Mətbəx
Pomidor supu
Pomidor supu evdə asanlıqla hazırlana bilən sulu xörəklərdəndir. Ölkəmizdə də nu şorba çox sevilir. Sizə lazım olan ərzaqlar aşağıdakılardır:
- Bir xörək qaşığıkərə yağı
- 2 çay fincanı isti süd
- 5 böyük ölçü pomidor
- 2 xörək qaşığı un
- 4 su stəkanı isti bulyon
- 2 çay qaşığı duz
- Üzəri üçün pendir
Hazırlanma qaydası:
- Kərə yağını qızdırın.
- Un əlavə edin və ətirli olana qədər zəif odda qovurun.
- Qızardılmış un qarışığına sürtgəcdən keçirilmiş pomidorları əlavə etdikdən sonra 5 dəqiqə bişirin.
- İsti bulyon və duz əlavə edin.
- Qəhvə qabına qızdırdığınız südü az-az əlavə edib tez qarışdırın.
- Şorba qaynayana qədər orta odda, sonra isə zəif odda 15 dəqiqə bişirin.
- Blenderlə əzin və üzərinə pendir əlavə edib servis edin. Nuş olsun!