Mətbəx

Napalyon tortu

Napalyon tortu sevməyən yəqin ki, olmaz. Dadı o qədər möhtəşəmdir ki, bu tortun çox sayda aşiqləri vardır. Hazırlanması digər tortlarla müqayisədə daha çətin ola bilər. Lakin çayınızı süzüb bir dilim kəsib yanınıza qoyduqdan və dadına baxdıqdan sonra bu yorğunluğunuz keçib gedəcəkdir. Sizə aşağıdakı sadalanan ərzaqlar lazım olacaq:

  • 4-5 su stəkanı un
  • 2 ədəd yumurta
  • 1 su stəkanı su
  • 400 qram kərə yağı
  • 1 yemək qaşığı üzüm sirkesi
  • 1 çay qaşığı soda
  • 1 paket vanil
  • 1 çay qaşığı duz

Esil napoleon tortu Kremi üçün:

  • 1 su stəkanı şəkər
  • 2 ədəd yumurta
  • 1 yemık qaşığı qarğıdalı unu
  • 1 stəkan süd
  • 1 yemək qaşığı kərə yağı
  • 1 yemək qaşığı qatılaşdırılmış süd

Asan napoleon tortu resepti xəmiri üçün:

  • Unumuzu qəlibimizə töküb kərə yağı ilə sürtməyə başlayırıq. Qarışığı yaxşıca sürtdükdən sonra kənara qoyun.
  • Yumurtaları bir qaba götürün, sirkə, soda, vanil, duz və su əlavə edin və qarışdırmağa başlayın. Unlu qarışığın ortasını açıb içinə hazırladığımız məhlulu töküb xəmiri yaxşıca yığırıq.
  • Xəmir yaxşı bir tutarlılığa gəldikdən sonra 2 hissəyə bölürük. Hər iki üzünü 7 hissəyə bölüb yumru forma verdikdən sonra soyuducuda yarım saat gözləmək üçün qoyuruq.
  • Xəmiri soyuducudan götürdükdən sonra eyni ölçüdə nazik filo kimi açıb 200 dərəcə qızdırılmış sobada tam qızarana qədər bir-bir 4-5 dəqiqə bişiririk.

Krem üçün:

  • Şəkəri bir qaba götürün, nişasta, vanili əlavə edin və qarışdırın. Üzərinə südü töküb az odda qaynayana qədər bişirin. Bişirdikdən sonra soyuması üçün kənara qoyun.
  • Kərə yağını mikserlə yaxşıca qarışdırın. Üzərinə qatılaşdırılmış südü töküb yenidən mikserlə qarışdırmağa başlayırıq.
  • Birləşmə mərhələsi:
  • Qızardılmış filo xəmirinin arasına krem ​​sürüb üst-üstə qoyaraq başlayırıq. Sonda sonuncu qata krem ​​çəkib üzərinə qalan xəmir qırıntılarını tökməyə başlayırıq.
  • Sonra 1 gün soyuducuda saxlayırıq.
Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button