pizza resepti ən çox axtarılan yeməklərdəndir. Fərqli üsullarda hazırlanılan pizza resept növləri vardır. İlk əvvəl gəlin sizi bu dadlı yeməyin tarixi ilə tanış edək.

Pizza deyildikdə hər kəsin ilk ağlına İtalya gəlir. Rəngarəng və son dərəcə dadlı pizzanın dünyada ən çox sevilən yeməklərdən biri olması təəccüblü deyil. 

Pizza qədim tarixə malikdir. Oksford Universitetinin orta əsrlər və müasir dillər üzrə fəxri professoru və “Biz “İtalyan yeməklərinə necə aşiq oluruq” kitabının müəllifi Dieqo Zancani deyir ki, pizzanın uzun bir tarixi vardır. “Qədim yunanlarda “pissa” və ya “pita” var idi. 

Bu yemək eramızın 997-ci ildə yenidən ortaya çıxmışdı. “Pizza” olaraq. Neapolun şimalındakı Qaetada kirayə ev üçün imzalanan müqaviləyə əsasən pizza donuz əti ilə servis olunurdu.

1570-ci illərdə isə Papanın baş aşbazının ressptində isə pizza badam və şəkərlə servis olunurdu.

1760-cı illərdə isə Neapola pomidor gəldikdən sonra isə indi bildiyimiz pizza hazırlanmağa başladı.

Pizza 1889-cu ildə Kraliça Margherita tərəfindən məşhurlaşdı. Mozzarella pendiri, pomidor ilə pizzanın dadına baxmaqla başlayır. Bu tarixə qədər yalnız kasıblar tərəfindən istehlak edilən pizza, Kraliça Marqeritadan sonra varlı təbəqənin də süfrəsini bəzəyir. Hətta kraliça pizzanın dadına baxdıqdan sonra aşpaz Espositoya təşəkkür məktubu göndərir.

➡️ Pizza reseptleri

Fərqli pizza növləri vardır. Siz ağız dadınıza uyğun pizzanı hazırlamaq üçün təqdim etdiyimiz resseptlərdən istifadə edə bilərsiniz.

Əsl Neapolitan pizzası

Əsl Neapolitan pizzası çox ləzzətlidir. Bu pizzanın xüsusi bişirilmə qaydası vardır. Xəmir 380-430 C və ya 716-806 F boşqabda 60-90 saniyə bişirilməlidir. Əsasən, əsl Neapolitan pizzası sadə inqrediyentlərlə hazırlanır. Pizzanın xəmirinin hazırlanmas üçün su, un, duz və maya lazımdır. Yağ və şəkər əlavə edilmir. Ən azı 12 saat xəmir acıdılmalı və odun sobasında 60 dərəcə bişirin  90 saniyə bişirilməlidir.

Pizza 1800-cü illərin sonlarına doğru dünya mətbəxlərində öz yerini tutmağa başladı. Amerikaya köçən italyanlar özləri ilə öz kulinariya mədəniyyətlərini gətirirdilər. İtalyanların pizzası ilə tanış olan Amerika xalqı onu çox sevdi. Pizzanın ictimaiyyət tərəfindən sürətlə qəbul edilməsi amerikalı sahibkarları stimullaşdırdı. İllər keçdikcə isə pizza fərqli resseptlərlə bütün dünya mətbəxlərində cüzi tərkib dəyişiklikləri ilə hazırlanmağa başlanıldı.

Pomidor və Mozzarella Pendirli Pizza

Pizza xəmiri üçün sizə lazım olacaq inqridentlər:

  • 225 qr Kənd Çörəyi Qarışığı
  • 140 ml su
  • 1 xörək qaşığı zeytun yağı
  • yarım çay qaşığı duz
  • Yarım çay qaşığı dənəvər şəkər
  • Yarım çay qaşığı quru maya

Üzəri üçün

  • 2 xörək qaşığı pomidor pürəsi
  • 2 xörək qaşığı zeytun yağı
  • 150 q mozzarella pendiri (və ya simli pendir)
  • 6-7 albalı pomidoru
  • 1 xörək qaşığı doğranmış sarı bolqar bibəri
  • 1 xörək qaşığı dilimlənmiş qara zeytun
  • 1 çimdik duz

Necə hazırlanılır?

  • Göstərilən inqridentləri bir-birinə əlavə edərək xəmir yoğurun.
  • Ələ yapışmayan xəmir alınanadək yoğurun.
  • Xəmirə şəkil verərək yayın.
  • Mozzarella pendirini incə-incə doğrayın. Pomidorları 4 dilimə kəsin. Pomidor püresi, bir çimdik duz və zeytun yağı qaba götürüb qarışdırın.
  • Xəmirin üzərinə sousu töküb kənarlarına 1 sm boşluq qoyaraq yayın. Xəmirin üzərinə pendir və pomidor dilimlərini növbə ilə yan-yana qoyun.
  • Zeytun dilimləri və sarı bibər əlavə edin. 
  • Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 15-20 dəqiqə qızılı rəng alana qədər bişirin. İsti halda süfrəyə təqdim edin. Nuş olun.

Tərəvəzli pizza

Sizə lazım olacaq ərzaqlar:

  • 1 balqabaq
  • 2 ədəd qırmızı bibər
  • 1 yaşıl bibər
  • 1 stəkan konservləşdirilmiş qarğıdalı
  • 4 çubuq reyhan (nanə)
  • 100 q sürtgəcdən keçirilmiş çedar pendiri
  • 1 qırmızı soğan

Xəmir üçün;

  • 500 q un
  • 1 çay qaşığı isti su
  • 1 çay qaşığı isti süd
  • Yarım çay qaşığı zeytun yağı
  • Yarım paket təzə maya
  • 1 xörək qaşığı dənəvər şəkər
  • 1 çay qaşığı duz

Necə bişirilir?

  • Unu, şəkər, duz əlavə edin və qarışdırın. Bir qabda süd və suyu götürün. Mayanı əlavə edin və həll olunana qədər qarışdırın.
  • Bu qarışığa un əlavə edib yoğurun.
  • 40 dəqiqə mayalanması üçün gözlədin.
  • Xəmiri unlu piştaxtada yuvarlaq formada yayın.
  • Balqabağı incə doğrayın və xəmirin üzərinə qoyun. Qırmızı bibərin toxumlarını təmizləyin, 1 barmaq qalınlığında kub şəklinə kəsin kəsin.
  • Daha sonra soğanı halqavari şəkildə doğrayın. Üzərinə qarğıdalı və xırda doğranmış reyhan səpin və 190 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.
  • Sobadan çıxarın, üzərinə rəndələnmiş çedar pendiri səpin və daha 5 dəqiqə bişirin. Dilimləyin və isti xidmət edin. Nuş olsun.

Sizlərə ən çox istehlak edilən pizza resseptlərini təqdim etdik. Bundan əlavə pizzanın aşağıdakı daha bir neçə növü olduğunu da təqdim edirik.

  1. İtalyan pizzası
  2. Toyuq və göbələkli pizza
  3. Qarışıq pizza
  4. Şokoladlı pizza

Göbələkli toyuq pizza

Bu pizzanın hazırlanması üçün sizə;

  • 6 st un
  • 1,5 st az ilıq su
  • 1 st süd
  • 0,5 st zeytun yağı
  • 1 ədəd yumurta
  • 2 ç.q. şəkər
  • 2 ç.q. duz
  • 1 paket (10 qr.) instant maya lazım olacaq.
  • Xəmirin üstü üçün isə:
  • Ketçup
  • Sarımsaq
  • Soğan
  • Göbələk
  • Soyulmuş pomidor
  • Qara zeytun
  • Döş əti
  • Bibər
  • Holland pendiri
  • (istəyə görə başqa tərəvəzlər əlavə etmək olar,ölçulər də istəyə görədir)

Necə bişirilir?

  • Xəmir üçün suya şəkər və mayanı qatıb əridirik,daha sonra yağ,süd,yumurta,duz qatıb qarışdırırq.
  • Daha sonra unu yavaş-yavaş ələyərək yumşaq xəmir yoğururuq.
  • Xəmirin üzərini streç sellofanla örtüb ən az 6-8 saatlıq soyuducuya qoyuruq. Xəmir soyuducuda 2-3 gün qala bilir.
  • Xəmirimiz təxminən 2-3 dəfə artdığı zaman hazır sayılır.
  • İndi isə tərəvəzləri incə dilimlər şəklində doğrayırıq.Döş ətini qaynadıb,didirik.Sarımsağı istəyə görə xırda doğraya da bilərik,əzə də bilərik.Pendiri sürtkəcdən keçiririk.
  • Xəmiri 4 kündəyə ayırırıq.1-2 sm. qalınlığında yayıb, bolca unlanmış listə qoyuruq.Üzərinə ketçupla sarımsağı qarışdırıb yayırıq. Sarımsaq pizzaya xüsusi ləzzət qatır.
  • Daha sonra pendirdən azca səpirik.
  • Ardından soğan,zeytun,bibər,göbələk,toyuq və pomidor düzürük.Aralarına duz və istiot da səpməyi unutmuruq.
  • Əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada 15 dəqiqə bişiririk,15 dəqiqə sonra çıxarıb üzərinə bir ovuc dolusu pendir səpirik və yenidən 3-4 dəqiqəlik sobaya qoyuruq. Və ləzzətli əsl italyan pizzamız hazırdır.

Qarışıq pizza


Xəmir üçün lazım olanlar:

  • * 2 stəkan ilıq süd
  • * yarım stəkan su
  • * 1 çay qaşığı maya
  • * 1 çay qaşığı duz
  • * 6 stəkan un (unun ölçüsü azalıb-arta bilir)
  • Üzərinə lazım olanlar:
  • * kolbasa, pomidor, bibər, göbələk, toyuğun döş əti (istədiyiniz nə varsa)
  • * pizza pendiri.
  • Sous üçün:
  • * 1 xörək qaşığı tomat
  • * 2 xörək qaşığı duru yağ
  • * duz, istiot, kəklikotu.
  • Xəmir hazırlamaq üçün undan başqa hər şey dərin qabda qarışdırılır və az-az un əlavə edilərək xəmir yoğrulur. Xəmirin üstü örtülür və 1 saat dincəlməyə qoyulur.
  • Sous hazırlamaq üçün tomat, duru yağ, ədviyyatlar kasanın içərisində qarışdırılır.
  • Mayalanmış xəmir 3 hissəyə bölünür. Hər birinin üzərinə ayrı-ayrılıqda sous sürtülərək ərzaqlar düzülür və pendir rəndələnir.
  • Pizzalar əvvəlcədən 200* qızdırılmış sobada bişirilir.
  • Nuş olsun!

Pizzanın düşünüləndən dah açox növləri vardır. Siz eyni pizza xərmini hazırlayaraq üzrəinə xurma, balqabaq, brokoli, kartof, badımcan, gül kələmi, mərcimək, yulaf əlavə edərək sağlam, dietik pizza növlərindən hazırlaya bilərsiniz.

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button