Mətbəx

Lobya supu

Lobya supu çox güman ki, hər kəs tərəfindən çox bəyənilən yeməklərdən biridir. Axtardığınız dadlı resseptləri saytımızda tapa bilərsiniz. Lobya supunu hazırlamaq üçün sizə bu ərzaqlar lazım olacaq.

  • Qırmızı lobya 2/3 stəkan
  • Kartof 2 ədəd
  • Orta boy soğan 1 ədəd
  • Pomidor 3 ədəd
  • Bitki yağı 3-4 xörək qaşığı
  • Acı, yaşıl və ya qırmızı bibər 1 ədəd
  • Cəfəri və şüyüt
  • Sarımsaq (zövqə görə) 3-5 diş
  • Ət bulyonu
  • Qaynadılmış ət
  • Ədviyyatlar: sarıkök, qara və qırmızı toz bibər, xmeli suneli, duz.

Hazırlanma qaydası:

  • Əvvəlcədən lobyaları soyuq suda 5 saat saxlayırıq.
  • Sonra suyu dəyişib, lobyanı 1,5 saat bişiririk.
  • Soğanı qızarana qədər qovururuq, sonra isə pomidoru və xırda doğranmış acı bibəri əlavə edirik.
  • Bişənə yaxın 3-5 diş sarımsağı da tökürük. Hazır olduqdan sonra blenderlə əzirik.
  • Bütün bu qarışımı qazana töküb, lobya və bulyonu (su) əlavə edirik. Qarışdıraraq oda qoyuruq. Kubik şəklində doğranmış kartofları da töküb, 15 dəqiqə bişiririk.
  • İstəyinizə görə 1 azca ət də əlavə edə bilərsiniz.
  • Hazır olmağa yaxın ədviyyatları və duzu tökün.
  • Servis edərkən zövqə görə göyərti də səpə bilərsiniz. Nuş olsun!

Ətsiz lobya supu

Ət sevməyənlər üçün asan hazırlana bilən lobya supu üçün sizə bu ərzaqlar lazım olacaq:

  • 300 qr qırmızı lobya
  • 3 ədəd pomidor
  • 2 xörək qaşığı tomat pastası
  • 3-4 diş sarımsaq
  • 3-4 ədəd kartof
  • 1 ədəd qırmızı soğan
  • 1 çay qaşığı xmeli-suneli
  • Kərə yağı
  • Duz, istiot
  • Cəfəri

Hazırlanma qaydası:

  • Lobyalar 1 gün soyuq suda saxlanılır.
  • Əvvəlcə soğanlar qızılı rəng alana kimi qızardılır.
  • Daha sonra tomaat pastası və pomidor tökülür.
  • Lobyaları da içinə əlavə edib üzərinə su alınır.
  • Ədviyyatlar əlavə olunur.
  • Lobyalar bişəndən sonra üzərinə braz da su alınıb 5 dəqiqə daha bişirilir.
Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button