Badimcan tursusu
Badimcan tursusu ən dadlı, ləzzətli, hər kəs tərəfindən çox sevilən turşu növlərindən biridir. Digər turşulara nisbətən hazırlanması xeyli vaxta aparır və əziyyətlidir. Lakin çəkilən bu əziyyət süfrədə təamı dadarkən unudulur. Ən ləzzətli badımcan turşusunun resseptini sizlər üçün təqdim edirik. süfrələrin yaraşığı olan bu turşudan mütləq siz də hazırlamalısınız. Analar.az komandası olaraq araşdırıb ən gözəl və dadlı resseptləri sizin üçün topladıq. Verilən təlimatlara əməl edərək çox dadlı badımcan turşusu hazırlaya bilərsiniz.
Sizə lazım olacaq ərzaqlar:
İçi üçün:
* yarım kq. yaşıl bibər
* yarım kq. yerkökü
* 4 baş sarımsaq
* bir dəstə myanxur, cəfəri
* 1 x/q. limon duzu
* 1 x/q. xörək duzu
Üzəri üçün:
* üzüm sirkəsi
* myanxur, cəfəri
* duzlu su
Hazırlanması:
1. Badımcanlar təmiz şəkildə yuyulub qaynar suya atılır.
2. 5 dəqiqə qədər çevrilib sudan alınır.
3. Badımcanın içliyinə qoyulacaq ərzaqlar doğranıb hazırlanır.
4. Soyuyan badımcanların içi kəsilir və içinə hazırladığınız qarışıq doldurulur.
5. Bankalara sıra ilə düzün. Üzərinə sirkəni tökün. Sonra duzlu suyu da əlavə edin. (1 litr suya 3 xörək qaşığı duz )
6. Sonda üstünə yuyulmuş myanxur, cəfəri qoyub ağzını möhkəm bağlayın. Bankanı 2 dəfə çevirin. Sərin və qaranlıq yerdə saxlayın. NUŞ OLSUN