Mətbəx
Gobelek supu
Gobelek supu çox faydalı sulu yeməklərdəndir. Bildiyiniz kim göbələk vitaminlərlə olduqca zəngindir. Xüsusilə uşaqlar üçün yeyilməsi çox faydalıdır. Xeyirli qida olması ilə yanaşə göbələk çox dadlıdır. Ondan suplar və bir çox yeməklər hazırlanılır. Ən dadlı gobelek supu resseptini təqdim edirik.
Sizə lazı olacaq ərzaqlar bunlardır:
- Bir paket krem (200ml)
- 400 qram göbələk
- 3,5 su stəkanı su
- Bir ədəd soğan
- Bir yemək qaşığı un
- 3 xörək qaşığı duru yağ
- Bir xörək qaşığı kərə yağı
- Bir çay qaşığı duz
- Bir çay qaşığı qara istiot
- Cəfəri
Kremli göbələk şorbası resepti necə hazırlanır?
- Göbələkləri nazik dilimlərə kəsin.
- Soğanı kiçik kublar şəklində doğrayın.
- Duru yağ və kərə yağı tavaya tökün və soğanı qovurun.
- Sonra göbələkləri əlavə edin və suyu gedənə qədər qovurun.
- Sonra unu əlavə edin və bir neçə dəqiqə qızardın.
- Daha sonra krem əlavə edin və orta istilikdə qaynamağa başlayana qədər qarışdıraraq bişirin.
- 3,5 stəkan qaynar su əlavə edin, istini azaldın və daha 10 dəqiqə qaynadın.
- Şorbanız ocaqdan götürməzdən əvvəl duz, istiot və cəfəri əlavə edib bir dəfə daha qaynatdıqdan sonra süfrəyə hazır olacaq.
- İsti şəkildə servis edə bilərsiniz. Nuş olsun.