Mətbəx
Oladi resepti
Oladi resepti axtarışında olan valideynlər üçün əla resspti təqdim edirik. Uşaqlıımızda ən sevdiyimiz səhər yeməklərindən oladini siz də övladınız üçün hazırlamaq istəməzdinizmi? Əlbətt ki, bu ləzzətdən övladınızı məhrum etmək istəməzsiniz. Fərqli resseptlərlə oladi hazırlamaq mümkündür.
Sizə lazım olacaq ərzalar çox sadədir. Demək olar hər birimizin evində var. Həm hazırlanması asandır, həm bərəkətlidir, həm də çox xərc tələb etmir.
Ərzaqlar:
- yarım litr qatıq (turş olmamalıdır)
- 1 yumurta
- 2 x.q. şəkər tozu
- yarım ç.q. duz
- 1 ç.q. soda
- 2,5 stəkan un (2 stəkan + yarım stəkan)
- 1 paket vanilli çəkər tozu
- bitki yağı (qızartmaq üçün)
Hazırlanması:
Yumurtanı çalın. Üzərinə şəkər və duz əlavə edin. Qatığın içərisinə sodanı əlavə edib köpməsini gözləyin. Daha sonra qatığı da yumurtanın üzərinə əlavə edin. Vanil, un əlavə edib qarışdırın. Tavanı qızdırıb bitki yağını əlavə edib qarışımı az-az tökərək qızardın.