Mətbəx

Merci supu

Merci supu hazırlanması ən asan yeməklərdən biridir. Uşaqdan böyüyə hər kəs bu yeməyi çox sevir. Saytımızda çox dadlı merci supu resepti təqdim olunur. Fərqli üsullarla, fərql şəkillərdə merci supunun hazirlanmasi vardır. Siz bəyəndiyiniz ressepti seçib bişirə bilərsiniz. Ən dadlı mərci şorbası hazırlamağa başlayaq.

  • 1 stəkan qırmızı mərcimək,
  • 1 ədəd soğan,
  • 1 xörək qaşığı tomat pastası,
  • 1 çay qaşığı qırmızı şirin bibər,
  • 3-4 xörək qaşığı zeytun yağı,
  • otaq temperaturunda 5 stəkan su,
  • Duz, istiot, kəklikotu.

Hazırlanması

  1. Soğanı doğrayın və qızdırılan zeytun yağında yumşaq olana qədər qovurun,
  2. Tomat pastasını əlavə edib qoxusu gedənə qədər qovurun,
  3. Şirin bibəri əlavə edib qarışdırın,
  4. Yuyulmuş mərciməkləri əlavə edib qarışdırın,
  5. Suyu əlavə edib yenidən qarışdırın, qapağı bağlayın.
  6. Mərciməklər tam bişənə qədər bişirin,
  7. Bişəndə ​​blenderdən keçirin.
  8. Qatı olarsa, qaynar su əlavə edin və bir dəfə daha qaynadın,
  9. Zövqünüzə uyğun duz və ədviyyatlar əlavə edin. Nuş olsun!

Restoran üsulu mərcimək şorbası

Artıq evinizdə kafe və restoranlarda yediyiniz mərciməyi hazırlaya biləcəksiniz.

Ərzaqlar:

  • 1 stəkan mərcimək
  • 6 stəkan su
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı un
  • 1 çay qaşığı kərə yağı

Hazırlanma qaydası:

  • Mərciməkləri yuyub süzün.
  • Qazana əlavə edib üzərinə su alın qaynadın.
  • Başqa bir qazanda yağda unu qızardın.
  • Az-az bşmiş mərciməkdən tavaya əlavə edin.
  • Yenidən sobaya qoyun və qazanın qapağı açıq halda yenidən qaynadək gətirin, üzərinə kərə yağı, duz və istiot əlavə edin.
  • Yağı sous tavasında qızdırın və yer bibəri əlavə edin. Hazırlanmış sousu mərci şorbasının üzərinə tökün. Nuş olsun!

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button