Mətbəx

Göyəm turşusu

Göyəm turşususu çox dadlıdır. Süfrələrin bəzəyi olan turşular içərisində öz ləzzətli dadı ilə seçilən goyem tursusu ressepti axtarışındasınızsa, saytımızda tapa bilərsiniz. Bundan əlavə saytımıza nəzər yetirərək fərqli turşu resseptlərini də əldə etməyiniz mümkündür.

Tərkibi:
1. Sarımsaq – 500 q,
2. göyəm – 3 kq.,
3. dəfnə yarpağı – 3 ədəd,
4. quru nanə – 30 q.,
5. ətirli istiot – 5 əd.,
6. qara istiot – 5 əd.,
7. duz – 2 x. q,
8. sirkə – 100 q.

Hazırlanması:
1. Göyəm təmiz şəkildə yuyularaq 1-2 yerdən çəngəllə deşilir.

2. Sarımsaq dişləri soyulub təmizlənir.

3. Bankaları təmiz yuyub qurulayın, dibinə ədviyyat qoyub daha sonra sarımsaq dilimləri düzün.

4. Göyəm yığılıb üstünə qaynar su tökülür.

5. Banka açıq şəkildə 3-4 saat (su soyuyana kimi saxlanılır).

6. Daha sonra bankadakı soyudulmuş su yenidən qazana boşaldılaraq qaynadılır.

7. qaynaq su ikinci dəfə duz və sirkə ilə birgə bankaya tökülür.

8. Bankanın qapağı hermetik bağlanıb sərin yerdə saxlanılır. Nuş olsun!

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button