Mətbəx

Toyuq kotleti

Toyuq kotleti ən asan hazırlanan yeməklərdən biridir. Xüsusilə də uşaqlar bu kotleti olduqca çox sevirlər. Si övladınız üçün məktəbə, ekskursiyalara, gəzintilərə çıxılan zaman tez-bazar toyuq kotletini hazırlaya bilərsiniz. Ressept olduqca sadədir.

Ərzaqlar

  • 1 ədəd toyuq əti
  • 2 yemək q. Suxari
  • 1 yumurta
  • 2 balaca soğan
  • 2 kök
  • 1 kartof
  • duz
  • İstiot
  • Nane,kişniş ,şüyüd
  • Duru yağ

Hazırlanma qaydası:

  • Qeyd olunan erzaqları ətçəkən maşından keçiririk.
  • Yumurta, suxari, istiot,duz,suxari əlavə edib yoğururuq.
  • Elimizlə yumru kotlet formasin verib suxarikə bulayırıq və yağlanmış tavada qızardırıq.
  • Yanında düyü və ya makaronla servis edə bilərsiz. Nuş olsun!

Pendirli toyuq kotleti

Sadə toyuq kotletinin br başqa növü isə pedirli toyuq kotletidir. Siz aşağıdakı ərzaqlarla bu dadlı kotleti hazırlaya bilərsiniz.

  • 450 qr toyuğun döş əti
  • 230 qr çörək
  • 110 qr mozzarella pendiri
  • 6 x/q kərə yağı
  • 1 x/q duru yağ
  • 1/2 stəkan suxari
  • 1 dənə sarımsaq
  • 1 çimdik istiot
  • 1/2 çay qaşığı duz
  • 1/2 stəkan süd

Hazırlanma qaydası:

  • Toyuğun döş ətini və südlə yumşalmış çörəkləri ət maşınından çəkin.
  • Kotletinizin daha yumşaq olması üçün çəkdiyiniz toyuq ətini ikinci dəfə ət çəkən maşından çəkin.
  • Bir qaba qoyub üzərinə duz, istiot əlavə edin. Sarımsağı əzib çəkilmiş toyuq ətinə əlavə edib qarışdırın.
  • Kotleti yumrulaşdırın. Ortasına Mozzarella pendirini qoyun. Ehtiyatla bükün. Elə edin ki, pendir kotletin ortasında qalsın.

Kiyev kotleti

Toyuqla hazırlanan digər bir kotlet növü də Kiyev kotletidir. Ləzzətli dada sahib olan bu kotleti demək olar ki, yeyən hər kəs bəyənir. Siz də evdə tez-tez hazırlaya bilərsiniz.

Ərzaqlar:

  • toyuqun döş əti -2 əd
  • kərə yağı -40 q
  • sarımsaq, şüyüd, duz
  • yumurta -2 əd
  • suxarı qızartma üçün
  • bitki yağı

Hazırlanma qaydası:

  • Yumşaq kərə yağı doğranmış sarımsaq, şüyüd və duzla qarışdırılır.
  • Kiçik uzunsov formada içliklər hazırlayırıq və soyuducda buz dolabında dondururuq.
  • Toyuqun döş əti yuyulur, dərisi çıxarılır və əti sümükdən ayrılır.
  • Toyuqun iki döş ətindən 4 kiev kotleti hazırlamaq olar.
  • Toyuq filesi mətbəx çəkiciylə döyülür və arasına əvvəlcədən dondurulmuş yağ bükülür.
  • Hazır kotletlər yumurtaya sonra suxarıya, yenə yumurtaya və sonra suxarıya bulanaraq 7-8 dəqiqə ərzində frityurda bişirilir.
  • Frityur əvəzinə dərin tava və bitki yağından istifadə etmək olar.
Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button