Dietik salatlar
Dietik salatlar axtarışında olanlar saytımızda yeni resseptlər tapa bilər. Olduqca dadlı, ləzzətli və gözəl görünüşə sahib olan bu resseptlər yalnız sizin deyil, bir çoxlarının damaq dadına uyğun olacaqdır. İndi isə gəlin bu resseptlər ilə tanış olaq.
- Ressept 1
Tərkibi
- 380 q qarğıdalı konservi
- 300 q təzə göbələk
- 1 ədəd soğan
- 2 ədəd orta ölçülü kök
- 300 q toyuq file
- duz
- istiot
- mayonez
- bitki yağı
Hazırlanması:
- Göbələkləri yuyub təmizləyin.
- Toyuğun döş ətini qaynadın.
- Göbələkləri doğrayıb bitki yağında qızardın.
- Kökü bişirin.
- Daha sonra hər birini qarışdıraraq üzərinə duz, istiot, duz və mayonez töküb qarışdırın.
- Ressept 2
Tərkibi
– 1 banka konservləşdirilmiş tuna balığı
– 1 təzə xiyar
– 12-15 ədədə çerri pomidorları
– göyərti (zövqə görə)
– 2 x.q. limon şirəsi
Hazırlanması:
1. Balığı çəngəllə əzin.
2. Pomidorları 2 hissəyə bölün.
3. Xiyarı tikələrə doğrayın.
4. Göyərtiləri doğrayın.
5. İnqrediyentləri qarışdırın, limon şirəsini əlavə edin.
- Ressept 3
Tərkibi:
• 400 qr turp;
• 1 xiyar;
• 1 dəstə şüyüd;
• 1 yumurta;
• 100 qr xama;
• əzilmiz qara istiot
• duz (zövqə görə).
Hazırlanması:
- Bütün tərəvəzləri yuyub doğrayın.
- Yumurtanı bişirin.
- şüyüdü yuyub doğrayın.
- Bütün inqridentləri qarışdırıb servis edin.
- Ressept 4
Tərkibi:
- kərəviz (300 qram)
- alma (250 qram)
- yerkökü (1 ədəd)
- xama az kalorili 100 qram
- portağal (yarsı)
- tikələrə doğranmış fındıqlar.
Hazırlanması:
- Almanı, yerkökünü, portağalı, kərəvizi yuyun.
- Kökü bişirə də bilərsiniz, çiy də saxlaya bilərsiniz.
- Bütün inqridentləri doğrayıb qarışdırın, üzərinə xama əlavə edin.
- Ressept 5
Tərkibi:
- təzə göbələklər (150 qram)
- bitki yağı (10 qram)
- Limon şirəsi
- qara istiot.
Hazırlanması:
- Göbələkləri yuyub doğrayın.
- Bitki yağında göbələkləri qızardın.
- Üzərinə limon şirəsi və qara istiot əlavə edin.
- Ressept 6
Tərkibi:
- 300 qr qırmızı kələm
- 300 qr ağ kələm
- 2 ədəd yerkökü
- 1 dəstə cəfəri
- 1 banka konservləşdirilmiş qarğıdalı dənələri
Sousu üçün:
- 200 qr xama
- 1 xörək qaşığı xardal
- 3 çay qaşığı şəkər tozu
- 1 xörək qaşığı sirkə
- duz, istiot
Hazırlanması:
- Bütün tərəvəzləri yuyub doğrayın.
- Qarğıdalı dənələrini də əlavə edərək qarışdırın.
- Üzərinə sousu əlavə edib süfrəyə verin.
- Ressept 7
Tərkibi:
- 5-6 badımcan,
- 4 orta boy pomidor,
- 4-5 qırmızı bibər,
- 3-4 yaşıl uzunsov bibər,
- 1 dəstə cəfəri,
- 1 kasa qatıq,
- 3-4 diş sarımsaq
- 1 yemək qaşığı kərə yağı ( zeytun yağı ),
- qırmızı toz bibər,
- duz,
Hazırlanması:
- Tərəvəzləri yuyub doğrayın.
- Badımcanı yağda qızardın.
- Digər inqridentləri də doğrayıb üzərinə qatıq və duz , istiot əlavə edərək qarışdırıb süfrəyə verin.
- Ressept 8
Tərkibi:
- 1 kq şirin bibər,
- 1 stəkan şor və ya yarım yağlı pendir,
- 1qəhvə fincanı zeytun yağı.
Hazırlanması:
1. Şirin bibərləri zəif atəşdə közləyin.
2. Soba ya da ocaq üzərində hazırlayacağınız közləmə o ləzzəti həqiqətən də verməyəcəkdir.
3. Közlənmiş bibərlərinizin qabıqlarını gözəlcə soyun.
4. Orta böyüklükdə bir sahana uçları sahanın ortasında birləşəcək şəkildə yan -yana sıx-sıx düzün.
5. Bibərlərinizin üzərinə öncə pendirlərinizi hər yanına örtəcək şəkildə səpin.
6. Zeytun yağını da gəzdirib qapağını qapadın.
7. Vam odda pendirlər əriyib bir az çəkildikdən sonra bişməyə alın.
8. Soyuyar-soyumaz servisə alın.