Mətbəx

Sulu yemek reseptleri

Sulu yemek reseptleri bir çox xanımın axtardığı yeməklərdəndir. Mədə-bağırsaq sisteminin yaxşı fəaliyyəti üçün həftədə bir neçə dəfə sulu xörəklər bişirməlisiniz. Azərbaycan mətbəxi olduqca dadlı xörəkləri ilə zəngindir. Bəyənəcəyiniz, ağız dadınıza uyğun olan fərqli yemək resseptləri ilə qarşınızdayıq. Buyurun, bu resseptlər ilə tanış olun.

Toyuq şorbası

  1. 2 ədəd toyuq budu
  2. 2 yerkökü
  3. 2 kartof
  4. 1 soğan
  5. Qara istiot
  6. Qırmızı bibər
  7. 3-4 diş sarımsaq
  8. Kəklikotu
  9. Duz

Hazırlanma qaydası

  1. Bütün inqridentləri yuyun.
  2. Soğanı yağda qovurun.
  3. Duz və istiotu əlavə edib qarışdırın.
  4. Daha sonra sarımsağı doğrayıb qovurun.
  5. Yerkökünü doğrayıb qarışdırın.
  6. Bibərləri də doğrayıb qovurun.
  7. Toyuq budlarını da əlavə edərək qovurmağa davam edin.
  8. Kartofları da doğrayıb qarışdırın.
  9. Kəkliotuları da üzərinə əlavə edərək qovurmağa davam edin.
  10. Üzərinə çıxana qədər su əlavə edin.

Çedar pendirli pomidor şorbası resepti

Tərkibi:

  1. 3 pomidor
  2. 2 qaşıq kərə yağı
  3. 2 xörək qaşığı zeytun yağı
  4. 2,5 xörək qaşığı un
  5. 1 xörək qaşığı tomat pastası
  6. 1,5 litr isti su (tutarlılığına görə artırmaq mümkündür)
  7. Duz
  8. çili bibəri

Üzəri üçün:
Rəndələnmiş çedar pendir

Hazırlanması:

  1. Tomatı yağda qovurun.
  2. Pomidorları da yuyub doğrayıb əlavə edin.
  3. Daha sonra unu da üzərində əlavə edərək qarışdırın.
  4. Üzərinə su alaraq qaynamasını gözləyin.

Arpalı əriştə şorbası resepti

Tərkibi:

  1. 1 xörək qaşığı kərə yağı
  2. 2 xörək qaşığı zeytun yağı
  3. Yarım xörək qaşığı tomat pastası
  4. Yarım xörək qaşığı bibər pastası
  5. 4 stəkan su (Toyuq suyu)
  6. 4 xörək qaşığı arpa əriştə
  7. 1 çimdik cəfəri
  8. 1 böyük sarımsaq

Hazırlanma qaydası:

  1. Kərə yağını, zeytunu əlavə edərək sarımsağı doğrayıb qovurun.
  2. Daha sonra tomat pastasını, bibər pastasını da üzərinə əlavə edib qarışdırın.
  3. Toyuq suyunu əlavə edərək qaynamasını gözləyin.
  4. Daha sonra əriştələri tökün.
  5. Üzərinə cəfərini töküb süfrəyə verin.

Brokoli şorbası resepti

Tərkibi:

  1. 400 qram brokoli
  2. 1 xörək qaşığı kərə yağı
  3. 1 xörək qaşığı un
  4. 5 stəkan isti ət və ya toyuq bulyonu (istəyə uyğun)
  5. 1 çay qaşığı duz
  6. ½ çay qaşığı istiot

Hazırlanması:

  1. Kərə yağında unu qovurun.
  2. Daha sonra duz və istiot töküb suyu əlavə edin.
  3. Brokoliləri əlavə edərək qaynayan kimi ocağın altını söndürün.

Mərcimək şorbası resepti

Tərkibi:

  1. 1 ədəd soğan
  2. 1 ədəd kartof
  3. 1 ədəd kök
  4. 1 st. qırmızı mərcimək
  5. 1 çay qaşığı tomat pastası
  6. 1 yemək qaşığı un
  7. 1 yemək qaşığı kərə yağı
  8. 3-4 yemək qaşığı duru yağ
  9. 1,5 lt. qaynar su
  10. 1 çay qaşığı quru nanə
  11. Duz, istiot, sarıkök, toz qırmızı bibər.

Hazırlanması:

  1. Soğanı duru yağda qovurun, üzərində quru nanə, sarıkök, duz və istiot əlavə edin.
  2. Kartofu, kökü doğrayıb üzərinə tökün.
  3. Mərciməyi başqa qazanda qaynamağa qoyun.
  4. Daha sonra süzüb digər qazanda qovrulan qarışıma əlavə edin.
  5. Suyu tökərək qaynamasını gözləyin.

Göbələk şorbası resepti

Tərkibi:

  1. 8-9 göbələk
  2. 1 kiçik soğan
  3. 1 stəkan süd
  4. 1 litr isti su
  5. 2 xörək qaşığı un
  6. 3-4 xörək qaşığı yağ
  7. Qara istiot
  8. duz

Hazırlanma qaydası:

  1. Yağda soğanı üzərinə duz və istiot əlavə edərək qızılı rəng alana kimi qovurun.
  2. Sonra un töküb qovurmağa davam edin.
  3. Göbələkləri yuyub təmizləyib başqa qazanda qranit yaxud tefal tavada qızdırın ki, tam suyu çəkilsin.
  4. Daha sonra soğanın üzərinə əlavə edib qarışdırın.
  5. Südü də əlavə edərək bişirməyə davam edin.

Kremli tərəvəz şorbası resepti

Tərkibi:

  1. 3 xörək qaşığı yağ
  2. 2 diş sarımsaq (incə doğranmış)
  3. 1 incə doğranmış soğan
  4. 2 tam xörək qaşığı un
  5. 1 kiçik doğranmış kartof
  6. 1 kiçik doğranmış yerkökü
  7. 1 xırda doğranmış qırmızı bibər
  8. 1 kiçik doğranmış yaşıl balqabaq
  9. 1 stəkan konserv noxud
  10. 1 ovuc doğranmış şüyüd
  11. 1 banka krem ​​(200 ml)
  12. Duz
  13. 6-7 stəkan isti su

Hazırlanma qaydası:

  1. Yağda soğanı üzərinə duz və istiot əlavə edərək qızılı rəng alana kimi qovurun.
  2. Sarımsağı əlavə edərək qovurmağa davam edin.
  3. Daha sonra un töküb qarışdırın.
  4. Bibərləri də əlavə edib qovurun.
  5. Kartogu yerkökünü də töküb qarışdırın.
  6. Balqabağı da əlavə edin.
  7. Digər inqridentləri də növbəli şəkildə əlavə edib üzərinə su tökün.
  8. Qaynayandan sonra şüyüd səpib süfrəyə təqdim edin.

Dovğa resepti

Tərkibi:

3 litr qatıq üçün
3 l qatıq
600-700 qr su
1/2 stəkan yumru düyü
3 ədəd yumurta (hər litr üçün 1 ədəd hesablanır)
1 dəstə nanə (orta ölçüdə)
1 dəstə keşniş (orta ölçüdə)
2 dəstə dağ keşnişi (orta ölçüdə)
1 dəstə ispanaq (orta ölçüdə)
1 dəstə şüyüd (orta ölçüdə)

Hazırlanma qaydası:

Dovğanın hazırlanması çox asandır. Bəzi insanlar bişənə qədər qarışdırsa da, bir çox xanım dovğanı bulamadan bişirir.

  1. Qatığı yumurta çalan ilə yaxşıca salın.
  2. Daha sonra yumurtaları da əlavə edib çalmağa davam edin.
  3. Üzərinə su alıb və içərisində düyü əlavə edərək ocağın üzərinə qoyun.
  4. Göyərtiləri doğrayıb yaxşıca yuyun.
  5. Qaynamağa başlayanda töküb qarışdırın. Ocaqdan götürəndən sonra duz tökün.
  6. Bəzi bölgələrdə dovğaya kələm də tökülür. Bu halda ilk qaynamağa başladıqda birinci kələm tökülür. Bişəndən sonra isə göyərtilər əlavə olunur.

Uşaqlar üçün maraqlı resept – Dovşan şəkilli şorba resepti

  1. 1 stəkan yarım su
  2. 1 yemək qaşığı şəkər tozu
  3. 3 stəkan yarım un
  4. 1 yemək qaşığı maya
  5. 1 çay qaşığı duz

Üstünü bəzəmək üçün:
1. Quru üzüm
2. Bonibon
3. Kürdan (diş çöpü)

Xəmirin üstü üçün:
2 yemək qaşığı su

– 1-2 çay qaşığı duz

Hazırlanması:
1. İlıq suda şəkər tozu və mayanı əridin. Qabardıqdan sonra qalan məmulatlarla xəmiri hazırlayın.

2. Xəmirin qapalı şəraitdə acımasını (gəlməsini) gözləyin. Xəmirin bir hissəsini böyük digər hissəsini balaca şəkildə bölün.

3. Sonra hər birinə dairəvi forma verərək soba qabına düzün. 45 dəqiqə gözlədin. Sonra üzərini + şəklində kəskin bıçaqla cızın.

4. Sonra xəmirin üstü üçün hazırladığımız suyu xəmirin üzərinə çəkin. 200 dərəcədə üstü qızarana qədər bişirin.
5. Bişən çörəklərdən böyük olanının üstünü kəsib, içini bıçaqla boşaldaraq şorba qabı düzəldin. Balaca çörəyi isə ortadan iki yerə bölün, bıçaqla göz və burun oyun. Göz yerinə quru üzümləri, burun yerinə bonibon yerləşdirin. Bunu düzəltdiyimiz şorba qabına kürdan vasitəsilə sabitəyin yəni yerləşdirin. Qalan çörəklərdən qulaq düzəldə bilərsiz.

Balıq şorbası resepti

Tərkibi:

  1. 350 qram levrək balığı (dəniz bassı)
  2. 2 xörək qaşığı kərə yağı
  3. Yarım kərəviz
  4. 1 soğan
  5. 1 kök
  6. 2 ədəd bibər
  7. 5 diş sarımsaq
  8. 1 xörək qaşığı un
  9. 6 stəkan su
  10. Duz, istiot
  11. Şüyüd

Hazırlanma qaydası:

  1. Balığı təmizləyin. Başını və quyruğunu kəsib üzərinə su tökün, 25-30 dəqiqə qaynadın.
  2. Sonra onları çıxarın. Bulyonu süzün.
  3. Balığı doğrayın.
  4. Soğanı xırda doğrayın. Yerkökünü sürtgəcin orta gözündən keçirin. Kartofu kubik doğrayın.
  5. Qaynayan bulyona kartofu əlavə edin, duz, istiot vurun. Qaynamağa başlayanda balığı əlavə edin. 15 dəqiqə qaynadın.
  6. Əvvəl yerkökünü, sonra soğanı əlavə edin (yerkökü və soğanı əvvəlcədən qovura da bilərsiniz). 5-7 dəqiqə qaynadın.
  7. Dəfnə yarpağı, cəfərinin köklərini və yaxud kərəviz, qara dənəvər istiot əlavə edin. 25-30 dəqiqə dəmdə saxlayın.
  8. Süfrəyə verərkən üzərinə xırda doğranmış göyərti səpin.

Əsl kəllə-paça resepti

•2 ədəd mal (dana) ayağı
•su
•baş soğan
•duz
•yumru istiot
•dəfnə yarpağı
•sirkə-sarımsaq və ya abqora

Hazırlanması:
Malın ayaqlarını ocaqda ütüb, bıçaqla dırnaqlarını çıxarın, tüklərini təmizləyin.
Təmizlənmiş ayaqları balta ilə 2 – 3 yerə bölün.
Dırnaqların arasını yararaq orta hissəsində olan artıq hissəni kəsib atın.
Daha sonra ayaqları isti su ilə yaxşıca yuyun. Böyük ölçülü bir qazana kəsilmiş ayaqları yığın və üzərinə su tökün
Su ayaqların üzərini 15-20 sm örtməlidir. Qazanı zəif ocağa qoyun,vaxtaşırı kəfini yığın.
Daha sonra su qaynamağa başladıqda, suyu boşlaldıb ayaqları bir daha yuyun. Qazana təmiz su töküb yuyulmuş ayaqları da əlavə edib zəif ocaqda gecədən səhərə kimi (ət sümükdən ayrılana qədər) bişirin.
Bişən xaşın içinə baş soğan əlavə edin. Bişirilməyin sonuna yaxın duz, istiot dənəsi və dəfnə yarpağı tökün.

Naxçıvan mətbəxinin daş küftəsi resepti

  • 400 qr ət
  • 1-2 tikə quyruq
  • 1 ədəd baş soğan
  • 50-60 qr noxud (suda isladılmış)
  • 50-60 qr düyü
  • 1 ədəd yumurta
  • nanə qurusu
  • tərxun qurusu
  • duz
  • istiot
  • sarıçiçək
  • tomat və ya pomidor
  • reyhan qurusu
  • mərzə qurusu
  • alça turşusu

Hazırlanması:
1. Tikə əti 2 saat dayanmadan “ət daşı” adlanan xüsusi yasdı daşın üzərində ağac toxmaqla qiymə halına gələnədək döymək lazımdır.

2. Qiymə halına düşdükdə üzərinə isladılmış noxud, quyruq, soğan əlavə edib birlikdə döyün.

3. Üzərinə göyərti qurusu ( nanə, mərzə, reyhan, şüyüd və tərxun qurusu) ovun və qarışdırın.

4. Üzərinə yumru düyü, duz, istiot, sarıçiçək, yumurta və azca isti su əlavə edib əllə yaxşıca qarışdırın.

5. Hazır qiyməni bir ovucun içərisinə sığacaq böyüklükdə kündələrə ayrın. Kündələrin içərisinə alça, gavalı və ya albuxara turşusu qoyub yuvarlayın. Bəzi hallarda isə duzlu yumurta qoyulur.

5. Küftələri qaynar suya salıb bişirib çıxarın. Qazanda qaynayan suya duz, sarıçiçək və ya tomat vurub küftələri də içinə əlavə edib bişirin.

Qeyd: Daş küftəsinə bəzi bölgələrdə kartof da vurulur.

Qədim yeməyimiz xaşlama resepti

  • 1 kq sümüklü ət (qoyun,quzu və ya mal)
  • 5 ədədsoğan
  • 7 ədəd kartof
  • 2 ədəd dəfnə yarpağı
  • 1 çimdik qırmızı acı bibər tozu
  • duz, istiot
  • 3-4 ədəd bolqar bibəri
    2-3 ədəd pomidor

Hazırlanması:
1. İlk öncə ətı doğrayıb yuyun.

2. Yuyulub suyu süzülmüş ətləri qazana yığın. Üzərinə 3 stəkan qaynar su töküb ocağa qoyun.

3. Bişdikdə üzərinə yığılan kəfi götürüb dəfnə yarpağı atın və ət yumşalana qədər bişirin.

4. Bolqar bibərini doğrayın, kartofların qabığını soyub dilimləyin.

5. Daha sonra pomidoru da dilimləyin, soğanları da halqa formasında kəsin.

6. Bişmiş ətlərin üzərinə doğranmış bolqar bibəri, kartof, pomidoru və soğanları əlavə edin.

7. Duz, istiot, acı bibər tozu səpib qarışdırın.

8. Qazanın qapağını örtüb kartoflar bişənədək vam odda bişirin. Yeməyin üzərinə doğranmış göyərti səpib süfrəyə verin.

Əriştəli lobya şorbası resepti

Tərkibi:

Quzu və ya mal əti (döş) – 500 q
Gözlü xırda lobya – 1 stəkan
Ev əriştəsi – 2 ovuc
Soğan – 2 ədəd
Kök – 1 ədəd
Kartof – 2 ədəd
Cəfəri, keşniş – hərəsindən yarım dəstə
Kərə yağı – 100 q
Duz, istiot, sarıkök – zövqə görə

Hazırlanma qaydası:

  1. Kərə yağında soğanı qovurmalı, üzərinə duz, sarıkök, istiot əlavə etməlisiniz.
  2. Başqa bir qazanda ıti bişirin.
  3. Kökü yuyub rəndələyib soğanın üzərinə əlavə edin.
  4. Ət bişdikdən sonra qazana töküb üzərində suyunu süzüb əlavə edin.
  5. Kartofları doğrayıb qaynayan qazana tökün.
  6. Üzərinə göyərtiləri doğrayıb süfrəyə verin.

Piti resepti

Tərkibi:

  • 6 kasa üçün bizə lazım olacaq:
  • Qoyun əti – 500 qr
  • Soğan – 2 ədəd
  • İri pomidor – 1 ədəd
  • Heyva – 2 ədəd
  • Noxud – 3 y.q.
  • Nanə – 2 y.q.

Hazırlanması:

  1. Noxudu axşamdan soyuq suda saxlayın. Belə olduqda daha tez bişir.
  2. Əti hissələrə ayırın.
  3. Qurğu nazik doğrayın.
  4. Soğanı doğrayıb kənarda saxlayın.
  5. Sonra noxudu piti qabına əlavə edin, üzərinə də doğranmış soğanları.
  6. Daha sonra əti, duzunu və suyunu üzərinə əlavə edin.
  7. Üzərinə quyruqları da əlavə edərək ocağa qoyun.
  8. Vam xodda bişməyə qoyun.

Düşbərə resepti

  • Toyuq bulyonu – 1,5 l.
  • Göyərti – 1 dəstə
  • Duz, istiot, ədviyyə – zövqə görə

Hazırlanma qaydası.

  1. Əti, soğanı maşından çəkin.
  2. Göyərtiləri doğrayıb qarışdırın.
  3. Daha sonra ədviyyatları əlavə edib yoğurun.
  4. Yuxaları yayıb, kəsib, əti yuxanın üzərinə qoyaraq bükün.
  5. Kərə yağında soğanı qızılı rəng alana kimi qovurun. Üzərində su əlavə edib qaynayanda düşbərələri içinə atın.

BORŞ

Qırmızı rəngdə dadlı borş hazırlamaq istəyirsinizsə, bu ressepti nəzərinizdə saxlayın. Sizə lazım olacaq:

6 porsiya üçün nəzərdə tutulub

  • 1 kq iri tikələrə bölünmüş sümüklü mal əti
  • 5 xörək qaşığı kərə yağı və ya duru yağ
  • 1 baş soğan
  • 1 ədəd orta boy çuğundur (300 g)
  • 2 ədəd yerkökü (300 g)
  • 2 xörək qaşığı tomat
  • 3-4 dəfnə yarpağı (rusca: lavroviy list)
  • 1 ədəd orda boy kələm (700 g)
  • 3 ədər kartof
  • 2 stəkan xırda-xırda doğranmış cəfəri
  • zövgə görə duz
  • zövgə görə istiot

Hazırlanma qaydası:

  1. Soğanın üzərinə duz və istiot töküb kərə yağında qızılı rəng alana kimi qovurun.
  2. Üzərinə tomant pastası əlavə edib qovurmağa davam edin.
  3. Çuğundurun bir hissəsini rəndələyib qarışdırmağa davam edin.
  4. Mal ətini də bu qarışıma əlavə edib qovurun. Üzərinə azca su əlavə edə bilərsiniz.
  5. Kələmləri yuyub doğrayın.
  6. Kartfoy soyub 4 yerə bölün.
  7. Ət bişəndən sonra kartofu daha sonra isə kələmləri əlavə edin.
  8. Qaynamağa başlayanda bişib-bişmədiyini yoxlayın.
  9. Əgər bişibsə, qalan çuğunduru rəndələyib əlavə edin.
  10. Cəfərini doğrayıb borşa töküb qazanın altını keçirib qapağını örtün.
Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button