Mətbəx

Buglama resepti

Azərbaycan mətbəxi öz zənginliyi,ləzzəti ilə seçilir. Mətbəximizin ləziz yeməklərindən biri də buğlamadır. Buğlama sevməyən yəqinki yoxdu. Buğlama dana və ya quzu əti ilə hazırlanır.

Buglama resepti

Buğlamanın tərkibinə aşağıdakı ərzaqlar daxildir :

  • 1 kq  sümüklü quzu əti və ya dana əti
  • 3 ədəd baş soğan
  • 2 ədəd pomidor
  • 2 ədəd kartof
  • 2 ədəd şirin bibər
  • 3 diş sarımsaq
  • 2 xörək qaşığı əridilmiş kərə yağı
  • 1 ədəd limon
  • 1 dəstə cəfəri
  • Duz
  • İstiot

Buğlama hazırlanma qaydası:

Əti yuduqdan sonra üzərinə ½ limon suyu duz, istiot töküb yaxşı qarışdırırq. Sonra sərin yerdə 1 saat saxlayırıq.

Daha sonra soğanın qabığını soyub, yuyub halqa halqa doğramaq lazımdır.

Digər qabda göyərti yuyulub xırda xırda doğranılır.

Daha sonra kartofun qabığını soyub yuyub 1 sm qalınlığında doğrayırıq.

Sarımsaq təmizlənir. Yuyulub xırda xırda doğranılır. Sonra şirin bibərlər təmizlənib yuyulub halqa halqa doğranılır. Həmçinin pomidor da soyulub halqa halqa doğranılır.

Qazana birinci əti tökürük. Daha sonra doğradığımız soğanları ətin üzərinə düzürük. Daha sonra üzərinə göyərti səpilir. Birinci qatı düzdükdən sonra eyni ilə ikinci qayı düzürük. Növbəti qat olaraq kartofları düzürük.  Kartofun üzərinə yenidən soğan səpirik. Üzərinə sarımsaq səpirik. Yenidən bibər tökürük. Daha sonra pomidor düzülür. Qalan soğanı və göyərtini əlavə edirik. Bu ərzaqların üzərinə limonun yarısını sıxıb, üzərinə duzu və istiotu əlavə edib. Vam odda 2-2.5 saata bişiririk. Yemək suyu çəkilib yağa düşəndə hazır olur.

Nuş olsun.

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button