Mətbəx

Tomat supu

Tomat supu dadlı şoraba növlərindən biridir. Evlərdə və restoranlarda bu şorabadan çox hazırlanılır. Hazırlanma qaydası çox asan, dadı isə əladır. Ucuz başa gələn bu supu siz də evinizdə tez-tez hazırlaya bilərsiniz. Eyni zamanda pomidor supu çox xeyirlidir. İndi isə keçək necə hazırlanmasına.

Deməli sizə aşağıdakı ərzaqlar lazım olacaq:

  • 3 xörək qaşığı kərə yağı
  • 2 xörək qaşığı un
  • 2 xörək qaşığı tomat pastası
  • 6  iri yetişmiş pomidor
  • Duz, istiot
  • Bir çimdik şirin bibər tozu (paprika; mütləq deyil)
  • 4-5 stəkan su
  • Pendir (bunlardan biri ola bilər – kaşar pendiri, Holland pendiri, mozarella pendiri) – sürtkəcdən keçirin.

Hazırlanma qaydası:

  • Kərə yağın əridin. Üzərinə tomatı əlavə edib qarışdırın. Unu da əlavə edib dayanmadan qarışdırın.
  • Pomidorları sürtkəcdən keçirin, yaxud blenderlə püre edin. Un qarışımın üstünə əlavə edib qarışdırmağa davam edin.
  • Şirin bibərləri də doğrayıb bu qarışıqda yağda qızardın.
  • Duzunu, istiotunu da əlavə edib qarışdırın.
  • Üzərinə su alıb qaynamağa qoyun.
  • Bişdikdən sonra pendirləri də üzərinə əlavə edib servis edin. Nuş olsun!
Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button