Mətbəx
Zavarnoy krem
Qadınların hər zaman istifadə etdiyi, tort və pirojnalarda hər zaman istifadə etdiyi zavarnoy krem necə hazırlanır? Resepti necədi qeyd edəcəm.
Məhşur zavarnoy krem necə hazırlanır?
Zavarnoy krem üçün lazım olanlar :
- 500 qr süd (2,5 stəkan)
- 100 q şəkər (1/2 fincan)
- 100 q un (1 stəkan)
- 1 yumurta sarısı
- 10 g vanil
- 70 q kərə yağı
Zavarnoy krem nece hazırlanır? Hazırlanma qaydası necədir?
- Süd, şəkər, un və yumurta sarısını qazana qoyuruq və hamısını qarışdırırıq.
- Sonra sobanın üstünə qoyub davamlı zəif odda çırparaq qarışdırırıq.
- Qaynayan kremin dibini söndürüb, kərə yağı və vanil əlavə edib yenidən çırpırıq.
- Kremi soyudub mikserlə qarışdırırq.
- Soyuducuda 1 saat dinlənildirikdən sonra istifadəyə hazırdır.
Zavarnoy krem hazırlayarjən diqqət ediləsi məqamlar hansılardır?
- Qarışdırmağı qətiliklə dayandırmamalısınız. Kremi qaynana qədər qarışdırmaq lazımdır, əks halda dibi yana bilər. Səbirlə qarışdırmaq lazımdır. Qaynama nöqtəsinə gəldikdə qatılacaqdır
- Krem qatılaşmağa başlayanda onu qarışdırmağı dayandırmırıq,
- Un qoxusu çıxana qədər qovurmaq lazımdır.
- Baloncuklar çıxırsa, deməli qaynayıb. Bu mərhələdə kərə yağı əlavə edə bilərsiniz.
- Üzü qabıq bağlamasın deyə iatiikən üstünü streçləyə bilərsiniz.
- Krem otaq temperaturunda deyil, soyuducuda saxlanmalıdır.
- Soyuducuda saxlanılan krem, istifadə edilməzdən əvvəl yaxşi qarışdırılıb və yumşaldılmalıdır.
Hazırlanma müddəti 15 dəqiqə. Bişmə vaxtı isə 10 dəqiqədir.
Yağsız zavarnoy krem necə hazırlanır?
Bəzi qadınlar zavarnoy kremi yağsız istifadə eləməyi xoşlayırlar.
Yağsız zavarnoy krem resepti aşağıdakı kimidir :
Tərkibi :
- yarım litr süd
- 200 qr şəkər tozu
- 1 ç/q vanil
- 4 yumurtanın sarısı
- 50 qr un
Zavarnoy kremin hazırlanma qaydası:
Hazırlanma qaydası demək olar ki eynidir. Yumurta sarılarını un, vanil və şəkər tozu ilə qarışdırın. Üzərinə isti süd töküb, alçaq odda qatılaşanadək bişirin. Bişdikdən sonra soyuducuda dinləndirib istifadə edin. Nuş olsun.