Mətbəx

Pecenye recepti

Pecenye recepti xanımlarımızın ən çox axtardıqları resseptlərdəndir. Övladı olan anaların isə davamlı bişirdiyi şirniyyatlardandır. Çünki uşaqlar müxtəlif növdə olan peçenyeləri çox sevirlər. Bağçaya gedən körpələr, məktəbə gedən uşaqlar hər gün özləri ilə analarının bişirdikləri peçenyeləri aparırlar. Satışda olan şirniyyatları bir çox valideyn öz övladına almır və yeməməsini tənbeh edir. Onun əvəzində özü bişirir. Uşaqlar ən çox kakaolu, şokoladlı, bananlı peçenyeləri sevirlər. Sizləri bir neçə peçenye ressepti ilə tanış edəcəyik ki, həm asan hazırlanır, həm də çox ləzzətlidirlər.

Qozlu şokoladlı peçenye

Qozlu şokoladlı peçenye olduqca dadlıdır. Bu ləzzətli peçenyeni yeyən hər kəs çox bəyənəcəkdir. Uşaqların sevimli şirniyyatllarından olan bu peçe

Sizə lazım olacaq:

  • 125qramkərə yağı
  • 1 fincan qəhvəyi şəkər
  • 1 yumurta
  • 1 desert qaşığı nişasta
  • 3 fincan un
  • 1 paket vanilin
  • 1 çay qaşığı qabartma tozu
  • 1 çimdikduz
  • 300 qram damla şokolad
  • 200 qram qoz
  • 200 qram fındıq

Qozlu şokoladlı peçenye resepti necə hazırlanır?

  • Bütün inqrediyentlərimizi qabımıza qoyub yaxşıca qarışdırırıq. Mikser ya da əl blenderindən istifadə edə bilərsiniz.
  • Onları kiçik toplar halında düzəldib soba qabımıza yaxud keks qabımıza düzürük.
  • Əvvəlcədən isidilmiş 170 dərəcəlik sobamızda 20 dəqiqə bişirirək. Nuş olsun!

LİMONLU PEÇENYE

Limonlu peçenye çox dadlıdır. Uşaqdan böyüyə hər kəs bu ləzzətli peçenyelərin dadını çox bəyənir. Çayla içmək, uşaqlara bağça və məktəbə apara bilmələri üçün ən yaxşı şirniyyatlarsan olan limonlu peçenye ressepti ilə sizi tanış edək. Hazırlanması çox asandır.

Ərzaqlar:

  • Otaq temperaturunda 100 q kərə yağı,
  • 1 yumurta,
  • 3/4 stəkan şəkər tozu,
  • 1 limon,
  • 1 çay qaşığı qabartma tozu,
  • 2 stəkan un.

Hazırlanması

  1. Dərin bir qabda kərə yağı, yumurta, şəkər tozu, qabartma tozu, limon suyu və rəndələnmiş qabığı qarışdırın,
  2. Unu az-az əlavə edib ələ yapışmayan yumşaq xəmir alınana qədər yoğurun,
  3. Xəmiri böyük bir yapışqan streç salafan götürün, 4-5 sm diametrli silindrə çevirin və streç salafanla sarıyın.
  4. 30-45 dəqiqə dondurucuya aparın. qədər gözləyin
  5. Dondurucudan çıxarıb incə dilimləyib yağlı kağızla örtülmüş soba nimçəsinə düzün,
  6. Əvvəlcədən isidilmiş sobada 180 dərəcə kənarları yüngülcə qızarmağa başlayana qədər bişirin.

Portağallı peçenye

Portağalın qoxusunu hər birimiz çox sevirik. Bu dadlı sitrus meyvəsindən müxtəlif növ şirniyyatlar bişirilir ki, onlardan biri də portağallı peçenyədir. Dadını çox bəyənəcəyiniz bu peçenyenin ressepti ilə sizi tanış edək.

Ərzaqlar:

  • 2 yumurta 
  • 1 böyük çay qaşığı şəkər tozu 
  • 1 çay qaşığı yağ 
  • 1 portağal qabığı 
  • Yarım portağal suyu
  • 1 çay qaşığı zerdeçal 
  • 1 paket çörək soda 
  • 1 çay qaşığı vanil 
  • 2,5 qaşıq un 

Hazırlanması

  • Undan başqa bütün inqrediyentləri qarışdırın. Un az-az əlavə edib yapışqan xəmir əldə edirik.
  • Həmin xəmirdən qoz boyda ölçüsündə parçaları götürün və əlinizlə yağlayaraq açın. Onu çoxlu şəkər tozuna batırın. Nimçəyə qoyduqdan sonra yenə şəkər tozu səpin.
  • 180 qeder isidilmiş sobada dibi azca qızarana kimi bişirin. 13-14 dəqiqə vaxt lazımdır, ancaq ocağın temperaturundan asılı olaraq vaxt arta və ya azala bilər. 
  • Soyulmasını gözləyin. Sonra onu nimçədən çıxarın. İsti halda götürsəniz, parçalana bilər.

Yaş peçenye

Yaş peçenye olduqca dadlı peçenye çeşidlərindəndir. Əgər bu ləzzətli peçenyeni hazırlamaq istəyirsinizsə, sizə bu ərzaqlar lazım olacaq.

Ərzaqlar:

  • 125qram kərə yağı (8,5 yemək qaşığı)
  • 1/2su stəkanı maye yağ(120 mililitr)
  • Bir yumurta
  • Bir su şüşəsitoz şəkər
  • 4 xörək qaşığı kakao
  • Bir paketvanilin
  • Bir paket qabartma tozu
  • 2,5 stəkanı un

Şərbət üçün:

  • Bir su stəkanı şəkər tozu
  • Bir su stəkanı su

Üzəri üçün

Birxörək qaşığı rəndələnmiş kokos (və ya pudra şəkər )

Qeyd: Əgər peçenyelərin daha xırtıldayan olmasını istəyirsinizsə, onları sobadan çıxardıqdan sonra gözləmə müddətini beş dəqiqə daha uzadın. Bu şəkildə saxladığınız peçenyelər daha az şərbət çəkdiyi üçün daha xırtıldayan olacaq.

Hazırlanma qaydası:

  1. Undan başqa bütün ərzaqları qarışdırın.
  2. Sonra unu yavaş-yavaş ələyərək töküb yoğurmağa başlayın.
  3. Qoz boyda parçalar alıb forma verin.
  4. 180 dərəcəli sobada 20 dəqiqə bişirin.

Ballı Badamlı Peçenye Resepti

Bu ressepti çoxları bilmir. Tez-tez edilən peçenye resseptlərindən də deyil. Lakin deyə bilərik ki, dadı çox möhtəşəmdir. Sınamağınızı tövsiyyə edirik. Gəlin ballı badamlı peçenye necə hazırlanır brlikdə öyrənək.

Ərzaqlar:

  • 100 q kərə yağı,
  • 1/2 fincan şəkər,
  • 1/2 fincan üyüdülmüş xam badam,
  • 1 xörək qaşığı bal,
  • 1 xörək qaşığı krem,
  • 1 xörək qaşığı un,
  • 1 portağalın rəndələnmiş qabığı.

Hazırlanması

  1. Kərə yağı kiçik bir qazanda əridin,
  2. Krem, bal və şəkər əlavə edin,
  3. Şəkər həll olunana qədər daim qarışdırarın,
  4. Ocağıı söndürün və un, badam və portağal qabığını əlavə edib yaxşıca qarışdırın,
  5. Qarışıq tamamilə soyuyana qədər kənarda saxlayın,
  6. Qarışıqdan kiçik parçalar çay qaşığı ilə götürün və onları bir-birindən aralı olaraq soba nimçəsinə qoyun (1 nimçəyə 6 ədəd),
  7. Əvvəlcədən isidilmiş sobada 170 dərəcədə kənarları azca qızarana qədər bişirin,
  8. Onları sobadan çıxarın (çıxanda hələ də maye halında olacaq) və bir çay qaşığı ilə kənarlarından ortasına doğru yuvarlaq hala gətirin,
  9. Soyuduqdan sonra süfrəyə verin,
  10. Qalan xəmiri də eyni şəkildə bişirin.

İki rəngli rulo peçenye

Yəqin ki, bu peçenyə hamımızı uşaqlığımıza qaytardı. Çünki analarımızın daima bizə bişirdiyi peçenyelədən biri də iki rəngli rulo peçenyelərdir ki, hər zaman bəyənərək yeyirdik. İndi isə siz onu övladınıza bişirib, uşaqları sevindirə bilərsiniz. Sizə aşağıdakı ərzaqlar lazım olacaq:

  • 3 su stəkanı un
  • 1 paket qabartma tozu
  • 1 paket vanilin
  • 1 su stəkanı pudra şekeri
  • 180 qram margarin ( otaq temperaturunda)
  • 1/3 su stəkanı qarğıdalı nişastası
  • 1/3 su stəkanı süd
  • 1 ədəd yumurta
  • 2 yemək qaşığı kakao

Hazırlanma qaydası:

  • Unu böyük bir qaba ələyin, marqarini unla yaxşıca qarışdırın.
  • Üzərinə şəkər tozu, vanilin, qabartma tozu, qarğıdalı nişastası, süd və yumurta əlavə edib yoğurun.
  • Xəmir homojen şəkildə qarışdırıldıqdan sonra bərabər şəkildə iki bərabər hissəyə bölün.
  • Bir hissədə süzülmüş kakaonu əlavə edin və kakao yaxşıca qarışana qədər yoğurmağa davam edin.
  • İki ayrı xəmiri iki yağlı kağızın arasına oxlov köməyi ilə incələyin.
  • İki parça xəmiri üst-üstə, kakao hissəsi də üstünə qoyun.
  • Əvvəldən onu yuvarlayın.
  • Hazırlanmış rulonu 15 dəqiqə soyuducuda saxlayın.
  • Sobanı 165 dərəcəyə qoyun.
  • Soyuducuda qalan peçenye xəmirini bıçaqla kəsin və hissələrə bölün.
  • Parçaladığınız peçenyeləri yağlı kağızla örtülmüş soba nimçəsinə düzün.
  • 10 dəqiqə bişirin. Nuş olsun!

Starbucks peçenyəsi

Starbucks-a daxil olduqda kofenin yanında hər zaman bu dadlı peçenyələri sifariş edirsiniz elə deyilmi? Artıq onu evinizdə bişirə biləcəksiniz. Eyni ressept əsasında hazırlayacağınız üçün eyni dadı alacağınızdan heş şübhəniz olmasın. Odur ki, ərzaqları hazırlayıb işə başlayaq.

Ərzaqlar:

  • 2 ədəd yumurta sarısı
  • 150 qram kərə yağı (10,5 yemək qaşığı)
  • 100 qram pudra şəkəri
  • 2 xörək qaşığı su
  • 1 desert qaşığı vanil
  • 1desert qaşığı qabartma tozu
  • 1 desert qaşığı darçın
  • 300 qram un
  • 50gramdamla çikolata
  • 100 qram qoz içliyi

Hazırlanma qaydası:

  • Bir qabda şəkər və yumurta sarısı çalınır.
  • Otaq temperaturunda yağ, su və vanili əlavə edib qarışdırmağa davam edin.
  • Qabartma tozu və darçın əlavə edin və yüngülcə qarışdırın.
  • Ələnmiş un əlavə edilərək yoğurmağa başlayın.
  • Yoğurma prosesi tam bitdikdən sonra şokolad damlaları və qoz əlavə edilir. Tərkiblər xəmirə yaxşıca qarışdırılır.
  • Şokoladlar əlavə edildikdən sonra çox yoğrulursa, şokoladlar əriməyə başlayır və forma vermək çətinləşir.
  • Xəmir ikiyə bölünür. 5-6 sm diametrli silindir formasında 30 dəqiqə soyuducuda saxlanılır.
  • Soyuducudan çıxan xəmir 3 sm enində kəsilir və yağlı kağızla nimçəyə düzülür.
  • Əvvəlcədən isidilmiş 160 dərəcə sobanın ventilyatorunda 12 dəqiqə bişirin. Çərəz sobadan çıxanda yumşaq olacaq, soyuduqdan sonra çölü xırtıldayan, içi yumşaq qalacaq. Nuş olun!
Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button